/ / “Qarabağda müasir şəhərsalma və memarlığın yeni inkişaf konsepsiyası" mövzusunda tədbir keçirilib
“Qarabağda müasir şəhərsalma və memarlığın yeni inkişaf konsepsiyası" mövzusunda tədbir keçirilib
18.05.2026 [14:53]
YAP Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti, Tərtər Heydər Əliyev Mərkəzi, Qarabağ və Şərqi Zəngəzur Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi, Qarabağ Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Qarabağda müasir şəhərsalma və memarlığın yeni inkişaf konsepsiyası" mövzusunda tədbir keçirilib.
Tədbirdə təşkilatçı idarə və təşkilatların əməkdaşları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra Qarabağın bərpası, yenidən qurulması və müasir şəhərsalma konsepsiyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Tərtər rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənablarının sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması dövlətimizin gələcəyə hesablanmış inkişaf strategiyasının, müasir idarəçilik fəlsəfəsinin və milli-mənəvi dəyərlərə söykənən quruculuq siyasətinin növbəti mühüm təzahürüdür.
Qeyd etdi ki, Bu qərar bir daha göstərir ki, Azərbaycan dövləti yalnız bu günü deyil, gələcək nəsillərin yaşayacağı müasir, təhlükəsiz, estetik və dayanıqlı şəhərləri də düşünərək böyük addımlar atır. Çünki şəhərsalma və memarlıq təkcə binaların inşası deyil — bu, xalqın milli kimliyinin, mədəniyyətinin, dünyagörüşünün və inkişaf səviyyəsinin göstəricisidir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsi və Bakı şəhərinin BMT-nin 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsi, Qarabağda tətbiq olunan bu müasir konsepsiyanın dünya miqyasında qəbul olunduğunu təsdiqləyir. Çıxışda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və digər yaşayış məntəqələrində milli memarlıq ənənələri ilə müasir şəhərsalma prinsiplərinin vəhdəti təmin olunur. Tarixi irsin qorunması, ekoloji tarazlığın saxlanılması və müasir infrastrukturun qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Sonra Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Qarabağ və Şərql Zəngəzur Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Camal Hacıyev, Qarabağ Gənclər və İdman İdarəsinin sektor müdiri Orxan Fəxrəddinov, Tarix-diyarşünaslıq muzeyinin direktoru Aybəniz Şahbazi mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı olduğu kimi, Prezident İlham Əliyev də Qarabağın yeni inkişaf modelinin müəllifidir. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi gücünü, xalqımızın iradəsini və milli həmrəyliyini nümayiş etdirir. Qarabağda həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın və memarlıq ənənələrimizin yenidən dirçəldilməsidir. Qeyd olunub ki, bu möhtəşəm quruculuq prosesi gələcək nəsillərə güclü və müasir Azərbaycan mirası ötürür.
Sonda tədbir iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti və abadlıq işlərinin Azərbaycanın davamlı inkişafının, milli dövlətçilik ənənələrinin və müasir memarlıq düşüncəsinin parlaq təcəssümü olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

