/ / Ermənistanın Azərbaycana qarşı terror siyasətinə beynəlxalq hüquq normaları çərçivəsində ən sərt şəkildə hüquqi qiymət veriləcək
Ermənistanın Azərbaycana qarşı terror siyasətinə beynəlxalq hüquq normaları çərçivəsində ən sərt şəkildə hüquqi qiymət veriləcək
08.06.2021 [09:31]
Əli Hüseynli,
Millət Məclisin deputatı
Məlum olduğu kimi, iyunun 4-də işğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda Azərbaycana məxsus avtobus tank əleyhinə minaya düşərək partlamış və nəticədə Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan xalqının mülkiyyətini və tarixi abidələrini darmadağın edərək yol verdiyi vandalizmi dünyaya göstərmək və sənədləşdirmək məqsədilə bu bölgəyə ezam olunmuş Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov, RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuş, digər 4 nəfər, o cümlədən Azərbaycan Televiziyasının rejissoru Emin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər.
Bu hadisə haqlı olaraq Azərbaycan ictimaiyyətinin kəskin hiddətinə səbəb olmuş, faciəni qınaqla qarşılayan bir çox beynəlxalq media qurumlarının diqqətini özünə cəlb etmişdir. Çünki baş vermiş terror aktı artıq demarkasiya, sərhəd nizamlanması prosesi və ya detalı ilə bağlı deyil, hərbi və milli təhlükəsizlik aspektidir, hadisənin baş verdiyi ərazidə döyüşlər də aparılmamışdır. Görünür, bitmiş müharibəni minalarla yenidən sərhədlərimizin daxilinə daşıyanlar, Böyük Qayıdış çərçivəsində sakinlərimizin ayaqlarının altına mina döşəyənlər hələ də 44 günlük müharibənin acı dərslərindən sonadək nəticə çıxara bilməyiblər. Ona görə də döyüş meydanında Azərbaycanın igid övladlarının qarşısından qorxaqcasına qaçan erməni faşistləri xəlvətdə pusqu quraraq dinc sakinləri qətlə yetirməklə mənfur niyyətlərini həyata keçirməyə çalışırlar.
Bizi narahat edən məsələlərdən biri də budur ki, Azərbaycanın ikinci Qarabağ müharibəsindəki tarixi Zəfərindən sonra onun bölgədə və beynəlxalq miqyasda sürətlə artan nüfuzu bəzi siyasi dairələr tərəfindən qısqanclıqla qarşılandığına görə, belə hadisələrə yenə də ikili standartlardan yanaşılır, onlar daha çox susmağa üstünlük verirlər. Maraqlıdır ki, media azadlığı sahəsində ölkənin üzərinə gələn təşkilatların, qrant payçılarının, “Human Right”, “Amnesty İnternational” kimi “azadlıq carçıları”nın səsi çıxmır. Bakıda 2 erməninin məhkəməsi bitən kimi bir neçə mərkəz, təşkilat haray-həşir salır, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT ortaya Azərbaycanı ittiham edən mövqe qoyur, tərəf tuturlar. Baxmayaraq ki, dünyada peşə fəaliyyətinə görə öldürülmək ən ağır cinayətlərdən hesab olunur, onlar Azərbaycan jurnalistlərinin faciəvi ölümünə mənəviyyatsızcasına susmaqda davam edirlər.
Lakin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, bu cür əməllər gec-tez özünün adekvat hüquqi qiymətini alacaq, onlarla mülki şəxsin ölümünə bais olan cinayətkarlar həm Azərbaycan qanunlarının tələbləri, həm də beynəlxalq hüquq normaları çərçivəsində ən sərt şəkildə cəzalandırılacaqlar.
Düşünürəm ki, erməni faşistlərinin törətdikləri bu və buna bənzər digər iyrənc əməllər köçkünlərin öz doğma yurdlarına qayıtmaq həvəsini heç də azaltmayacaq, əksinə, bundan sonra öz torpaqlarını daha etibarlı şəkildə qorumaq üçün onları Böyük Qayıdışa daha böyük istəklə sövq edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50

