Azərbaycanda korrupsiyaya qarşı mübarizə ardıcıl və qətiyyətlə aparılır
18.09.2020 [09:14]
Prezident İlham Əliyev: Biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq
Son illərdə müstəqil Azərbaycanın həyatı müasir dövrün çağırışlarına uyğun ardıcıl şəkildə həyata keçirilən islahatlarla səciyyələnir. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Aparılan islahatların mühüm bir qolu isə ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ilə bağlıdır. Respublikamızda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən ölkəmizdə korrupsiyaya və rüşvətxorluq kimi xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparıldığını diqqətə çatdıraraq vurğulayıb: “Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Hər halda biz çalışmalıyıq ki, korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldaq. Eyni zamanda, cəza tədbirləri də tətbiq olunur və tətbiq ediləcəkdir”.
Azərbaycanda korrupsiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir
Ümumiyyətlə, korrupsiya, rüşvətxorluq, bürokratiya kimi neqativ hallara bütün ölkələrdə rast gəlinir. Əsas məsələ dövlətlərin rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizədə sərgilədikləri mövqedir. Deyilənlər baxımından Azərbaycan dövlətinin korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli siyasi iradə nümayiş etdirməsi təqdirəlayiqdir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Prezident İlham Əliyev qəti şəkildə bildirib ki, korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq. “İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Ölkəmizdə neqativ hallara qarşı mübarizənin sistem xarakteri daşıması və bu sahədə müxtəlif dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi bütövlükdə cəmiyyətimizi narahat edən məsələlərə qarşı mübarizədə daha səmərəli nəticələr əldə olunmasını şərtləndirir. Dövlətin güclü siyasi iradəsi ilə tamamlanan sistem xarakterli tədbirlər səmərəli antikorrupsiya platforması qismində çıxış edir. Qeyd edək ki, son illərdə respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik daha da zənginləşdirilib, bu sahədə beynəlxalq əməkdaşlıq genişləndirilib. Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə Dövlət Proqramı, Milli Strategiya qəbul olunub, o cümlədən Açıq Hökumətin təşviq edilməsinə dair Milli Fəaliyyət Planı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı təsdiq edilib. Prezident İlham Əliyevin müxtəlif illərdə imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə, “Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında”, Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında”, “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsinin və prokurorluq işçilərinin ümumi say tərkibinin təsdiq edilməsi haqqında”, “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında”, “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında”, “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” sənədlər ölkəmizdə güclü antikorrupsiya platformasının formalaşması üçün zəruri hüquqi bazanı təmin edir. Dövlət başçısı tərəfindən 2019-cu il aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzalanmış Fərmanla məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturunun təkmilləşdirilməsi və bu fəaliyyətə elektron xidmətlərin inkorporasiya edilməsi, məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi, hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.
Eyni zamanda, respublikamızda Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi kimi ixtisaslaşmış qurumlar fəaliyyət göstərirlər. Bu qurumlar korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin formalaşmasında, cinayət təqibinin və preventiv tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar.
Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı yeni strateji baxışlar müəyyən edilib
Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə zamanın dəyişən tələbləri mütləq nəzərə alınır. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. Təkcə son bir neçə ayda ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairələri müəyyənləşdirilərək onlar məsuliyyətə cəlb olunublar. O cümlədən respublikamızda neqativ hallara qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutlarının fəallığının artırılması güclü şəkildə təşviq edilir. Prezident İlham Əliyev son vaxtlarda keçirdiyi müxtəlif tədbirlərdə açıq şəkildə bildirib ki, O, yerlərdə hüquqpozma halları, vətəndaşların incidilməsi ilə bağlı məlumatları bir çox hallarda KİV-lərdən, Onun poçtuna ünvanlanan məktublardan alır. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən son vaxtlarda respublikamızda ictimai nəzarətin güclənməsindən məmnunluğunu bildirərək “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə Azərbaycanda sözdə yox, əməldə aparılır. Bu mübarizə xalq tərəfindən yüksək qiymətləndirilir. Mən vətəndaşlardan minlərlə məktub alıram. Onlar mənim bu addımlarımı alqışlayır və eyni zamanda, bəzi məsələlərə diqqətimi çəkir. Şadam ki, son vaxtlar ictimai nəzarət mexanizmi daha da mütəşəkkil forma alır. Mən bunu alqışlayıram”, - deyə vurğulayıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sentyabrın 15-də yeni tərkibdə videoformatda keçirilən ilk iclasında da dövlət başçımızın siyasi iradəsi əsasında korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə sahəsində müəyyənləşdirlən yeni strateji baxışlara və vəzifələrə xüsusi diqqət çəkilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Bəhs olunan iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib. İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib. Komissiyanın sədri Samir Nuriyev çıxış edərək bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir. Bildirilib ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir. Korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin indiki mərhələsində vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın daha da genişləndirilməsi vacib məqamlardan biridir. Daha dəqiq desək, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması, həmçinin maarifləndirmə tədbirlərinin ardıcıl olaraq davam etdirilməsimühüm strateji əhəmiyyətə malikdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

