Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / “Uydurma “erməni genosidi” məsələsindən siyasi məqsədlər üçün istifadə edirlər”

“Uydurma “erməni genosidi” məsələsindən siyasi məqsədlər üçün istifadə edirlər”

27.04.2021 [13:03]

“Siyasi liderlər siyasətlə, tarixçilər isə tarixlə məşğul olsalar, haqq ədalət öz yerini daha tez tapar. Uzun illərdir ki, ermənilər tarixdə heç zaman olmayan uydurma "erməni genosidi"ni dünya ictimaiyyətinə təqdim ediblər və bu gün ondan siyasi məqsədlər üçün istifadə edirlər”. 
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Respublikaçılar Partiyasının (ARP) sədri Sübut Əsədov deyib.
Partiya sədrinin sözlərinə görə, 1915-ci il hadisələri I Dünya müharibəsi dövründə regiondakı ümumi vəziyyət çərçivəsində qiymətləndirilməlidir:  “İndiyə qədər Azərbaycan, Avstriya, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin arxivlərində tarixçilərin apardığı araşdırmalar da “erməni soyqırımı”nın cəfəngiyyat olduğunu sübut edir. Həmin dövrün statistik rəqəmlərinə diqqət yetirsək, görərik ki, Osmanlı dövlətinin ərazisində, ümumiyyətlə, 1,5 milyon erməni yaşamayıb, onların çoxu da müharibədən sonra könüllü olaraq xarici ölkələrə gediblər. Amma ermənilər əvvəlcə 600 min, sonra 800 min, daha sonra isə 1 milyon 500 min nəfər erməninin guya qətlə yetirildiyini iddia edirlər. Əslində 1915-ci ilin aprelinə qədər və ondan sonra regionda çoxsaylı qətliamlar olub. Soyqırımı ermənilər tərəfindən türklərə və müsəlmanlara qarşı törədilib. Erməni silahlıları hakimiyyətə qarşı qiyam qaldırıb, hökumət orqanlarına və vəzifəli şəxslərə hücum edib, dinc türkləri, müsəlmanları qırıblar”. 
S.Əsədov deyib ki, Azərbaycanda fəaliyyət göstərən 48 partiyanın Türkiyəyə qarşı edilən bu haqsızlığa qarşı etiraz səsini ucaldan birgə bəyanatına imza atan partiyamızın İdarə Heyəti məsələ ilə bağlı yığıncaq keçirib: “24 aprel uydurma "genosid" günü ilə əlaqədar beynəlxalq təşkilatlara və ABŞ səfirliyinə bəyanat ünvanlanmasına dair qərar qəbul edib. Sonda bir məqamı qeyd edim ki, ayrı-ayrı ölkələrin parlamentində uydurma "soyqırımı" barədə sənədlər qəbul edən siyasətçilər "tarixçi" rolunda çıxış etməklə, məsuliyyətsizcəsinə tarixi faktları inkar etmək yolu tuturlar”. 
Qaşqay ZİYƏDDİNOĞLU
Paylaş:
Baxılıb: 682 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31