Ölkənin bütün regionları kimi, Qəbələ də yüksəliş dövrünü yaşayır
30.07.2010 [04:38]
Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfərə gəlib.
ölkənin bütün regionları kimi, Qəbələ də yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənib, əhalinin yaşayış səviyyəsi yüksəlib, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət alıb. Dövlətimizin başçısının bir neçə dəfə Qəbələyə səfər etməsi mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunub, rayonun iqtisadiyyatında sürətli artım qeydə alınıb. Elə bu səbəbdəndir ki, hazırda Qəbələ Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesinin fəal iştirakçılarından biri olmaqla ölkəmizin qazandığı uğurlarda ciddi paya malikdir.
Rayonda yeni müəssisələrin fəaliyyətə başlaması, mövcud olanlarda yenidənqurma işlərinin aparılması Qəbələnin iqtisadi kompleksinin inkişafı baxımından mühüm amillərdir. Bunun nəticəsidir ki, rayonda 2003-cü illə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi xeyli artıb. Kənd təsərrüfatı məhsullarının artımı 2 dəfədən çox olub. 2003-2009-cu illərdə rayondakı 450-dən çox müəssisədə 8500-ə yaxın yeni iş yeri açılıb. Qəbələnin zəngin turizm potensialının reallaşdırılması üçün də dövlətimizin başçısının tapşırığına müvafiq kompleks tədbirlər həyata keçirilir. Bununla da böyük keçmişi olan Qəbələ yenidən öz tarixi şöhrətini bərpa edir.
Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət edib.
Prezident İlham Əliyev Heydər Əliyev parkında aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olub.
Bildirilib ki, müasir görünüşü ilə diqqət çəkən parkın ərazisi 2 hektardır. Yenidənqurma işləri zamanı əsas diqqət ərazidə yaşıllıqların artırılmasına yönəldilib, xüsusi suvarma sistemi quraşdırılıb. Parkda rayon əhalisinin və şəhərə gələn qonaqların istirahətinin təşkili üçün bütün şərait yaradılıb. Burada oturacaqların sayı artırılıb, ən əsası isə 4 yeni fəvvarə quraşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdəki “Gilan” konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olub. Dövlətimizin başçısına məlumat verilib ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilib, xaricdən gətirilən avadanlıq quraşdırılıb. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. 2007-ci ilin martında Prezident İlham Əliyevin iştirakı ilə açılan bu zavodda təxminən 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir.
Dövlətimizin başçısı müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxıb. Bildirilib ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Hazır məhsulu keyfiyyətlə saxlamaq üçün Azərbaycanda tam fərqli və regionda analoqu olmayan anbar inşa edilib. Xüsusi temperatur və gigiyenik şəraitin yüksək səviyyədə qorunduğu anbar məhsulların təravətli qalmasına zəmin yaradır. Bu gün Qəbələ konserv zavodunun məhsulları 30-dan çox ölkəyə ixrac edilir.
Prezident İlham Əliyev istehsal prosesini izləyib, meyvə qəbulu bölməsi və şüşə qablara məhsul dolduran xəttə baxıb.
Sonra Prezident İlham Əliyev zavodda aparılan yenidənqurma və genişləndirmə işlərini əks etdirən maketlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələdə “Qafqaz Riverside” hotelinin açılışında iştirak edib.
Dövlətimizin başçısı açılışı bildirən lenti kəsib və turizm obyekti ilə yaxından tanış olub.
Məlumat verilib ki, 2008-ci ilin avqustunda inşasına başlanılan beşulduzlu hotel “Gilan Turizm” şirkətinə daxil olan ən böyük layihələrdən biridir. Dövlətimizin başçısı bu ilin fevralında Qəbələyə səfəri zamanı hotelin tikintisi ilə tanış olub.
Bildirilib ki, 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan hotel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Avanqard və modern arxitektura üslublarının sintezi əsasında inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanmış mebel və aksessuarlardan istifadə olunub. Burada 96-sı “Superior”, 12-si “Junior suit”, 6-sı “Deluks suit”, 4-ü “Dubleks suit” və 5-i “Kral suit” olmaqla, cəmi 123 nömrə var. Nömrələrdə qonaqların istirahətinin yüksək səviyyədə təmin edilməsi üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilib.
Diqqətə çatdırılıb ki, hotelin ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunub. Ailəvi istirahət üçün ideal şəraitə malik olan kotteclərdə amerikan mətbəxi qonaqların ixtiyarına verilib. Hotelin qonaqları gün ərzində otaq xidməti, faks-kseroks, örtülü avtodayanacaq, camaşırxana, ticarət mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də faydalana bilərlər. Burada 300 nəfərlik yeməkxana və sifarişlə işləyən 150 nəfərlik restoran fəaliyyət göstərir.
Restoranda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada bilərlər. Hoteldə zəngin menyu təqdim edən bir neçə bar da var. Açıq havada xoş saatlar keçirmək istəyənlər üçün 70 nəfərlik bağça yaradılıb. Bundan əlavə, zəngin çeşiddə şirniyyat güşəsi də qonaqların xidmətindədir. Konfrans, iclas, seminar, təqdimat mərasimlərinin keçirilməsi üçün burada 25 nəfərlik iki və 150 nəfərlik bir iclas zalları var. Hoteldə sağlamlıq mərkəzi, sauna, türk hamamı, açıq və örtülü hovuz, idman zalı da yaradılıb. Qonaqlar asudə vaxtlarını bilyard və stolüstü oyun zallarında səmərəli keçirə bilərlər. Uşaqlar da unudulmayıblar, onların əylənməsi üçün oyun meydançası inşa olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31

