Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fəzail Ağamalı: Bu gün cəmiyyətimiz vahid mövqedən çıxış edir

Fəzail Ağamalı: Bu gün cəmiyyətimiz vahid mövqedən çıxış edir

06.11.2020 [09:19]

“Rəşadətli ordumuz bu gün öz şücaəti ilə tarix yazır və yaradır. Bu tarix müstəqil Azərbaycanın ən şanlı səhifələrindən biridir. Qazanılan uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin bir daha çox mükəmməl bir strateq və sərkərdə olduğunu təsdiqlədi”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, tezliklə ərazi bütövlüyümüzü təmin edəcəyik və işğalçı ordu Azərbaycanın ərazisindən tamamilə qovulacaq. Onun fikrincə, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin inkişaf etdirdiyi Silahlı Qüvvələrimiz qazandığı qələbələrlə hər bir azərbaycanlını qürurlandırır: “Məsələ ondadır ki, ərazi bütövlüyümüz təmin ediləndən sonra regionda geosiyasi vəziyyət tamam dəyişəcək. Azərbaycan qalib bir dövlət kimi, ədalətə və haqqa söykənən bir dövlət kimi öz cəmiyyəti, xalqı ilə bərabər dünya miqyasında çox böyük nüfuz sahibi olacaq və Azərbaycanla artıq başqa dildə danışmaq məsələsinə son qoyulacaq”.
AVP sədri qeyd edib ki, bizim gəncliyimiz indi cəbhədə böyük qəhrəmanlıqlar göstərir: “Azərbaycan xalqı qəhrəman xalqdır, döyüşkən xalqdır. Bizim soyumuz, yəni türk xalqları bəşəriyyətə döyüşkən xalq kimi öz imzasını atıb. Böyük dövlətlər, imperiyalar yaratmışıq. Bu gün ön cəbhədə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri döyüşürlər. Belə bir cəmiyyət heç şübhəsiz ki, dünyada çox böyük bir hörmətə sahibdir. Bir sözlə, qələbə bizimlədir, əsgərlərimizə can sağlığı arzulayırıq, uğurlar diləyirik. Bütün Azərbaycan xalqı onlarla bərabərdir və onlar da daim irəliyə getsinlər, düşmənə zərbənin ardınca zərbə vursunlar, işğal olunmuş torpaqlarımızı əbədi olaraq bu Vətənə birləşdirsinlər və beləliklə, Azərbaycanın tarixində özlərinin əbədi qəhrəmanlıq salnaməsini yazıb, qəhrəman olaraq bu Vətənin övladı kimi tarixə düşsünlər”.
Azərbaycanda bu gün güclü həmrəyliyin mövcud olduğunu deyən F.Ağamalının sözlərinə görə, cəmiyyətimiz vahid mövqedən çıxış edir: “Bu çox qürurverici haldır. Siyasi mənsubiyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın da birgə mövqedən çıxış etməsi çox yüksək qiymətləndirilməlidir. Bu həmrəylik ölkəmizdə sağlam siyasi palitranın formalaşdığının göstəricisidir”.
Nardar

Paylaş:
Baxılıb: 500 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31