Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tanınmış alim Seyfəddin Qəndilov son mənzilə yola salınıb

Tanınmış alim Seyfəddin Qəndilov son mənzilə yola salınıb

22.07.2010 [12:33]

Dünən Əməkdar Elm Xadimi, Azərbaycan təhsilinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovla vida mərasimi keçirilib. Vida mərasimində dövlət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun cənazəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuş, fəxri qarovul düzülmüşdü. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu. Seyfəddin Qəndilovun həmkarları, dostları, tanışları, tanınmış elm xadimləri axın-axın Akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər. Vida mərasimində çıxış edən alimin oğlu Lətif Qəndilov ailələrinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib. Sonra böyük alim, nurlu ziyalı Seyfəddin Qəndilov doğmaları və yaxınlarının çiyinlərində son mənzilə yola salınıb. Mərhum 2-ci fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!

Paylaş:
Baxılıb: 1062 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30