Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sabir Hacıyev: Tarixi qələbənin nəticəsi olaraq artıq Laçında da Azərbaycan bayrağı dalğalanır

Sabir Hacıyev: Tarixi qələbənin nəticəsi olaraq artıq Laçında da Azərbaycan bayrağı dalğalanır

04.12.2020 [09:06]

“Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm zəfər nəticəsində hərbi əməliyyat aparılmadan, şəhid verilmədən 20 gün ərzində digər 3 rayonumuz da işğaldan azad olundu. Tarixi qələbənin nəticəsi olaraq artıq Laçında da Azərbaycan bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyü təmin olunub. Ona görə də işğalçı Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycanın başlatdığı Vətən müharibəsinin nəticəsini Azərbaycan tarixində əldə edilmiş ən böyük zəfər nümunəsi kimi qiymətləndirmək olar”.
Bunu “Yeni Azərbaycan”a açıqlamasında Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, 44 gün ərzində Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək regionda yeni reallıqlar yaratdı: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi qələbə bundan sonra diplomatik masada Azərbaycanın öz şərtlərini diktə etməsinə imkan yaradıb. Sözsüz ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma və bərpa işlərinə başlayacaq. Daha doğrusu, artıq bu işlərin həyata keçirilməsinə başlanılıb. Füzuli-Şuşa avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisinə, Suqovuşana, Talışa və digər yaşayış məntəqələrinə yolların çəkilməsinə başlanılması və başqa tədbirlər buna misaldır. Əminik ki, torpaqların azad edilməsində olduğu kimi, Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan dinc quruculuq işləri də uğurla başa çatacaq. Eyni zamanda, üçtərəfli bəyanatda qeyd edildiyi kimi, məcburi köçkünlərimiz hazırda sülhməramlıların nəzarətində olan ərazilərimizə də qayıdacaq və bununla əlaqədar digər proseslər ardıcıl şəkildə təmin ediləcək”.
Qaşqay

Paylaş:
Baxılıb: 486 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31