Milli Məclisin yaz və növbədənkənar sessiyalarında 120 qanun və qərar qəbul olunub
03.07.2010 [10:24]
Dünən Milli Məclisdə (MM) ötən yaz və növbədənkənar sessiyaların yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında Milli Məclisin sədr müavini Bahar Muradova, MM Aparatının rəhbəri Səfa Mirzəyev və parlamentin komitə rəhbərləri iştirak ediblər.
öncə çıxış edən MM-in mətbuat xidmətinin rəhbəri Akif Nəsirov Azərbaycan parlamenti ilə KİV nümayəndələri arasında sıx əməkdaşlığın mövcud olduğunu bildirib.
Vitse-spiker Bahar Muradova çıxışına milli mətbuatımızın 135 illiyi münasibətilə jurnalistləri təbrik edərək başlayıb. O, qeyd edib ki, mətbuatı heç zaman diqqətdən kənarda saxlamayan MM 135 illik yubiley münasibətilə müəyyən tədbirləri keçirməyi nəzərdə tutur. Daha sonra B.Muradova qeyd edib ki, Milli Məclisin 2010-cu il yaz və növbədənkənar sessiyaları dövründə, ümumilikdə parlamentin 14 iclası keçirilib, 120 qanun və qərar qəbul olunub. Bu sənədlər ölkədə həyata keçirilən demokratik, hüquqi, iqtisadi və sosial islahatların qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir. Onun sözlərinə görə, parlamentin yaz sessiyasında 11 iclas keçirilib, 81 qanun və qərar, o cümlədən, bir Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 13 qanun və bu qədər də qərar qəbul olunub. Bu dövrdə parlamentdə 18 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunub, 36 qanuna dəyişikliklər və əlavələr edilib. Bununla yanaşı, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilib. Növbədənkənar sessiya dövründə isə Milli Məclisin keçirilən 3 iclasında 39 qanun və qərar qəbul olunub. Bunlardan biri Konstitusiya qanunu, 4-ü qanun, 16-sı qüvvədə olan qanunlara dəyişikliklər və əlavələr, 6-sı qərar, 12-si isə beynəlxalq müqavilə və konvensiyaların təsdiq edilməsi haqqında sənədlərdir.
Vitse-spiker bildirib ki, ötən dövrdə Milli Məclis ölkənin əsas qanunu - Konstitusiya ilə nəzərdə tutulmuş qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib: “Parlament öz fəaliyyətini əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplər əsasında quraraq ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyatın müxtəlif sahələrində aparılan islahatların hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində əməli addımlar atıb, öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlib. Hakimiyyətin mühüm qollarından biri kimi parlament ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştirak edib, regionda və dünya miqyasında Azərbaycanın milli maraqları ilə bağlı hadisələrə münasibət bildirib. Belə ki, ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsinin qondarma “erməni soyqırımı”na dair qəbul etdiyi qərar Azərbaycan ictimaiyyətində dərin narahatlıq doğurub. Bunu nəzərə alan Milli Məclis martın 5-də ABŞ Konqresinə müraciət edərək erməni lobbisinin maraqlarına xidmət edən bu addımı Cənubi Qafqazda yeni problemlərə yol aça biləcək qərar kimi dəyərləndirib. Məlum olduğu kimi, sonrakı mərhələdə bu proses dayandırılıb. Deputatlarımız Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyasında da fəal iştirak edib, faciənin 18-ci ildönümü ilə əlaqədar təşkil olunmuş tədbirlərə qatılmaq üçün Rusiyada, Almaniyada, Fransada, Belarusda, Polşada, çexiyada və dünyanın digər ölkələrində səfərlərdə olublar”.
B.Muradovanın sözlərinə görə, bu dövrdə hərbi sahəyə aid çox mühüm əhəmiyyətli sənədlər qəbul olunub. Belə ki, müstəqil Azərbaycanın ilk dəfə olaraq Hərbi Doktrinası müzakirələrdən sonra Milli Məclisin qərarı ilə təsdiq olunub. Hərbi Doktrina siyasi və hüquqi bir sənəddir. Burada hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, qarşısının alınması, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair ölkənin mövqeyi əks olunur.
B.Muradovanın verdiyi məlumata görə, parlamentin yaz və növbədənkənar sessiyaları ərzində komitələrin 82 iclası keçirilib. Deputatlar komitə iclaslarında 174 məsələ, o cümlədən, 143 qanun və 7 qərar layihəsini müzakirə ediblər. Yaz və növbədənkənar sessiya dövründə parlamentə 2691 təklif, ərizə və şikayət daxil olub. Bu müddət ərzində Milli Məclisdə 2861 vətəndaş qəbul edilib. Vətəndaşların yazılı və şifahi müraciətlərinə diqqətlə yanaşılıb, qaldırılan məsələlərin həlli üçün mövcud olan bütün imkanlardan səmərəli istifadə edilməsi üçün səylər göstərilib.
Verilən məlumatlarda, həmçinin, bildirilib ki, ötən sessiyada Milli Məclis Aparatında akkreditə olunmaq üçün 72 kütləvi informasiya vasitəsindən müraciət daxil olub. Onlardan 64-ü akkreditasiyadan keçib. ötən dövrdə Milli Məclisin fəaliyyətini 11 televiziya kanalı, 4 radio, 18 agentlik, 31 qəzet işıqlandırıb. Vitse-spiker qeyd edib ki, jurnalistlərin parlamentin fəaliyyətini obyektiv işıqlandırması üçün mümkün olan lazımi şərait yaradılıb.
B.Muradova daha sonra jurnalistlərin suallarını cavablandırıb. ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri ərəfəsində Konqresin 2011-ci il üçün Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmasına B.Muradova belə münasibət bildirib: “Həm ABŞ, həm də Azərbaycan tərəfindən ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana səfərinə çox ciddi önəm verilir. Onun səfər proqramında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparıcı yerlərdən birini tutur”.
B.Muradova bildirib ki, keçirilən görüşlərdə ABŞ Konqresinin Dağlıq Qarabağa yenidən maliyyə yardımı ayırması ilə bağlı Azərbaycanın mövqeyi xanım Klintonun diqqətinə çatdırılacaq. “Hər zaman Dağlıq Qarabağa ayrıca maliyyə yardımı ayrılmasına öz mənfi münasibətimizi ifadə edirik və hesab edirəm ki, bunda haqlıyıq. çünki Dağlıq Qarabağa ayrılmış bu yardım separatizmin dəstəklənməsinə yönələ bilər. Bununla bağlı xeyli sayda faktlar var. Əgər bu yardımlar doğrudan da, orada yaşayan əhalinin sosial problemlərinin həllinə yönəldilsə belə, bütün bunlar Azərbaycan vasitəsilə edilməlidir. çünki Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir” - deyə, B.Muradova vurğulayıb.
Vitse-spiker, eyni zamanda, Milli Məclisdə Dağlıq Qarabağla bağlı dinləmələrin keçirilməsinə ehtiyac görmədiyini də deyib: “Azərbaycanda Dağlıq Qarabağla bağlı vahid mövqe var. Ermənistanda keçirilən dinləmələr isə təzyiqin məhz onlara edilməsi ilə bağlıdır. Onlar bu məsələdə ölü nöqtədən tərpənmirlər. Əgər Dağlıq Qarabağla bağlı verilən son bəyanatdan sonra konkret nəticə yaransa və bu məsələnin müzakirəsinə ehtiyac olsa, parlamentdə hər hansı müzakirə keçirilə bilər”.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə isə əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılması məsələsinə aydınlıq gətirib: “Əhalinin sovet dövründən qalan əmanətlərinin qaytarılması haqqında Milli Məclisə qanun layihəsi təqdim olunub. Bu sənəd parlamentin İqtisadi siyasət komitəsində müzakirə olunacaq”.
Z.Səmədzadə bildirib ki, Nazirlər Kabinetinin tapşırığı əsasında Maliyyə Nazirliyi və Kapitalbank bu məsələ üzərində işləyir. Onun sözlərinə görə, bu qurumlar Milli Məclis qarşısında konkret təkliflərlə çıxış etməlidirlər. “Sovet dövründən qalan əmanətlərin qaytarılması asan məsələ deyil. Doğrudur, hökumətin buna imkanları çatır. Amma problem ondadır ki, məcburi köçkünlərin əmanətlərinin qaytarılması məsələsi çətindir. Eyni zamanda, bununla bağlı çoxlu saxta sənədlər var” - deyə, komitə sədri vurğulayıb.
“Eks-prezidentlərin statusu haqqında” qanun layihəsi isə hazırlıq mərhələsindədir. Bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev məlumat verib. O xatırladıb ki, ötən ilki referendumla Konstitusiyaya edilən dəyişikliklərə uyğun olaraq bir neçə yeni qanun qəbul edilməlidir: “Bu qanunların hazırlanması üçün Prezident Administrasiyası ilə Milli Məclis arasında iş bölgüsü aparılıb. “Eks-prezidentlər haqqında” qanun layihəsinin Prezident Administrasiyasında hazırlanması qərara alınıb. Məndə olan məlumata görə, artıq qanun layihəsi üzərində iş başa çatmaqdadır. Layihə yaxın zamanda Milli Məclisə təqdim olunacaq”.
Jurnalistlərin suallarına cavab olaraq parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Milli Məclisdə “Ərzaq təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlanır. E.İbrahimov deyib ki, sənəd tam hazırlandıqdan sonra Milli Məclisin payız sessiyasının müzakirəsinə çıxarıla bilər. Hazırda belə bir qanunun qəbuluna ciddi ehtiyac olduğunu deyən komitə sədrinin sözlərinə görə, bir sıra hallarda əhaliyə keyfiyyətsiz qida məhsulları satılır. Onun fikrincə, belə halların qarşısını daha səmərəli almaq üçün yeni qanun təsirli ola bilər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

