Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Britaniyanın yeni Baş nazirindən ilk iqtisadi addım: Elektrik enerjisinə ƏDV ləğv olunur

Britaniyanın yeni Baş nazirindən ilk iqtisadi addım: Elektrik enerjisinə ƏDV ləğv olunur

21.07.2026 [22:20]

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham vəzifəyə başladıqdan sonra ilk mühüm qərarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, o, bu ilin oktyabr ayından etibarən ev təsərrüfatlarının elektrik enerjisi ödənişlərinə tətbiq olunan 5 faizlik əlavə dəyər vergisinin (ƏDV) sıfıra endiriləcəyini bildirib. Hökumətin hesablamalarına görə, bu dəyişiklik nəticəsində orta hesabla hər bir ailə ildə təxminən 45 funt sterlinq qənaət edəcək.

Biznes naziri Conatan Reynolds deyib ki, vergi güzəşti cari maliyyə ilinin sonunadək maliyyələşdirilib. Onun sözlərinə görə, bunun üçün əvvəlki Baş nazir Kir Starmer hökumətinin planlaşdırdığı rəqəmsal şəxsiyyət vəsiqəsi proqramı ləğv olunub və ayrılmış vəsait bu məqsədə yönəldilib.

Reynolds əlavə edib ki, elektrik təchizatçıları ƏDV-nin ləğvindən yaranan güzəşti istehlakçıların hesablarına tam şəkildə tətbiq edəcək və bu sahədə hər hansı problem gözlənilmir.

Qeyd edək ki, Endi Börnham iyulun 20-də Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb. O, yeni hökumət komandasını da formalaşdıraraq Con Hilini maliyyə naziri, Ed Milibandı xarici işlər naziri, Ues Stritinqi isə müdafiə naziri təyin edib. Angela Reyner yenidən mənzil məsələləri naziri, Şabana Mahmud isə daxili işlər naziri vəzifəsində saxlanılıb.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31