Cəmil Həsənli erməni maraqlarının keşikçisi rolunda
01.05.2021 [00:15]
2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə yanaşı, gələcək inkişafı ilə bağlı da yeni çağırışlar, yeni hədəflər müəyyənləşdirib. Qeyd olunmalıdır ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlanılıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsi isə kifayət qədər genişdir. Hazırda bu ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa edilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Yeri gəlmişkən, Zəngilan rayonunun Ağalı kəndində birinci “Ağıllı kənd” pilot layihəsinin icrasına başlanılması da deyilənlərə misaldır. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Bu kəndlər ötən il oktyabrın 28-də işğaldan azad edilib və cəmi altı aydan sonra burada bərpa işlərinə start verilib. Layihənin icrası əsasən, 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə, ilk olaraq, tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə olunmaqla 200 fərdi evin tikintisi nəzərdə tutulub.
Lakin təəssüfləndirici haldır ki, hər zaman erməni maraqlarının güdükçüsü qismində çıxış edən radikal müxalifət işğaldan azad edilmiş torpaqlarımızda başlanılan böyük quruculuq işlərinə də qısqanclıqla yanaşır, fürsət düşdükcə sosial şəbəkələrdə görülən işlərə qara yaxmağa cəhd göstərir. Antimilli şuranın marionet sədri Cəmil Həsənli isə bu işdə öz “fəallığı” ilə seçilənlərdəndir. Uzun müddətdir ki, xarici ölkələri özünə “məskən” seçmiş C.Həsənli sosial şəbəkələrdə dövlətin işğaldan azad edilmiş regionlarımızda başlatdığı genişmiqyaslı bərpa-quruculuq işlərini hədəfə alır, ermənilərlə sinxron mövqe nümayiş etdirir. İndiyə qədər Qarabağ zəfərini bir dəfə olsun belə təqdir etməyən Cəmil Həsənlinin aparılan abadlıq-quruculuq işlərini hədəfə alması bir daha onu göstərir ki, radikal ünsürlər ermənilərin maraqlarına xidmət etmək niyyətlərindən əl çəkmək istəmirlər. Başqa sözlə, işğaldan azad edilmiş regionlarda müasir yaşayış məskənlərinin salınmasından, yeni infrastrukturların yaradılmasından bir ermənilərin, bir də Cəmil Həsənlinin timsalında antimilli ünsürlərin narahatlıq keçirmələri onların əsl simalarını Azərbaycan cəmiyyətinə növbəti dəfə nümayiş etdirir.
Bəli, məşhur atalar sözündə deyildiyi kimi “niyyətin hara, mənzilin ora”. Niyyətinə uyğun özünə mənzil seçmiş, xarici ermənipərəst ünvanların qapısında boynubükük əmrə müntəzir dayanmış C.Həsənli bir daha milli maraqlardan uzaq olduğunu ortaya qoydu. 44 günlük Vətən müharibəsində belə xalqın, dövlətin yanında yer almayan, Azərbaycanın tarixi qələbəsinə kölgə salmağa çalışan və ən əsası Böyük Qayıdışın reallaşması üçün görülən işləri hədəfə alan belələrinin isə əsl qiymətini xalqımız verib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxElm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07

