Ermənistanın xalqımıza qarşı nifrəti qanlı cinayətlərlə müşayiət olunur
06.05.2021 [08:22]
Məlum olduğu kimi, Ermənistan 30 ilə yaxın işğalçılıq siyasəti dövründə Azərbaycan ərazilərində bir çox hərbi cinayətlər törədib, dinc insanları kütləvi qətliamlara məruz qoyub, həmin ərazilərimizdə bütün maddi, mənəvi və mədəni-tarixi irsimizi yer üzündən silməyə çalışıb. Bütün bunların əsasında isə Azərbaycan xalqına qarşı nifrət dayanır.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb. Bu hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, ermənilərin azərbaycanlılara qarşı nifrət dolu siyasətinə dair kifayət qədər faktlar mövcuddur: “Bu baxımdan hesabatın hazırlanmasında ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub. Ümumiyyətlə, insanlıq tarixində baş verən müharibələrin, kütləvi qırğınların kökündə hər zaman hər hansı bir xalqa, millətə və ya etnik qrupa münasibətdə nifrətin, dözümsüzlüyün formalaşdırdığı amillər xüsusi yer tutur. Nifrət siyasəti nəticəsində yaranan ideologiyanın güclənməsinə və yayılmasına təkan verən ən güclü vasitələrdən biri də nifrət nitqidir. Demokratik dəyərlərə, sosial stabilliyə və sülhə çox ciddi təhdid sayılan nifrət siyasəti sistemli şəkildə aparıldığı zaman cəmiyyətləri daxilən zəhərləyir, nəsildən-nəslə keçərək insanlar arasında dözümsüzlük mühiti yaradaraq düşmənçiliyi qızışdırır”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın uzun illərdir formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət olunub: “Belə ki, davamlı olaraq tarixi faktları saxtalaşdıraraq erməni cəmiyyətində azərbaycanlılara qarşı yürüdülən nifrət və dözümsüzlüyü təşviq edən siyasət nəticəsində tarixin müxtəlif dövrlərində etnik təmizləmə, kütləvi qırğınlar və soyqırımı cinayətləri törədilib. Son 30 illik işğal tarixi də buna sübutdur. Hesab edirəm ki, beynəlxalq birlik ermənilərin bu siyasətinə qarşı öz etiraz səsini ucaltmalıdır”.
Milli Məclisin deputatı Cavid Osmanov isə deyib ki, beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti daim insan hüquq və azadlıqlarına, beynəlxalq hüquq normalarına qarşı hörmətsizlik edir: “Təbii ki, bu cür əməllər münaqişə ocaqlarının yaranmasının əsas səbəblərindən biridir. Ermənistanın işğalçı siyasəti də məhz bu faktın təzahürlərindəndir”.
Millət vəkili qeyd edib ki, Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə və insan hüquqları pozuntularına vaxtında beynəlxalq hüquqi qiymətin verilməməsi bu kimi halların davam etməsinə şərait yaradıb: “Biz Ermənistanın Azərbaycan xalqına qarşı nifrətinə işğaldan azad edilmiş ərazilərimizin mənzərəsini müşahidə edərkən bir daha şahid olduq. Dünya ictimaiyyəti erməni tərəfinin nifrətə köklənmiş siyasətinə laqeyd qalmamalı, öz mövqeyini bildirməlidir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

