"Azərbaycanşünaslığın aktual problemləri"
04.05.2010 [10:07]
Dünən Bakı Slavyan Universiteti, Naxçıvan və Gəncə Dövlət universitetlərinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda I Beynəlxalq elmi konfransın açılışı olub.
Azərbaycanşünaslığın inkişafı, xarici ölkələrdə təbliği və tədqiqi, eləcə də dünyanın müxtəlif dövlətlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə əlaqələrin daha da genişləndirilməsi məqsədi ilə keçirilən Beynəlxalq konfransda Rusiya, Fransa, Litva, Gürcüstan, Qazaxıstan, Misir, Türkiyə, İraq və s. ölkələrdən, həmçinin respublikamızın nüfuzlu ali məktəblərindən görkəmli alim və mütəxəssislər iştirak edirlər.
Beynəlxalq konfransın iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb.
Konfransın açılış mərasimində təhsil nazirinin müavini Elmar Qasımov çıxış edərək qonaqları salamlayıb, ən böyük azərbaycanlı, Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş bu mötəbər beynəlxalq elmi məclisin işinə uğurlar arzulayıb. Bakı Slavyan Universitetinin (BSU) rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev konfransın məqsəd və məramı barədə məlumat verib.
Azərbaycan xalqının böyük dostları olan görkəmli alimlər - Yuri Pompeyev (Rusiya), Mişel Malerb (Fransa), Vidas Kavaliauskas (Litva), Ahmed Sami (Misir), həmçinin Moskva Dövlət Linqvistika Universitetinin azərbaycanşünaslıq ixtisası üzrə III kurs tələbəsi Olqa Kuraş, Rusiyada yaşayan tanınmış azərbaycanlı şair Alla Axundova, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev və başqaları BSU-nun təşəbbüsü ilə keçirilən konfransın azərbaycanşünaslığın daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə əmin olduqlarını bildirib, tədbirin işinə uğurlar diləyiblər.
Məlumat verilib ki, beynəlxalq konfransın bölmə iclasları mayın 3-dən 8-dək BSU-da, Naxçıvan və Gəncə dövlət universitetlərində keçiriləcək. İşçi dilləri Azərbaycan, rus və ingilis dilləri olan və müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən konfransa ümumilikdə siyasət, hüquq, tarix, etnoqrafiya, dil və ədəbiyyat, mədəniyyət, incəsənət, elm və təhsil, iqtisadiyyat və coğrafiya istiqamətləri üzrə respublikamızın ali məktəblərindən 150-dən çox, Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Litva, İraq, Qazaxıstan universitetlərindən isə 40-a yaxın elmi məruzə təqdim edilib.
Bundan əlavə, konfransda Türkiyədən Əyüb Zəngin, Fransadan Mişel Malerb, Rusiyadan Yuri Pompeyev, Gürcüstandan David Qoçeridze, Litvadan Vidas Kavaliauskas kimi tanınmış alim və mütəxəssislər elmi məruzələrlə çıxış edəcəklər.
Konfransın açılış mərasimi başa çatdıqdan sonra beynəlxalq tədbir çərçivəsində tanınmış rusiyalı tədqiqatçı-alim, professor Yuri Pompeyevin Azərbaycan həqiqətlərini əks etdirən “Qarabağ gündəliyi” kitabının təqdimatı keçirilib.
çıxış edənlər Azərbaycanın yaxın dostu, tanınmış kulturoloq, professor Yuri Pompeyevin yeni kitabını yüksək qiymətləndiriblər. Bildirilib ki, bundan əvvəl “Qarabağ qan girdabında”, “Məşəqqətli günlər” və “Dağıntılar” trilogiyasını qələmə alan, keçən əsrin 80-ci illərinin sonlarından etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri Rusiya ictimaiyyətinə çatdıran professor Yuri Pompeyevin yeni nəşrində münaqişənin alovlanmasında xüsusi rol oynamış erməni lobbisi və onun keçmiş SSRİ-nin sabiq rəhbəri Mixail Qorbaçovla əlaqələrinin pərdəarxası məqamları açıqlanıb, Xocalı faciəsinə gedən proseslər təhlil edilib.
Rus ziyalısının yazdığı bu kitabda, həmçinin Bakıda törədilmiş 20 Yanvar faciəsində Mixail Qorbaçovun oynadığı neqativ rol, ümummilli lider Heydər Əliyevin keçən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi şəraitdə Azərbaycana qayıdaraq ölkənin müstəqilliyinin əldə olunması və qorunması uğrunda apardığı mübarizə obyektiv təhlil edilib.
Təqdimat mərasimində vurğulanıb ki, professor Yuri Pompeyevin “Qarabağ gündəliyi” kitabı İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva tərəfindən irəli sürülmüş və Xocalı faciəsinə dünya ictimaiyyəti tərəfindən mənəvi, o cümlədən siyasi-hüquqi qiymətin verilməsi məqsədini daşıyan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində nəşr edilib.
Yuri Pompeyev yeni kitabının belə yüksək səviyyədə təqdimatına və ünvanına deyilən xoş sözlərə görə minnətdarlığını bildirib, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və onun ətrafında cərəyan edən hadisələrlə bağlı bundan sonra da yalnız tarixi həqiqətləri qələmə alacağını söyləyib.
Xəbər lenti
Hamısına baxElm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09

