Milli Məclis sədrinin müavini bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüşüb
23.02.2021 [09:41]
Fevralın 22-də Milli Məclisin gənclər və idman komitəsində Vətən müharibəsi qəhrəmanlarının bir qrupu ilə növbəti görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasının prioritet kimi müəyyənləşdirilməsindən söhbət açıb.
Aprel döyüşlərindən başlayan Zəfər salnaməmizin sonradan Günnüt əməliyyatı, habelə Tovuz rayonunda törədilmiş təxribatın qarşısının alınması ilə davam etməsi, aparılan uğurlu hərbi əməliyyatların məntiqi yekunu olaraq sonda “Dəmir yumruq” hərbi əməliyyatının həyata keçirilməsi söhbət mövzusu olub. Bildirilib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qüdrətli Ordumuzun göstərdiyi qəhrəmanlıqlar, habelə istifadə etdiyi döyüş taktikası nəticəsində Ermənistana vurulan zərbələrdən sonra düşmən hələ uzun illər özünə gələ bilməyəcək.
Görüşdə 44 günlük müharibə nəticəsində düşmənin məğlub olaraq 30 il müddətində işğal altında saxladığı torpaqlarımızı geri qaytarması ilə yanaşı, müharibədə qazandığımız Qələbənin diplomatik müstəvidə də ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Ermənistanın işğal altında olan digər ərazilərimizi bir güllə belə atmadan təhvil verməyə məcbur edilməsi qürurla qeyd olunub.
Söhbət zamanı qazanılmış Zəfərə görə hərbi qulluqçularımız qarşısında borclu olmağımız qeyd edilib, şəhid ailələrinin və qazilərimizin daim diqqət və qayğı ilə əhatə olunması, onların problemlərinin həlli məqsədilə “Yaşat” Fondunun yaradılmasından razılıq ifadə olunub.
Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına Milli Məclisin gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.
Xəbər lenti
Hamısına baxGündəm
17 İyul 11:22
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18

