Milli Məclisin növbəti iclası keçirilib
22.05.2021 [08:16]
İclasda 23 məsələ müzakirə edilərək qəbul olunub
Mayın 21-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova rəhbərlik etdiyi parlament nümayəndə heyətinin mayın 17-dən 19-dək İtaliya Respublikasına rəsmi səfəri barədə məlumat verib. Bildirib ki, səfər zamanı keçirilən görüşlərdə və aparılan danışıqlarda Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq ruhu daşıdığı bəyan edilib. Bu sahədə iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır.
Spiker qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xüsusi rolu vurğulanıb. Müsahiblərimiz bildiriblər ki, İtaliyada Heydər Əliyev Fondunun fəaliyyəti yaxından izlənilir və təqdirlə qarşılanır.
Sonra Milli Məclisin Sədri Avropa Parlamentində “Ermənistan və Azərbaycan arasında sonuncu münaqişədən sonra hərbi əsirlər” adlı qətnamənin qəbul edilməsinə də münasibət bildirib. Spiker S.Qafarova qeyd edib ki, qətnamə Ermənistanın və erməni lobbisinin yalanları əsasında formalaşıb. Bu qətnamədə Azərbaycana qarşı irəli sürülən qərəzli iddialar heç bir reallığı əks etdirmir. 30 il idi ki, torpaqlarımızda Ermənistan işğalı var idi. Lakin özünü demokratik dəyərlərin qoruyucusu hesab edən Avropa Parlamenti buna susurdu. 1 milyondan çox qaçqın və məcburi köçkünün taleyinə də səssiz qalırdı. Bu gün isə erməni təbliğatının təsiri altında Azərbaycana qarşı belə bir sənəd qəbul edilib.
“Təbii ki, sözügedən qətnamə bizim üçün heç bir əhəmiyyət kəsb etmir və demək olar ki, bir kağız parçasıdır. Heç bir hüquqi dəyəri yoxdur və Avropa İttifaqının Azərbaycana və regiona dair siyasətini əks etdirmir. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin hərtərəfli inkişafında maraqlıdır. Bu münasibətləri strateji tərəfdaşlıq əsasında genişləndirir”, - deyən Sahibə Qafarova əlavə edib ki, Avropa Parlamentində bəzi qərəzli qrupların səyləri Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlığa xələl gətirə bilməyəcək.
Sonra iclasda cari məsələlər müzakirə edilib. Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, Avropa İttifaqının üzvü olan hər bir ölkə ilə Azərbaycanın münasibətləri mühüm əhəmiyət kəsb edir. Xüsusilə nəzərə alınmalıdır ki, yeni reallıqda yeni yanaşmalar tələb olunur. Bu yanaşmalar əslində, region və dünya ölkələrinin Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməsi kontekstində bir daha aktualdır. Bu baxımdan Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliyaya səfəri böyük önəm daşıyır.
Deputat çıxışında, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda təşkil etdiyi videomüzakirələrin əhəmiyyətindən də bəhs edib. Millət vəkilinin sözlərinə görə, beynəlxalq tədbirdə iştirak edən Azərbaycan Prezidenti Öz nitqində Cənubi Qafqazda yaratdığı yeni reallığı bu tədbir vasitəsilə qlobal kontekstdə yenidən təqdim etdi, mühüm tezislər irəli sürdü. Bu tezislərdən biri ondan ibarətdir ki, yeni reallıq yeni yanaşmalar tələb edir və bu yeni yanaşmalara hamı adaptasiya olunmalıdır. İkincisi, Azərbaycan Prezidenti bildirdi ki, müharibə artıq arxada qalıb və biz gələcəyə baxmalıyıq. Dövlətimizin başçısı Azərbaycanın Cənubi Qafqazda mümkün birgəyaşayışa və Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu qeyd edib.
“Düşünürəm ki, bu, Azərbaycanın mövqeyinin dünyaya bəyan edilməsi idi. Yəni biz müharibə istəmirik, sülhpərvər ölkəyik, ərazi bütövlüyümüzü bərpa etmişik. Baxmayaraq ki, Ermənistan torpaqlarımızı 30 il işğal altında saxladı, amma biz yenə də beynəlxalq hüquqla tanınan sərhədlərimiz çərçivəsində Ermənistanın ərazi bütövlüyünü tanımağa və onunla sülh sazişi imzalamağa hazırıq. Verilən bu mesaj dünya ölkələri, beynəlxalq təşkilatlar tərəfindən düzgün qəbul edilməlidir və bu istiqamətdə addımlar atılmalıdır. Biz bilirik ki, münaqişə davam etdiyi dövrdə, torpaqlarımızın işğal altında olduğu zamanlarda ATƏT-in Minsk qrupu xalq diplomatiyası, parlament diplomastiyası, ictimai etimad mühitinin yaradılması ilə bağlı müxtəlif çağırışlar edirdi. O vaxtlar torpaqlarımız işğal altında olduğu üçün bu çağırışların reallaşması mümkün deyildi. Amma indi işğal faktı aradan qaldırılıb. Dolayısı ilə BMT tərəfindən Minsk qrupuna verilən missiya öz həllini tapıb. Ona görə də yeni çağırışlar məhz bundan ibarət olmalıdır ki, ATƏT-in Minsk qrupu ictimai etimad mühitinin yaradılması istiqamətində fəaliyyət göstərməlidir”, - deyə deputat vurğulayıb.
Cari məsələlərin müzakirəsi zamanı digər çıxış edən Milli Məclisin komitə sədri Zahid Oruc, deputatlardan Fəzail Ağamalı, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Əli Məsimli, Vahid Əhmədov, Sahib Alıyev, Fazil Mustafa, Razi Nurullayev və Musa Qasımlı sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması, Avropa Parlamentinin Azərbaycana qərəzli münasibəti barədə fikirlərini bölüşüblər, seçiciləri narahat edən məsələləri diqqətə çatdırıblar.
Sonra Milli Məclisin Sədri iclasın gündəliyində 23 məsələnin olduğunu deyib. Gündəliyin ilk 7 məsələsi Milli Məclisin qərar layihələridir. Azərbaycan Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimləri təyin ediləcək, 2 nəfər isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar müvafiq məhkəmənin hakimi vəzifəsindən azad ediləcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, ölkəmizin məhkəmə sisteminin müasir formada fəaliyyət göstərməsi üçün cənab Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə Milli Məclis tərəfindən həyata keçirilmiş zəruri qanunvericilik tədbirləri nəticəsində tətbiq olunan yeniliklər barədə məlumat verib. Nizami Səfərov diqqətə çatdırıb ki, institusional dəyişikliklər sırasında sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, sahibkarlıqla bağlı mübahisələrə bu sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasının təmin edilməsi məqsədilə 2020-ci ildən ölkənin bütün bölgələrində 6 kommersiya məhkəməsi və ayrıca inzibati məhkəmələr təsis edilib, yeni Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yaradılıb. Elektron məhkəmə-informasiya sistemi istifadəyə verilərək hazırda ölkə üzrə 70 faiz məhkəmədə tətbiqinə nail olunub. Bu sistem insanlara məhkəməyə gəlmədən elektron formada müraciət etmək və proses barədə məlumatları elektron daşıyıcıda almaq imkanları yaradır.
Nizami Səfərov bildirib ki, daim inkişafa ehtiyacı olan məhkəmə sistemində hakim korpusunda müvafiq təyinatların həyata keçirilməsi xüsusi yer tutur. Milli Məclisin iclasında namizədlikləri müzakirəyə çıxarılmış şəxslər təcrübəli və savadlı hüquqşünaslardır.
Müzakirələr zamanı komitə sədrləri Ziyafət Əsgərov, Siyavuş Novruzov, deputatlardan Qüdrət Həsənquliyev, Razi Nurullayev, Fəzail Ağamalı, Jalə Əliyeva, Sabir Rüstəmxanlı, Aydın Mirzəzadə, Etibar Əliyev və Jalə Əhmədova namizədlər barədə fikirlərini bildiriblər. Sonra Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi, Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar səsə qoyularaq təsdiqlənib.
Daha sonra gündəliyin 8-ci məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib. Məsələ barədə məlumat verən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, Azərbaycanın miqrasiya sahəsində əməkdaşlıq etdiyi iki beynəlxalq təşkilatdan biri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzdir. Bu təşkilatın Azərbaycanla səmərəli əməkdaşlığının nəticəsi olaraq Azərbaycan Hökuməti bu ilin mart ayında bu Mərkəzin ölkəmizdəki statusuna dair Saziş imzalayıb. Hesab edirik ki, əməkdaşlığımızın bu yüksək mərhələsində belə bir Sazişin təsdiqi məqsədəmüvafiq olardı.
Milli Məclis Sədrinin birinci müavini çıxışında Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsinin qəbuledilməz olduğunu və 2020-ci ilin 10 noyabrında imzalanmış Bəyanatın münaqişəyə son qoyduğunu da diqqətə çatdırıb.
Komitə sədri Siyavuş Novruzovun, deputatlardan Razi Nurullayevin və Sabir Rüstəmxanlının fikirləri dinlənildikdən sonra Saziş səsə qoyularaq təsdiqlənib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib ki, Vergi Məcəlləsində, “Lisenziyalar və icazələr haqqında” və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi dəqiqləşdirmə xarakterlidir və digər qanunlarla uzlaşdırılması tələb olunur. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli isə gündəliyin növbəti iki məsələsini - “Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə”nin və “Dənizçinin şəxsiyyət sənədinin spesifikasiyası, təsviri və nümunəsi”nin təsdiq olunması barədə” Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli Qanununda dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki sənəd dənizçilərin şəxsiyyət sənədlərinin formasının və məzmununun beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi Konstitusiya Məhkəməsinin tövsiyəsi ilə Milli Məclisdə hazırlanıb və müvafiq qurumlarla razılaşdırılıb. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-birinə yaxındır.
Sonra komitə sədri Tahir Mirkişili ikinci oxunuşda hər iki qanun layihəsi barədə məlumat verib. Diqqətə çatdırılıb ki, qanun layihələri hərrac baş tutmadığı halda ipoteka kreditində olan girovun kredit verən təşkilatın əmlakına keçdiyi zaman hansı sənədin verilməsini və yaranan vergini kimin ödəməsi ilə bağlı məsələyə aydınlıq gətirir. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məlumat verib. Bildirib ki, təklif olunan dəyişiklik sığorta vasitəçilərinin statusunu müəyyən etmək məqsədi daşıyır.
Deputatlardan Razi Nurullayev və Rəşad Mahmudovun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, fasilədən sonra gündəlikdə olan digər qanun layihələri də müzakirə edilərək qəbul olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

