Fransanın ekoloji keçid nazirinin istefa qərarı müzakirələrə səbəb olub
22.07.2026 [21:13]
Fransanın ekoloji keçid naziri Monik Barbu kənd təsərrüfatı üzrə fövqəladə qanunun parlamentdə qəbul edilməsi ilə əlaqədar Prezident Emmanuel Makrona istefa ərizəsini təqdim etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, nazir mübahisəli pestisidlərin yenidən istifadəsinə imkan verən müddəaya qarşı çıxır. Monik Barbu bildirib ki, mövcud vəziyyətdə istefadan başqa çıxış yolu görmür. Bununla belə, o, Prezidentin qərarından asılı olaraq, hökumətdə qalmaq ehtimalını tam istisna etməyib. Nazir qeyd edib ki, istefası qəbul olunarsa, hökuməti tərk edəcək, əks halda isə veriləcək qərarın məzmunundan və izahından çox şey asılı olacaq.
Müxalifət bu istefanı hökumətin zəifliyinin göstəricisi kimi qiymətləndirir. Sosialist Partiyasından olan deputat Romen Eskenazi hesab edir ki, bu hadisə qəbul olunan qanunun ətraf mühit və ictimai sağlamlıq baxımından ciddi geriləmə yaratdığını nümayiş etdirir. Onun sözlərinə görə, Fransanın quraqlıq, ardıcıl istilər və iri meşə yanğınları ilə üzləşdiyi bir dövrdə ekoloji keçid nazirinin istefası xüsusilə narahatedici siqnaldır.
Qanun ölkənin sanitar təhlükəsizlik agentliyinə müəyyən şərtlər daxilində asetamiprid və flupiradifuron pestisidlərinin bəzi çətin vəziyyətdə olan kənd təsərrüfatı sahələrində yenidən istifadəsinə icazə vermək səlahiyyəti verir.
Monik Barbu bundan əvvəl də bir neçə dəfə istefa ehtimalını gündəmə gətirib. O, Qvianada karbohidrogen yataqlarının kəşfiyyatı planlarına etiraz olaraq və Yaşıl Fond üçün daha çox maliyyə ayrılması tələbi ilə hökuməti tərk edə biləcəyini bildirib.
2025-ci ilin payızında vəzifəyə təyin olunan və uzun illər ekoloji fəaliyyətlə məşğul olan Barbu Ümumdünya Təbiəti Mühafizə Fondunun Fransadakı keçmiş rəhbərlərindən biridir. Lakin müxalifət və bəzi siyasətçilər onu kifayət qədər fəal olmamaqda tənqid edirlər. Milli Birlik Partiyasından olan deputat Filip Ballar nazirin parlamentdə demək olar ki, görünmədiyini iddia edib.
Hakim koalisiyada isə istefa ilə bağlı fərqli mövqelər səslənir. Bəzi deputatlar Barbuya əvəzləyicinin tezliklə tapılacağını və vəziyyətin ciddi problem yaratmayacağını desələr də, digərləri bunu hökumət üçün uzunmüddətli siyasi nəticələr doğura biləcək böhran kimi qiymətləndirirlər.
Əgər Monik Barbu vəzifəsini tərk etsə, bu, Emmanuel Makronun prezidentliyi dövründə ekoloji keçid nazirinin ikinci istefası olacaq. Bundan əvvəl Nikola Hulo 2018-ci ildə ekologiyanın hökumətin prioriteti olmadığını əsas gətirərək istefa verib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

