Elçin Mirzəbəyli: Baydenin açıqlaması reallıqda Türkiyə üçün heç nəyi dəyişməyəcək
28.04.2021 [09:44]
“Co Baydenin heç bir hüquqi qüvvəsi olmayan və tarixi erməni yalanlarına söykənən kəlməciyinin, qlobal siyasi proseslərdə iz buraxmayacağını söyləmək doğru olmaz. Əvvəla, bu “kəlməcik” bütövlükdə dünyada tarixin saxtalaşdırılması və siyasi maraqlar üçün istifadəsi baxımından yeni-yeni presidentlər yarada, beynəlxalq münasibətlər sistemində onsuz da zəif həlqəyə çevrilmiş təməl hüquqi anlayışlara ciddi zərbə vura bilər”.
Bu fikirləri açıqlamasında “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, tarixin saxtalaşdırılması və siyasi məqsədlər üçün istifadəsi olduqca təhlükəli tendensiyadır və bəşəriyyəti sonu görünməyən ixtilaf, qarşıdurma müstəvisinə daşıyacaq. E.Mirzəbəyli bildirib ki, qondarma erməni iddialarının “soyqırımı” kimi təqdim olunması istisnasız olaraq Türkiyənin qlobal proseslərdə artmaqda olan roluna, yalnız ədalət prinsiplərinə söykənərək hərəkət edən Ankaraya uğursuz təzyiq cəhdlərindən başqa bir şey deyil: “ABŞ Prezidentinin bəyanatında yer alan sözügedən ifadəciyin həm də Birləşmiş Ştatların milli maraqlarına ciddi zərbə vurduğu qənaətindəyəm. ABŞ Prezidenti, nəticə etibarilə Ermənistanın normal, sivil bir dövlətə çevrilmək, qonşularla dinc və təhlükəsiz bir şəraitdə yaşamaq, daimi sülh üçün yeni bir səhifə açmaq şansına ciddi zərbə vurub. Regionda Ermənistan üçün həyati əhəmiyyət kəsb edən layihələrin reallaşmaq üzrə olduğu bir zaman kəsiyində qondarma iddiaların dəstəklənməsi, ilk növbədə, bu iddialara girov düşmüş erməni xalqının əl-qolunu bağlayır, nifrət və düşmənçilik üzərindən siyasət yürüdən revanşçı qüvvələrin yolunu açır. Baydenin açıqlaması reallıqda Türkiyə üçün heç nəyi dəyişməyəcək”.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Gündəm
06 Oktyabr 12:50
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12
Hadisə
06 Oktyabr 12:11
Xəbər lenti
06 Oktyabr 12:10
İqtisadiyyat
06 Oktyabr 12:09
Siyasət
06 Oktyabr 11:58
YAP xəbərləri
06 Oktyabr 11:43
Müsahibə
06 Oktyabr 11:23
YAP xəbərləri
06 Oktyabr 11:22
YAP xəbərləri
06 Oktyabr 11:20
İqtisadiyyat
06 Oktyabr 10:47
Siyasət
06 Oktyabr 10:14
Analitik
06 Oktyabr 09:40
Analitik
06 Oktyabr 09:22
Sosial
06 Oktyabr 08:52
Sosial
06 Oktyabr 08:37
Gündəm
06 Oktyabr 08:10
Dünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06

