İsti havada necə geyinək?
22.07.2026 [12:25]
Rəng, parça və düzgün seçim...
Bir çox insan yay geyimini yalnız dəb baxımından qiymətləndirir. Mütəxəssislər isə bildirirlər ki, isti havalarda seçilən geyimlər orqanizmin istilik tənzimlənməsində, günvurma riskinin azalmasında, dəri sağlamlığının qorunmasında və ümumi həyat keyfiyyətinin yüksəldilməsində düşündüyümüzdən qat-qat böyük rol oynayır. Əslində, yay aylarında düzgün geyinmək təkcə estetik görünüş məsələsi deyil, həm də sağlam həyat tərzinin vacib tərkib hissəsidir.
Həkimlər hər nə qədər “temperaturun yüksək olduğu günlərdə açıq havada olmayın” desələr də, müəyyən səbəblərə görə bu tövsiyəyə tam əməl edə bilmirik - evdən çıxmalı oluruq. Bir çoxları fikirləşir ki, isti aylarda daha yüngül geyinmək nisbətən də olsa bədəndə sərinlik yaradır. Ancaq isti havalarda geyindiyimiz geyimlərin rəngi belə xüsusi önəm kəsb edir. Belə ki, insanlar yayda əsasən ağ rəngli və ya digər açıq rəngli paltar geyinməyə üstünlük verir. Bunun səbəbi isə odur ki, ağ rəng günəş şüalarını əks etdirir və içinə çəkmir. Beləliklə də ağ rəngli paltar insan bədənini daha sərin saxlayır. Qarın günəş şüaları altında uzun müddət əriməməsinin səbəbi də budur.
Yay aylarında düzgün geyim qaydası ilə bağlı digər maraqlı məqam isə bədən nahiyələrinin qapadılmağa daha çox ehtiyac duyması ilə əlaqədardır. Bir çoxları belə olduqda sərinləyəcəklərini düşünsələr də, bu, yanlış fikir imiş...
Yayda geyimlərimizin parçasını, rəngini necə seçək?
Modelyer Şəlalə Məmmədova “Yeni Azərbaycan”a bildirib ki, yay aylarında geyim seçərkən, parçanın materialına fikir vermək lazımdır. Onun sözlərinə görə, hətta parçanın materialı rənglərdən də önəmli rol oynayır: “Yaxşı olar ki, təbii materiallara - xüsusilə kətandan, çit parçadan hazırlanan geyimlərə üstünlük verilsin. Xüsusilə, yay aylarında sintetik tərkibli geyimlərdən qətiyyən istifadə etmək olmaz. Geyim seçərkən paltarın rənginə də fikir vermək lazımdır. Yayda daha çox qarışıq və al-əlvan tonlarda olan parçalara üstünlük verilməsi məsləhətdir. Bundan əlavə, güllü, açıq rəngli parçalar hər ilin yaz-yay aylarında dəbdə olur”.
Ağ rəng sərinlədir...
Ş.Məmmədova qeyd edib ki, bədənə oturmayan, gen-bol biçimdə olan geyimlər daha faydalıdır: “Yay aylarında açıq geyimlərdən istifadə etmək bir o qədər də məqsədəuyğun deyil. Çünki bu halda günəş şüaları bədənə birbaşa nüfuz edir və bu, insan orqanizminə mənfi təsir göstərir. Yaxşı olardı ki, nisbətən qapalı geyimlərə üstünlük verilsin. Amma bu o demək deyil ki, tünd rəngli qapalı geyimlərdən istifadə edilməlidir. Açıq ağ rəngli tonlarda qapalı geyinmək orqanizm üçün daha faydalıdır. Çünki ağ rəng günəş şüalarını geri qaytarır və nəticədə insan sərinləyir. Ultrabənövşəyi şüalardan qorunmaq üçün bu, ən əlverişli üsullardandır”.
Uzaq durun!
Modelyer, həmçinin bildirib ki, isti aylarda süni tərkibli parçalardan hazırlanan paltarları geyinmək olmaz: “Paltar seçimində çox açıq geyimlərin istifadəsi sağlamlıq baxımından da yolverilməzdir. Belə dövrlərdə daha çox havakeçirici paltarlardan istifadə edilməlidir. Bu mənada istər baş örtükləri, istərsə də digər geyimlər pambıq materialından olmalıdır ki, bədəni havalandıra bilsin. Süni tərkibli parçalardan mümkün qədər uzaq durmaq lazımdır. Yay aylarında geyim elə seçilməlidir ki, istinin orqanizmə neqativ təsirini minimuma endirə bilsin. Həmçinin, isti aylarda gigiyena qaydalarına da mütləq riayət edilməlidir. Sağlamlıq və infeksiyalarla mübarizə baxımından bu, önəmlidir. Dəri nə qədər nəfəs ala bilirsə, orqanizmə o qədər faydalıdır. Yay aylarında geyim tez-tez təzələnməlidir. Tərli və çirklənmiş paltarlar dəyişilməlidir. Çünki onlar infeksiya mənbəyi hesab olunurlar. Diqqətli olmaq lazımdır ki, neqativ halların qarşısını vaxtında almaq mümkün olsun”.
Ayaqqabı seçimi də vacibdir
Ş.Məmmədova qeyd edib ki, yay aylarında ayaqqabı seçimi də sağlamlığa birbaşa təsir göstərən amillərdəndir: “Havanı keçirməyən, qalın materiallardan hazırlanan ayaqqabılar ayaqlarda həddindən artıq tərləməyə, xoşagəlməz qoxuya, göbələk infeksiyalarına və uzunmüddətli gəzinti zamanı narahatlığa səbəb ola bilər. Buna görə də təbii materiallardan hazırlanan, ayağın nəfəs almasına imkan verən yüngül ayaqqabılar və sandallar daha məqsədəuyğun hesab edilir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55

