Hitler soyqırımı və konslagerlərin yaradılması ideyasını ABŞ-ın tarixindən götürüb
16.03.2010 [10:53]
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul olunmasından xeyli vaxt ötməsinə baxmayaraq, mövzu haqqında ciddi diskussiyalar səngiməyib. Bunu da təbii qarşılamaq lazımdır və məsələnin ictimaiyyət tərəfindən birmənalı qarşılanması da mümkün deyil. ümumən isə məsələni bir neçə istiqamətdə şərh etmək mümkündür.
Heç kəs qazanmayacaq, itirən isə ABŞ olacaq
Əvvəla, onu qeyd etməliyik ki, ABŞ Konqresinin bu addımı bumeranq effekti yaradacaq və bu qanun layihəsinin qəbulu, əslində, ABŞ-ın maraqlarına qarşı yönəlib. Daha doğrusu, sirr deyil ki, bu qərar birbaşa Türkiyəyə qarşı yönəlib. Türkiyəni isə qarşısına almaq heç də rəsmi Vaşinqton üçün asan başa gələ bilməz və ortaya mənfi fəsadlar çıxarar. Ən azından, nəzərə almaq lazımdır ki, bu gün ABŞ-ın regiondakı mürəkkəb geosiyasi vəziyyətin davam etdiyi bir məqamda Ankara ilə münasibətlərinin inkişafına daha çox ehtiyacı var, nəinki yeni problemlər ortaya çıxarmağa. Eyni zamanda, Vaşinqtonun bu addımı regionda sülh və təhlükəsizlik məsələlərinə də xələl gətirə bilər. çünki Ankara regionda sülh və təhlükəsizliyin təmin olunmasında fəal rol oynayır. Başqa bir məqam isə, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır. Bəzi konqresmenlər səbəbi anlaşılmayacaq şəkildə bu qərarın Ankara-İrəvan dialoquna müsbət təsir edəcəyi haqda absurd fikirlər səsləndirməkdədir. Maraqlıdır ki, onların bu nəticəyə gəlməsi üçün ortada heç bir əsas olmadığı kimi, fikirlərini izah edərkən səsləndirdikləri arqumentlər də ikrah hissi oyadır. Onsuz da son zamanlar Ermənistanın kriminal hakimiyyətinin qeyri-konstruktiv mövqeyi ucbatından dalana dirənən Türkiyə-Ermənistan danışıqları Xarici Əlaqələr Komitəsinin bu qərarından sonra, ümumiyyətlə, dayandırılacaq və İrəvanla Ankara arasında siyasi əlaqələrin bərpa olunacağı, sadəcə, xəyal olaraq qalacaq.
Başqa bir nüansa diqqət çəkək. Bildiyimiz kimi, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən 3 həmsədr dövlətdən biridir. Konqresin qərarı isə rəsmi Vaşinqtonun obyektiv olacağına dair inamları puç etdi. çünki münaqişə tərəflərinin birinin maraqları naminə ağlasığmaz dərəcədə ikilistandartlara söykənən qərar qəbul edən ABŞ-ın həmsədr kimi qərəzli olacağı da qaçılmaz reallığa çevrilməkdədir. Bunlara, iqtisadi itkiləri də əlavə etsək, bu məsələdən məhz elə Vaşinqtonun hamıdan çox ziyanlı çıxacağı bəlli olur. Bu qərarın heç Ermənistana da bir xeyri olmayacaq.
Xocalı həqiqətlərinə göz yummaq heç bir superdövlətə başucalığı gətirməz!!!
Konqresin bu məlum layihəni müzakirəyə çıxarmasından cəmi bir neçə gün öncə Azərbaycan tarixinə qanla yazılmış bir qətliamın -Xocalı soyqırımının 18-ci ildönümünü qeyd etdik. Dünyanın hər bir guşəsində bu soyqırımı tanıtmaq istiqamətində çox əhəmiyyətli və səs-küylü tədbirlər keçirildi. Elə ABŞ-da da, Vaşinqtonda da bu münasibətlə tədbirlər təşkil olundu. Bu gün dünyada Xocalıda ermənilərin törətdikləri soyqırımından hamı xəbərdardır. Eləcə də, qondarma “erməni soyqırımı” iddialarını gündəmə gətirən və bununla bağlı qərar qəbul edən amerikalı konqresmenlər də Xocalıda baş verənlərin əsl soyqırımı olduğunu dərk edirlər. Amma nədənsə, saxta, qondarma məlumatları qanun halına salan ABŞ konqresmenləri cəmi bir neçə il əvvəl baş vermiş əsl soyqırımı tanımaq bir yana, heç gündəmə də gətirmək istəmirlər. Deməli, konqresmenlərin niyyəti heç də ədalət axtarmaq, demokratiyanı müdafiə etmək deyil. Bu anlayışlar, sadəcə olaraq, onların pafoslu nitqlərində mövcuddur. Əmələ gələndə isə, hətta yalan danışmağı, yalançı davranmağı da bacarırlar. Elə martın 4-də olduğu kimi. Amma nə olursa-olsun, haqq-ədalət gec-tez öz yerini tapacaq. Bəşər tarixi Xocalıda baş verənlərin əsl soyqırımı, ermənilərin iddialarının isə uydurma olduğunu sübut edəcək. Bu reallıqları görməmək isə özünü superdövlət hesab edən heç bir ölkəyə başucalığı gətirməz.
Avstraliyada aborigen, ABŞ-da “qızıl dərili” qalmayıb...
Uydurma “erməni soyqırımı”nı müdafiə edən konqresmenlər bu addımları belə izah edirdilər ki, guya hamı tarix qarşısında cavab verməlidir, baş vermiş bütün ədalətsizliklər isə mütləq qiymətləndirilməlidir. Prinsipcə, bu fikri biz də müdafiə edirik. Bizim qarşı çıxdığımız məqam ondan ibarətdir ki, tarixdə həqiqətən baş vermiş, baş verməsi heç kəsdə şübhə doğurmayan faktlara qiymət verilməlidir. Belə hadisələr isə yetərincədir. Götürək elə, ingilislərin Avstraliyanın kəşfindən sonra yerli əhaliyə qarşı törətdiyi kütləvi qırğınları. Yeri gəlmişkən, qısaca məlumat verək ki, qitənin kəşf olunduğu XVIII əsrdən etibarən burada ingilislər məskunlaşmağa başlayıb. Bu məskunlaşma isə milyonlarla yerli əhalinin - aborigenlərin qətlə yetirilməsi hesabına baş tutub. Vəziyyət o yerə çatıb ki, bu gün Avstraliya kimi böyük bir ölkədə aborigen tapmaq müşkül məsələyə çevrilib. Onların bütün tarixi, mədəni abidələri də yer üzündən silinib. Ya da ABŞ-ın ilk sahibləri olan “qızıldərililər”in kütləvi şəkildə qətlə yetirilməsi faktına nəzər yetirək. İngilislərin vəhşi və barbar adlandırılaraq qətlə yetirilmiş bu insanlara qarşı elə sözün həqiqi mənasında vəhşilik və barbarlıq törədilib. çox da uzaq olmayan tarixdə-XXI əsrin ilk illərindən etibarən İraqda törədilmiş qətliamlara da göz yummaq heç də ədalət sayıla bilməz. 2003-cü ilin mart ayının 20-də ABŞ və İngiltərə liderliyindəki koalisiya qüvvələrinin İraqda başlatdığı müharibə nəticəsində 1 milyondan artıq iraqlı qətlə yetirilib. Bu qətliamlar və qırğınlar bu gün də davam etməkdədir.
Bir faktı da istərdik nəzərə çatdıraq. Dəlillər sübut edir ki, faşist Almaniyasının rəhbəri Adolf Hitler soyqırımı və konslagerlərin yaradılması ideyasını hinduların məhv edildiyi və rezervasiyalara yerləşdirilmiş ABŞ-ın tarixindən götürüb. Müasirləri və silahdaşları bildiriblər ki, Hitler güclərin qeyri-mütənasibliyi şəraitində aclıq və mübarizə vəziyyəti yaratmaqla fiziki məhv edilmənin ABŞ variantını tez-tez tərifləyir və bu texnikanın tətbiqini məqsədəuyğun sayırdı.
Bəs onda niyə ABŞ Konqresi bu hadisələrə də bircə dəfə olsun, toxunmur, münasibət bildirmir? Məsələ, tarixi həqiqətləri layiqincə qiymətləndirməkdirsə, onda bu hadisələrə də qiymət vermək lazım deyilmi? Təbii ki, lazımdır, amma bu addımı atmaq onlara sərf etmir. Elə buna görə də, diqqəti real tarixi faktlardan yayındırmaq məqsədilə, özlərindən uydurma tarix yazmaqla məşğuldurlar. Amma unudurlar ki, onlar tarixi yaza bilməyəcək, əksinə, tarix onları da yazacaq.
Aqşin ŞAHİNOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13

