/ / İqbal Ağazadə: İlk gündən Ali Baş Komandanın bütün çağırışlarını dəstəkləmişik və bu məsələdə sona qədər Onun yanında olacağımızı bəyan etmişik
İqbal Ağazadə: İlk gündən Ali Baş Komandanın bütün çağırışlarını dəstəkləmişik və bu məsələdə sona qədər Onun yanında olacağımızı bəyan etmişik
21.10.2020 [09:02]
“Azərbaycan xalqı uzun müddətdir ki, işğal altında olan doğma torpaqlarının azad olunmasını gözləyirdi. Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması barədə Ali Baş Komandan tərəfindən mühüm qərar qəbul edilib. Bu qərar cəmiyyətin bütün təbəqələri, o cümlədən siyasi partiyalar tərəfindən də yekdilliklə dəstəklənib. Ümid Partiyası olaraq biz də bu qərarı sevinclə qarşıladıq. Müharibə başlayan gündən siyasi partiyaların birgə bəyanatına da imza atdıq. Bir sözlə, ilk gündən Ali Baş Komandanın bütün çağırışlarını dəstəkləmişik və bu məsələdə sona qədər Onun yanında olacağımızı bəyan etmişik”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağazadə söyləyib.
Partiya sədrinin sözlərinə görə, işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində Ali Baş Komandanın yürütdüyü qətiyyətli siyasət daim dəstəklənməlidir: “Düşmən tapdağında olan torpaqlarımızın işğaldan azad olunması yönündə Azərbaycan Ordusunun apardığı əməliyyatlar zamanı Ali Baş Komandanın ətrafında sıx birləşməliyik. İnanıram ki, bu dəstəyin nümayiş etdirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yönündə aparılan siyasətin müvəffəqiyyətlə başa çatdırılmasına mühüm töhfə olacaq”.
İ.Ağazadə deyib ki, indiki məqamda ölkədə milli həmrəyliyin nümayiş etdirilməsinin alternativi yoxdur: “Biz hamımız bu ölkənin vətəndaşlarıyıq. Vətəndaşların hər biri ölkənin problemlərinin həllini istəyir. İndiki məqamda Azərbaycanın ən böyük problemi də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyümüz çərçivəsində həll olunmasıdır. Ona görə də əksər siyasi partiyaların Ali Baş Komandanın atdığı addımların müdafiə edilməsi yönündə ortaya qoyduğu iradəni təbii qəbul etmək lazımdır. İndiki məqamda fərqli mövqe axtarışına çıxmaq və yaxud fərqli yanaşma sərgiləmək dorğu deyil. Əslində, fərqli yanaşma sərgiləmək Vətənə xəyanətdir. Ona görə ki, torpaqların işğaldan azad olunmasında həmrəylik nümayiş etdirilməsinin alternativi yoxdur. Çünki müharibə əmri verilibsə, hamı əsgərdir. Sevinirəm ki, hazırda siyasi partiyalar, QHT-lər, ümumiyyətlə, bu gün Azərbaycan cəmiyyəti Vətən müharibəsinə və Ali Baş Komandana münasibətdə yekdil mövqedədir. Bunun özü isə bütün dünya ictimaiyyətinə Azərbaycan xalqının birlik və bərabərlik mesajıdır”.
Bu günlərdə keçirilən videokonfrans formatında görüşdə və sonrakı proseslərdə 50 partiya rəhbərinin bir daha dövlət başçısına, ordumuza münasibətdə yekdil mövqe sərgiləməsinə toxunan İ.Ağazadə deyib ki, burada ölkədə aparılan siyasi islahatların və siyasi dialoqun dərinləşdirilməsi istiqamətində görülən işlərin rolu da böyükdür: “Hesab edirəm ki, siyasi dialoqun dərinləşdirilməsi təşəbbüsü alqışlanmalıdır. Mən dəfələrlə qeyd etmişəm ki, bu ilin əvvəlindən dialoq prosesinin başlanması, xüsusilə bu istiqamətdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin fəaliyyəti təqdir olunmalıdır. Təsadüfi deyil ki, indiki Vətən müharibəsi şəraitində siyasi institutlarla əlaqələrin daha da dərinləşdirilməsinə imkan yaranıb. Ümid edirəm ki, son proseslər bizi daha da yaxınlaşdıracaq, biz də bu fürsətdən millətin, dövlətin gələcəyi naminə istifadə edəcəyik”.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxGündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43

