/ / Fərəc Quliyev: Diplomatik nümayəndələrin Şuşaya səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri olduqca önəmlidir
Fərəc Quliyev: Diplomatik nümayəndələrin Şuşaya səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri olduqca önəmlidir
27.07.2021 [08:52]
“Ölkəmizdəki diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələrinin, o cümlədən xarici dövlətlərin səfirlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri önəmli hadisədir. Belə ki, bu kimi səfərlərin əsas məqsədlərindən biri ermənilərin törətdikləri vandalizm aktları, həmçinin ciddi dağıntılara məruz qalan ərazilərdə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı xarici diplomatları tanış etməkdir”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib.
Partiya sədrinin sözlərinə görə, diplomatik nümayəndələrin Şuşaya səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri olduqca önəmlidir: “Çünki bu səfərlər zamanı onlar uzun illər ərzində Azərbaycanın şəhər və kəndlərinin, tarixi-mədəniyyət abidələrinin dağıntlara məruz qaldığının, ekoloji baxımdan ölkəmizə çox ciddi ziyan vurulduğunun, kifayət qədər geniş ərazilərin minalanması faktlarının şahidi olurlar. Bununla da Ermənistanın işğalçılıq siyasətinin əsl mahiyyəti açılır. Çünki həmin diplomatların səfərlərlə bağlı təəssüratları və hesabatları Azərbaycan barədə öz dövlətlərində ictimai rəyin formalaşmasında mühüm rol oynaya bilər”.
Ermənilərin işğal illərində törətdikləri dağıntıların və vəhşiliyin dünya ictimaiyyətinə çatdırılması baxımından bu səfərlərin əhəmiyyətini qeyd edən F.Quliyev onu da əlavə edib ki, vaxtilə münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri olan dövlətlərin diplomatik təmsilçilərinin Şuşaya səfərdən imtina etmələri Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanıb: “Azərbaycanın bundan sonra da tutduğu siyasi xətti davam etdirməsi, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə törədilən cinayətlərin bütün dünyaya çatdırılması üçün işğaldan azad edilən ərazilərimizə diplomatların səfərlərini təşkil etməsi çox mühüm əhəmiyyət kəsb edir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

