Diaspor təşkilatlarının fəaliyyəti Prezident İlham Əliyevin diqqət mərkəzindədir
08.04.2010 [14:56]
Məlum olduğu kimi, bu il məşhur çanaqqala zəfərinin 95-ci ili tamam oldu. Başdan-başa qəhrəmanlıq səhifələrini əhatə edən və hər saatı, hər dəqiqəsi cəsurluq mücəssiməsi olan çanaqqala savaşı türk dünyasının ən böyük, ən möhtəşəm tarixlərindən biridir. Bu da bir həqiqətdir ki, 95 il əvvəl çanaqqala döyüşlərində düşmənə qarşı amansızlıqla və mərdliklə, türk qardaşları ilə çiyin-çiyinə, türk torpağı uğrunda döyüşənlər arasında Azərbaycandan gəlmiş cəsur igidlər də olub. çanaqqalada Azərbaycan türkləri də ölüm-dirim savaşlarında şəhid olublar. Bununla belə, uzun müddət çanaqqalada həlak olmuş azərbaycanlılar barədə məlumat olmayıb. ötən il Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və “Diasporun səsi” jurnalının baş redaktoru, professor Vaqif Arzumanlı çanaqqala döyüşlərinin 94-cü ildönümündə iştirakı isə bu istiqamətdə addımın atılmasına təkan verib. Belə ki, tədbirlər zamanı onlar fürsət tapıb Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Vecdi Gönül və çanaqqala valisiylə görüşüb, Azərbaycandan gəlib türk qardaşlarının köməyinə çatan və şəhid olmuş soydaşlarımız barədə məlumat verib və onların da şərəfinə çanaqqalanın Anıt Məzarlığında xatirə lövhəsinin qoyulması barədə təklif səsləndiriblər. Beləliklə, aparılan fəaliyyət nəticəsində bu ilin martında çanaqqala döyüşlərinin 95-ci ildönümünün qeyd olunduğu ərəfədə BDM-in sədri İsmayıl Ağayev, millət vəkili, BDM-in Məşvərət Şurasının sədri Gülər Əhmədova, professor Vaqif Arzumanlı, BDM-in Rusiya Federasiyası üzrə nümayəndəsi Ələmdar Nəbiyev və digər şəxslərin iştirakı ilə çanaqqaladakı Anıt Məzarlığında 1915-ci ildə şəhid olmuş azərbaycanlıların şərəfinə əklil qoyduqdan sonra Xatirə lövhəsi ucaldılıb. “Yeni Azərbaycan” qəzeti olaraq həm bu məsələni, həm də, ümumiyyətlə, dövlətimizin diaspor siyasəti ilə bağlı bəzi məqamları müzakirə etmək üçün Gülər Əhmədova, İsmayıl Ağayev və Ələmdar Nəbiyevi redaksiyamıza dəvət etdik.
- Gülər xanım, Milli Məclisin üzvü, həmçinin, diaspor siyasətinin həyata keçirilməsində iştirak edən Beynəlxalq Diaspor Mərkəzinin Məşvərət Şurasının sədri kimi dövlətimizin diaspora siyasətini necə dəyərləndirirsiniz?
- Gülər Əhmədova: Bildiyiniz kimi, Azərbaycanda diaspor fəaliyyətinin başlanması konkret olaraq ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. ümumiyyətlə isə, bu, bizim yaxın keçmişimizdir. O baxımdan da, diaspor siyasətimizin qədim tarixinin olduğunu deyə bilmərik. Azərbaycan xalqı həddindən artıq torpağına, kökünə, həmçinin, adət-ənənələrinə bağlı bir xalq olduğu üçün bizdə heç bir zaman müxtəlif ölkələrdə kök salmaq kimi meyllər olmayıb. Bu baxımdan da, diasporun formalaşması prosesi kifayət qədər uzaq keçmişə malik deyil. O ki qaldı diaspor siyasətimizin mütəşəkkil şəkil almasına və dövlət tərəfindən dəstəklənməsinə, yalnız onu demək olar ki, bu gün diasporumuzu ayaqda saxlayan şübhəsiz ki, Azərbaycan dövləti və Azərbaycan Prezidentidir. ölkəmizdə diaspor təşkilatları ilə bağlı keçirilən bütün tədbirlər, həmçinin, Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması konkret olaraq, dövlət başçısının bu sahədə atdığı addımların nəticəsidir. Bütün bunlarla yanaşı, bəzi məqamları da qeyd etməyi vacib bilirəm. Belə ki, dövlət və şəxsən Prezident tərəfindən göstərilən xüsusi diqqətə baxmayaraq, bəzi diaspor təşkilatlarımız heç də lazımi şəkildə fəaliyyət nümayiş etdirə bilmirlər. Bunun əsas səbəblərindən biri, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarımızın, yaxud da həmin təşkilatların rəhbərlərinin özlərini ön sırada görmək istəyi ilə bağlıdır. Əlbəttə ki, liderlik xüsusiyyətləri çox gözəldir. Amma diaspor fəaliyyəti komanda oyunu tələb edir. Əgər hər hansı bir ölkədə fəaliyyət göstərən üç-dörd diaspor təşkilatı birləşə bilmirsə, hər hansı xarici ölkədə yaşayan azərbaycanlılar ayrı-ayrılıqda yalnız özlərinin nümayiş etdirdiyi fəaliyyəti uğurlu hesab edirlərsə və bu səbəbdən də bir-birilərinə qarşı çoxsaylı tənqidlər səsləndirirlərsə, bu heç bir halda bizim ümumi işimizə xeyir verən deyil. Bu cür fəaliyyət konkret olaraq azərbaycançılıq ideyasının zəifləməsinə gətirib çıxaran bir faktordur. O baxımdan mən çox istərdim ki, hər bir kəs istənilən diaspor təşkilatının özünəməxsus güclü tərəflərinin olduğunu bilsin. Yəni, həmin tərəflər ümumi iş naminə birləşdirilməlidir ki, sonda vahid mövqedən çıxış edə bilək. ümumiyyətlə, diaspor təşkilatı istənilən halda düşməni, eləcə də, tarixdə torpaqları, müstəqilliyi ilə bağlı problemləri olan ölkələr tərəfindən yaradılır. Məsələn, hollandların, yaxud da danimarkalıların hər hansı diaspor təşkilatı yoxdur. çünki onların buna ehtiyacları yoxdur. Daha dəqiq desək, bu ölkələrə qarşı heç bir başqa dövlət tərəfindən ərazi iddiası irəli sürülməyib. Eyni zamanda, onların müstəqillikləri ilə bağlı heç bir problemləri yoxdur.
- İsmayıl müəllim, necə fikirləşirsiniz, xaricdəki diaspor təşkilatlarımızın vahid komanda şəklində fəaliyyət göstərə bilməməsinin səbəbi nədir?
- İsmayıl Ağayev: Bəzən ölkəmizdən kənarda yaşayan azərbaycanlı iş adamları, ümumiyyətlə isə, diaspor fəaliyyəti ilə məşğul olan insanların əksəriyyəti öz fəaliyyətlərinə görə, hansısa tərif və ya təşəkkür gözləyirlər. Halbuki bu, olduqca yanlış fikirdir. çünki diaspor fəaliyyəti, əslində, hərbi xidmət qədər şərəfli və vacib bir missiyadır. ölkəmizdən kənarda yaşayan hər bir azərbaycanlı bu istiqamətdə gücü çatan işi görməklə ümumilikdə Azərbaycana kömək etmiş olur. Digər tərəfdən, bu da danılmaz bir faktdır ki, diaspor təşkilatlarının fəaliyyəti şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısının öz fəaliyyətində fərqlənən diaspor təmsilçilərinin müxtəlif dövlət mükafatları ilə təltif edilməsi ilə bağlı Sərəncamları da deyilənlərin əyani sübutudur. Bütün bunlar, eyni zamanda, dövlətimizin diaspor siyasətinin möhkəm dayaqlar üzərində qurulması, xaricdə yaşayan hər bir azərbaycanlıdan daha fəal olmağı tələb edir. Lakin hörmətli Gülər xanımın da qeyd etdiyi kimi, diasporumuzun vahid komanda şəklində fəaliyyət göstərə bilməməsi isə bu istiqamətdə tam uğurların əldə edilməsini ləngidir. İnanıram ki, tez bir zamanda xaricdəki soydaşlarımız bu problemin də öhdəsindən layiqincə gələ biləcəklər. Beynəlxalq Diaspor Mərkəzi olaraq biz xaricdəki soydaşlarımıza həmin məsələdə yardım etməyə hazırıq.
- Konkret olaraq bu istiqamətdə hansı addımları atmağı vacib sayırsınız?
- İ.A: Biz BDM olaraq möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 2006-cı ilin martında Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayında bəyan etdiyi “Azərbaycan xalqı böyük xalqdır. Biz 50 milyonuq. Bizim hamımızın bir vətəni var -Azərbaycan. çalışmalıyıq ki, doğma vətənimizi möhkəmləndirək, qüdrətli dövlətə çevirək” sözlərini rəhbər tutaraq, Azərbaycandan kənarda yaşayan bütün soydaşlarımızın azərbaycançılıq məfkurəsi ətrafında birləşdirilməsi istiqamətində aparılan siyasətə öz dəstəyimizi veririk. Bundan başqa, həmin bu istiqamətdə müəyyən proqramların, fəaliyyət planlarının hazırlanmasında yaxından iştirak edirik. Biz hesab edirik ki, xaricdəki soydaşlarımız öz fəaliyyətlərini yeni və strateji layihələrin həyata keçirilməsi istiqamətində qurmalıdırlar. Eyni zamanda, son zamanlar diaspor fəaliyyətində əldə edilən uğurlara görə, ancaq və ancaq möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına təşəkkürümüzü bildirməliyik.
- Gülər xanım, bəs bir millət vəkili olaraq QHT-lərin dövlətin diaspor siyasətindəki rolunu necə görürsünüz?
- G.Ə: öncə, təəssüflə bir məqamı qeyd etmək istəyirəm. Hər kəsə bəlli olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən QHT-lərin bir çoxu siyasiləşib. Konkret olaraq diaspor fəaliyyətindən danışmağımıza baxmayaraq, bəzi paralelləri də aparmalıyıq. Məsələn, sözdə insan haqlarının müdafiəsi ilə məşğul olduqlarını bəyan edən bəzi QHT-lərin hansı şəkildə fəaliyyət göstərdiyi və hansı korporativ maraqlara xidmət göstərdiyi hər kəsə bəllidir. Daha dəqiq desək, belələri hər hansı bir siyasi partiyanın, yaxud da fərdlərin arzusu ilə formalaşan təşkilatlardır. Mən heç vaxt istəməzdim ki, diaspor fəaliyyəti ilə məşğul olan QHT-lərimizdə də bu cür mənfi hallar baş versin. çünki azərbaycançılıq ideyasında iqtidar-müxalifət ola bilməz. Bu, konkret olaraq ümummilli məsələdir və çox sevindirici haldır ki, bu günə kimi həmin istiqamətdə hər hansı fikir ayrılığı ortaya çıxmayıb. Konkret olaraq sualınıza gəlincə, hesab edirəm ki, QHT-lərin dövlətin diaspor siyasətindəki rolu böyük olmalıdır. çünki dövlət tərəfindən yaradılan Diasporla İş üzrə Dövlət Komitəsi heç bir halda bütün dünyada təkbaşına bu işləri həyata keçirə biləcək nə ştata, nə də maliyyə vəsaitinə malikdir. Düzdür, onlar bütün sahələri əhatə etməyə çalışırlar. Amma QHT-lər bu işdə daha geniş fəaliyyət göstərməlidirlər. Lakin təəssüflər olsun ki, bu gün diaspor fəaliyyəti ilə məşğul olma görüntüsünü yaradan bəzi QHT-lər də var.
- Görüntü deyərkən, nəyi nəzərdə tutursunuz?
- G.Ə: Guya diaspor fəaliyyəti ilə məşğul olduğunu iddia edən bu təşkilatların fəaliyyəti Azərbaycandan kənara çıxmır. Əslində isə, diaspor fəaliyyəti ölkədən kənarda olmalıdır. Yəni, diaspor təşkilatı dedikdə o başa düşülür ki, həmin təşkilatın üzvləri yaşadıqları ölkələrdəki insanları öz ətraflarında birləşdirərək Azərbaycan haqqında həqiqətləri həmin ölkələrdəki sadə vətəndaşlara, həmçinin, ictimai-siyasi qurumlara çatdırmalıdırlar. Şəxsən BDM olaraq biz məhz bu istiqamətdə fəaliyyət göstəririk. Lakin bir daha təəssüflə qeyd edirəm ki, diaspor fəaliyyəti ilə məşğul olduğunu bəyan edən bəzi QHT-lər Azərbaycandan kənarda heç bir əməli addımlar atmırlar.
- Bəs, Azərbaycan dövlətinin diaspor təşkilatlarına yaratdığı şəraitdən həmin diasporyönümlü QHT-lər nə dərəcədə bəhrələnə bilirlər?
- G.Ə: öncə qeyd etmək istəyirəm ki, Azərbaycan dövləti digər sahələrdə olduğu kimi, diaspor fəaliyyəti ilə məşğul olan QHT-lər üçün də hər cür şərait yaradıb. çünki bu gün həm Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən, həm də Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən proqramlarda bütün təşkilatların əhatə olunması və heç kimin diqqətdən kənarda qalmaması üçün xüsusi həssaslıq göstərilir.
- Ələmdar müəllim, burada açıq şəkildə bütün məqamlar qeyd olundu. Yəni, dövlətin vahid diaspor siyasəti və bu siyasəti reallaşdırmaq üçün dəstəyi mövcuddur. Belə olan təqdirdə xaricdə yaşayan soydaşlarımızın yetərincə fəaliyyət göstərməmələrinin səbəbi nədir? Konkret olaraq, Rusiyada diaspor təşkilatları arasında önə çıxma mübarizəsi gedirmi?
- Ələmdar Nəbiyev: Mən də xüsusi olaraq, qeyd etməyi vacib bilirəm ki, şəxsən cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti öz müsbət nəticəsini göstərir. Təbii ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin dövlətimizə və xalqımıza daha çox xeyir verməsi üçün bizlər-yəni, xaricdə yaşayan azərbaycanlılar öz fəaliyyətimizi daha da genişləndirməliyik. Bu gün xaricdəki diasporumuzun vahid komanda halında fəaliyyət göstərməməsi kimi problemin olduğu isə inkar edilməzdir. İstər Rusiyada, istərsə də digər ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında bu problem mövcuddur. Amma bunu da təbii saymaq olar. O baxımdan ki, Azərbaycanın diaspor fəaliyyəti yeni formalaşdığı üçün müəyyən problemlərin ortaya çıxması təbiidir. Eyni zamanda, birmənalı olaraq qeyd etmək istəyirəm ki, bizlər həmin problemin tezliklə aradan qaldırılması istiqamətində də əməli fəaliyyət göstəririk. Şəxsən Rusiyada bu istiqamətdə narazılıqların və pessimizmin arxada qaldığını söyləyə bilərəm. Artıq mövqeyindən, vəzifəsindən və yaşından asılı olmayaraq, Rusiyadakı hər bir azərbaycanlı Vətənimiz Azərbaycanın üzləşdiyi problemlər barədə daha geniş məlumatların verilməsi üçün vahid mövqedən çıxış edir. Amma bəzi iş adamlarımızın bu prosesdə daha fəal iştirak etməsinin qarşısını alan müəyyən problemlərin də olduğunu söyləmək vacibdir.
- Məsələn, hansı problemlər?
- Ə.N: Əvvəla, zamanında bəzi diaspor təşkilatlarımız bu cür insanlarla sıx təmaslar qura bilməyib. Digər tərəfdən, onların bəziləri, konkret olaraq Rusiyadakı azərbaycanlı milyonçuların bir qismi bu proseslərdə birbaşa deyil, dolayı şəkildə iştirak etməyə üstünlük verirlər. Bu da təbiidir. çünki ermənilərin hansı mövqeyə malik olduqları, eyni zamanda, daima öz çirkin niyyətlərini həyata keçirmək üçün terrora baş vurduqları heç kəsə sirr deyil. Bu baxımdan, Rusiyadakı azərbaycanlı iş adamlarının diaspor fəaliyyətində daha qabarıq şəkildə iştirakı onları düşmənlərimizin hədəfinə sala bilər. Yəni, yuxarıda bəhs etdiyim problemlərin bir qismi bunlarla bağlıdır.
- G.Ə: Mən qeyd etmək istəyirəm ki, hazırda Rusiyadakı diaspora fəaliyyətimiz çox yaxşı vəziyyətdədir. Belə ki, bu ölkədə yaşayan imkanlı soydaşlarımız artıq ümumrusiya Azərbaycanlıları Konqresində birləşiblər. Onlar bizim diaspor siyasətimizə yaxından dəstək verirlər. Amma bunu digər təşkilatlar barədə demək mümkün deyil. Mən istəməzdim ki, biz erməniləri təkrar edək. Lakin ümumiyyətlə düşmənin hər zaman nə etdiyini də öyrənmək lazımdır. Bu misalı səbəbsiz çəkmədim. Belə ki, bu günlərdə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirlərlə bağlı çox maraqlı bir fakta rast gəldim. Qeyd olunurdu ki, dünyanın hər bir şəhərində yaşayan ermənilər üçün çağırış edilib. Həmin çağırışa əsasən hər bir erməni yalnız 50 sent yardım etməlidir. Əgər bu gün Ukraynada və ya digər ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin müxtəlif KİV-ində Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi, erməni təcavüzü ilə bağlı əsil həqiqətləri çap etdirmək üçün sadəcə, hərəsi 50 qəpik versə, kifayətdir. Yəni, bu cür işin görülməsi üçün heç bir milyonçuya ehtiyac yoxdur. Əgər bu pul yığılarsa, Rusiya telekanallarında təbliğat üçün vaxt almaq mümkündür. Mən hesab edirəm ki, heç bir azərbaycanlı ümummilli məsələ ilə bağlı 50 qəpik yardım etməkdən çəkinməz.
- Bəs onda, bu niyə edilmir?
- G.Ə: Bunun kökü ötən əsrin 90-cı illərinin əvvəllərinə gedib çıxır. O zaman xaricdəki azərbaycanlı iş adamları diaspor fəaliyyəti ilə bağlı məsələlərə çox böyük həvəslə pul xərcləyirdilər. Lakin sonralar məlum oldu ki, onların verdikləri pullar bir çox hallarda diaspor təşkilatlarının keçirdikləri tədbirlərə deyil, kimlərinsə şəxsi işlərinə xərclənib. Bu cür mənfi məqamları görən iş adamları sözügedən sahəyə pul ayırmalarına son qoydular. Yəni, onlar bir daha diaspor işi dəllallarının qurbanına çevrilmək istəmirlər. O baxımdan da mən iş adamlarını sona kimi qınaya bilmirəm.
- Yəni, bu məsələnin kökündə inamın itməsi faktoru dayanır...
- G.Ə: Əlbəttə. Bu inamın itməsində isə konkret “əməyi” olan azərbaycanlılarımız var və belələrini Azərbaycanda da, Rusiyada da, Ukraynada da hamı tanıyır. Hər kəs bilir ki, bu adamlar, sadəcə, fırıldaqçılardır.
- Ələmdar müəllim, Gülər xanım çox ciddi və ağrılı bir məsələyə toxundu. Fəaliyyət göstərdiyiniz Rusiyada bu istiqamətdə vəziyyət nə yerdədir?
- Ə.N: çox təəssüflər olsun ki, Gülər xanımın da qeyd etdiyi kimi, bu cür diaspor fırıldaqçılarına hər bir ölkədə rast gəlmək mümkündür. Lakin onların diaspor kimi müqəddəs bir işdən öz mənfəətləri naminə istifadə etdikləri zamanlar artıq arxada qalıb. Bu gün Rusiyada yaşayan soydaşlarımız diaspor fəaliyyəti ilə bağlı məsələlərdə ön sırada dayanırlar. Yəni, hazırda Rusiyada istər diaspor təşkilatları, istərsə də Azərbaycanla bağlı digər qurumlar tərəfindən mühüm işlər həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi və bu nümayəndəliyin rəhbəri Leyla xanım Əliyevanın fəaliyyətini xüsusi olaraq qeyd etmək istəyirəm. Son illər ərzində Rusiyada bu istiqamətdə böyük canlanma baş verib.
- İ.A: Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı diaspor təşkilatlarımızın fəaliyyətinə stimul verir. Məhz bu diqqət və qayğını, Azərbaycan dövlətinin hərtərəfli dəstəyini hiss edən xaricdəki soydaşlarımız və diaspor təşkilatlarımız öz fəaliyyətlərini daha da gücləndirməyə çalışırlar. Heydər Əliyev Fondunun, bu fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın ölkəmizin diaspor siyasətinin reallaşdırılması istiqamətində gördüyü işləri də xüsusi olaraq qeyd etmək yerinə düşər. Yəni, bu gün Azərbaycan diasporu məhz bu qayğı və diqqət nəticəsində varlığını hər bir ölkədə əyani şəkildə ortaya qoya bilir. Təbii ki, bizlər də bu diqqət və qayğını göz önünə alaraq öz fəaliyyətimizi daha dinamik və səmərəli istiqamətdə qurmağı planlaşdırırıq.
- Təxminən bir il öncə, “Yeni Azərbaycan” qəzetində keçirilən Dəyirmi masada çanaqqalada şəhid olan soydaşlarımızın xatirəsinə ehtiram əlaməti olaraq xatirə lövhəsinin qoyulması məsələsi səslənmişdi. O zaman bu, bir az əlçatmaz görünmüşdü desək, yanılmarıq. Amma üstündən cəmisi bir il keçdi və bu məsələ reallaşdı...
- İ.A: Sizin də qeyd etdiyinz kimi, bir il öncə səsləndirilən bu fikrin reallaşacağına çox az adam inanırdı. Hətta həmin Dəyirmi masada iştirak edən bəzi millət vəkillərimiz belə, sözügedən məsələyə şübhə ilə yanaşırdılar. Lakin biz qarşımıza qoyduğumuz məqsədə nail olmaq üçün bütün mümkün addımları atdıq və nəticə bu gün göz qabağındadır. Təbii ki, bu məsələnin reallaşmasında bizə ən böyük dəstəyi verən dövlət oldu. Məhz ölkə rəhbərliyinin xeyir-duası ilə bu arzumuzu reallığa çevirdik. Həmin vaxt biz bu məsələni reallaşdırmaq üçün xarici işlər naziri Elmar Məmmədyarova, parlamentin spikeri Oqtay Əsədova və başqa bir sıra rəsmi şəxslərə müraciətlər etdik. Həmin müraciətlərə lazımi formada diqqətlə yanaşan və bizə dəstək verən bu şəxslərə minnətdarlıq etmək istəyirəm. Mən xüsusilə ölkə başçısı, Prezident İlham Əliyev cənablarına və Prezident Administrasiyasının rəhbəri, akademik, Ramiz Mehdiyevə öz minnətdarlığımı bildirmək istəyirəm. Dövlət rəhbərliyi ən yüksək səviyyədə bu layihənin reallaşması üçün səylərini əsirgəmədi və nəticəyə nail olundu. çanaqqalada xatirə lövhəsinin qoyulması bir daha göstərdi ki, Prezident İlham Əliyev türk birliyinin daha da möhkəmləndirilməsi, qəhrəmanlıq tariximizin daha dərindən öyrənilməsi və təbliği istiqamətində əsl qətiyyət nümayiş etdirir.
- G.Ə: Mən də öncə bu işdə bizə dəstək olan xarici işlər naziri Elmar Məmmədyarova, parlamentin spikeri Oqtay Əsədova, həmçinin, digər bütün qurum və şəxslərə qəzetiniz vasitəsilə təşəkkür etmək istəyirəm. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, məhz xarici işlər naziri Elmar Məmmədyarovun diqqəti və məsələyə operativ yanaşması nəticəsində bir gün ərzində bizim işə ən yüksək səviyyədə xeyir-dua verildi. Bu işin görülməsi üçün səfirliyə xüsusi tapşırıqlar verildi. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu bir qeyrət məsələsi idi. Həmin məsələnin reallaşması üçün üzərimizə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlmək borcumuz idi. Bu ilin martında çanaqqalada məlum xatirə lövhəsinin qoyulması bizim öz işimizin öhdəsindən, ən azından bu istiqamətdə gəldiyimizi deməyə əsas verir. İsmayıl müəllimin, bu işdə dövlətin bizə yaxından dəstək verdiyinə dair fikirlərini bir daha xatırlatmaqla yanaşı, onu da qeyd etmək istəyirəm ki, istər mənim, istərsə də digər iki millət vəkilinin BDM-də təmsil olunmağı heç də sıradan bir məsələ deyil. Yəni, bizlər bu quruma, sadəcə, üzv olmaq üçün gəlməmişik. Şəxsən mən biləndə ki, BDM-də doğrudan da, səmimiyyətlə, ürəkdən bu işləri həyata keçirmək istəyən insanlar var, şübhəsiz ki, həmin insanlarla birgə bu işləri görməyə razılaşdım. Mənim digər həmkarlarım da BDM-ə məhz bu məqamlara görə gəliblər. Lakin biz bu işləri yalnız ona görə bu cür yüksək səviyyədə görə bilirik ki, həmin işlərin təməlində məhz Azərbaycan dövlətinin siyasəti dayanır. İsmayıl müəllim də mənimlə razılaşar ki, məhz tədbir keçirdiyimiz ölkələrdəki Azərbaycan səfirlərinin, həmçinin, səfirlik nümayəndələrinin xüsusi diqqət və qayğısı bizim fəaliyyətimizə əlavə güc qatıb. Onların bizə göstərdiyi köməyi, verdiyi mənəvi dəstəyi heç zaman unutmaq olmaz. Onların bizə qarşı bu qədər diqqət və hörmətlə yanaşmaları məhz Azərbaycan dövlətinin dəstəyi deməkdir.
- Bəs, xatirə lövhəsinin qoyulması ilə bağlı yaşanan anlaşılmazlıqların səbəbi nə idi?
- G.Ə: Sadəcə olaraq, kiçik bir bürokratik əngəl vardı. Anlaşılmazlıq, sadəcə, texniki problemlər səbəbindən ortaya çıxmışdı. Biz xatirə lövhəsinin üzərindəki yazıları dəyişsək də, bu barədə zamanın azlığı ucbatından müvafiq yerli qurumları xəbərdar edə bilməmişdik. Bunu nəzərə alan Türkiyə tərəfi protokola uyğun olaraq bildirdi ki, həmin lövhəni tədbirdən bir müddət sonra qoya bilərik. Təbii ki, bu bizi qane etmirdi. çünki bir həftə sonra o lövhənin qoyulması eyni effekti verməyəcəkdi. Həmin gün çanaqqalada mərasim keçirilirdi və bu tədbir bütün türk dünyasının diqqət mərkəzində idi. Beləliklə, İsmayıl müəllimin cəsarətli mövqeyi, həmçinin, digər qardaşlarımızın gördükləri işlər nəticəsində, eyni zamanda, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bizə çox böyük lütfkarlıqla dəstək verməsi nəticəsində elə tədbir çərçivəsində həmin lövhənin açılışını etdik. Güman edirəm ki, bu da taleyin bir xoş sürprizi idi. Bəlkə də, bizim həmin gün bu lövhəni ora yerləşdirməyimiz 95 il əvvəl çanaqqalada türk qardaşları ilə çiyin-çiyin vuruşaraq qəhrəmancasına şəhid olan azərbaycanlıların ruhunu şad etdi. Bununla bir daha sübut olundu ki, insan iradəsi hər şeyə qadirdir.
- İ.A: Əslində, xatirə lövhəsinin qoyulması BDM-in Türkiyədə keçirdiyi birinci və sonuncu tədbir deyil. Belə ki, biz ötən il Türkiyədəki həmkarlarımız, diaspor təşkilatlarımızla bərabər, Əlican keçid məntəqəsinə gedərək orada Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı etiraz aksiyası keçirmək qərarı vermişdik. Həmin aksiya çox mütəşəkkil şəkildə təşkil olundu və bütün dünya bildi ki, Azərbaycan və Türk xalqları sərhədlərin açılmasına qarşıdır. Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıran 10 minə yaxın insanın iştirak etdiyi həmin aksiyada “Sərhədlərin açılmasına yox!” və “Qondarma “erməni soyqırımı” iddialarını rədd edirik!” şüarları səsləndirildi. Bundan başqa, BDM Türkiyədə diaspora fəaliyyəti ilə bağlı keçirilən bir sıra tədbirlərdə də yaxından iştirak edib.
- Bu xatirə lövhəsinin qoyulmasından sonra çanaqqalada atılacaq növbəti addım nədən ibarət olacaq?
- İ.A: Sualınıza cavab verməmişdən öncə mən, çanaqqalada xatirə lövhəsinin qoyulmasında bizə göstərdiyi dəstəyə və yardımlara görə Türkiyənin Azərbaycandakı səfiri cənab Hülusi Kılıca da dərin minnətdarlığımı bildirmək istəyirəm. çünki bu işlərin reallaşması istiqamətində ilk addımlar cənab səfirin müvafiq məktubundan sonra atılmağa başladı. çanaqqalada atılacaq növbəti addımın nədən ibarət olacağına gəldikdə isə, bizim bir sıra təkliflərimiz var. Həmin təklifləri paket halında müvafiq qurumlara təqdim etmişik. Məsələn, həmin xatirə lövhəsinin yerində abidənin ucaldılması, abidənin ətrafında isə bir bağçanın salınması təkliflər paketinə daxildir. Hesab edirik ki, abidənin arxasında Azərbaycan bayrağı dalğalanmalı, önündə isə, çanaqqalada şəhid olmuş azərbaycanlıların adları yazılmalıdır. BDM olaraq biz, həm də həmin şəhidlər haqqında tarixi araşdırmaların aparlımasını vacib bilirik. Kim bilir, bəlkə də bu araşdırmalar nəticəsində onların Azərbaycanda olan qohumlarını tapa biləcəyik. Təbii ki, görüləcək işlər çoxdur və biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
- Ə.N: çanaqqala səfərində iştirak edən nümayəndə heyətinin üzvü kimi bir məsələyə xüsusilə toxunmaq istəyirəm. Bu gün istər BDM, istərsə də diaspora fəaliyyəti ilə məşğul olan başqa təşkilatlar Azərbaycanımız naminə müvafiq addımları atır və bu istiqamətdə çabalar göstərir. Lakin bunu da etiraf etməliyik ki, həmin təşkilatlara kənardan verilən hər hansı mənəvi dəstəyin özü fəaliyyəti daha da effektli edir. Mən bunu təsadüfən demədim. çanaqqalada xatirə lövhəsinin qoyulması ilə bağlı aparılan işlər, konkret olaraq sonuncu gün ortaya çıxan bəzi problemlərin həll edilməsi bir tərəfdən BDM-in fəaliyyəti ilə bağlı idisə, digər tərəfdən də Gülər xanım kimi millət vəkilimizin bizim yanımızda olması, atdığımız hər bir addımda bizə dəstək verməsi və hadisələrin önündə getməsi ilə əlaqədar idi. Yəni, demək istəyirəm ki, istər Gülər xanımın, istərsə də digər millət vəkillərimizin bu cür məsələlərdə bizlərə dəstək verməsi böyük önəm daşıyır. Bizim xarici ölkələrdə keçirdiyimiz tədbirlərdə dəyərli millət vəkillərimizin də iştirak etməsi rastlaşa biləcəyimiz istənilən problemlərin həllinə də yardımçı olur.
- G.Ə: Mən, sadəcə, bir millət vəkili olaraq deyil, eyni zamanda, bir azərbaycanlı qadın kimi bu işlərdə öz üzərimə düşən vəzifənin öhdəsindən gəlməyə çalışıram. Hazırda müharibə şəraitində olan, torpaqlarının bir hissəsi ermənilər tərəfindən işğal edilən bu Vətənin hər bir övladı dövlətin apardığı siyasətə öz dəstəyini verməlidir. Digər tərəfdən, mən görəndə ki, Azərbaycan Respublikasının Prezidentinin ailəsindən olan iki xanım-YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva bu gün dövlət siyasətimizin inkişaf etdirilməsi istiqamətində örnək olaraq öndə addımlayırlar, mən bu prosesdən kənarda qala bilmərəm. çünki bu məsələ ümummilli əhəmiyyət daşıyır və hər bir azərbaycanlı bu məsələdə qətiyyət göstərməli, əlindən gələn yardımı etməlidir. Onu da bildirmək yerinə düşər ki, bizim çexiya və Belarusdakı tədbirlərimiz Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” kampaniyasına dəstək şəklində həyata keçirildi. Bütün yuxarıda deyilənlərlə yanaşı, mən bir məqama da toxunmaq istəyirəm. Bu gün hər kəs, hər bir azərbaycanlı anası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edir. Lakin təəssüflər olsun ki, qadınlarımızın, analarımızın əksəriyyəti məsələnin sülh yolu ilə öz həllini tapması üçün dövlətə hansısa kömək edə biləcəklərini unudurlar. Əgər biz analar öz övladlarımızı çox istəyiriksə, onlara müharibəsiz, problemsiz bir ölkə qoyub getmək istəyiriksə, o zaman hər birimiz əməli fəaliyyət göstərməliyik. Mən qəzetiniz vasitəsilə istər hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan bütün xanımlara, istərsə də ümumilikdə Azərbaycan qadınlarına müraciət edirəm. Əgər biz istəyiriksə ki, münaqişə sülh yolu ilə həllini tapsın, o zaman hər birimiz xarici ölkələrdə yaşayan xanımlara müraciət etməli, onlara dövlətimizin bu mübarizədə haqlı olduğunu təsdiqləyən məlumatlar verməliyik. Qoy xanımlarımız xarici ölkələrdəki alim, ictimai fəal qadınları Azərbaycana dəvət etsinlər, üzləşdiyimiz işğal problemi ilə onları əyani şəkildə tanış etsinlər. İnanın ki, bu çox böyük effekt verə bilər. Biz çexiyaya gedəndə orada çex alimlərinə Xocalı faciəsi ilə bağlı film göstərdik. Həmin alimlər filmə baxandan sonra ağlayaraq, “biz 18 il bundan öncə burada oturub yeyib-içərkən, Xocalıda günahsız insanlar vəhşiliklərin, işgəncələrin qurbanı olub” deyirdilər. Demək istəyirəm ki, bu cür təbliğatın böyük önəmi var və həmin işdə dövlətlə yanaşı, sadəcə, vətəndaşlar, xüsusilə də, analarımız fəallıq göstərməlidirlər. Əgər kimsə, bizim bu çağırışımıza qoşulmaq istəyirsə, o zaman müxtəlif ölkələrin universitetlərinə müraciət etsinlər, tanınmış tarixçi xanımları, həmçinin, xaricdə yaşayan ictimai fəal qadınları Azərbaycana dəvət etsinlər.
- Ə.N: BDM olaraq biz bu məsələdə, yəni, xarici ölkələrdə yaşayan tanınmış xanımlarla əlaqələrin qurulması məsələsində yardım etməyə hazırıq. Əgər kimsə bu təşəbbüsə qoşulmaq istəyirsə, o zaman BDM-ə müraciət etsin və biz müvafiq koordinatları verək.
- G.Ə: Son olaraq qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzeti hər zaman bu məsələləri diqqətdə saxlayıb. Diaspor məsələlərini xüsusi olaraq diqqətdə saxladığınıza görə, bütün kollektivinizə təşəkkür edirəm. Eyni zamanda, çox istərdik ki, bu gün bizim səsləndirdiyimiz ideyaların reallaşdırılması işində siz də iştirak edəsiniz.
- İ.A: Mən də BDM-in rəhbəri olaraq, bu istiqamətdəki fəaliyyətinə görə, “Yeni Azərbaycan” qəzetinə minnətdarlığımı bildirirəm. Sizin dövlətimizin diaspor siyasətini daim gündəmdə saxlamanız, mütəmadi olaraq bununla bağlı Dəyirmi masalar təşkil etməyiniz təqdirəlayiq haldır.
Pərviz SADAYOÄžLU,
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

