Azərbaycanın mədəniyyət paytaxtı hərtərəfli inkişaf dövrünü yaşayır
06.08.2010 [09:56]
Azərbaycanda sosial həyatın bütün sferalarında gedən inkişaf bölgələrdə də özünü aydın şəkildə göstərir. Bu isə o deməkdir ki, inkişaf prosesi bütün regionlarda proporsional qaydada həyata keçirilir. Bu gün digər şəhərlərimiz kimi Qəbələ də hərtərəfli yüksəliş dövrünü yaşayır. Son illər Qəbələdə gerçəkləşdirilən məqsədyönlü tədbirlər rayonu respublikamızın ən sürətlə inkişaf edən bölgələrindən birinə çevirib. Şəhərin inkişafı və gözəlləşməsi buraya gələn qonaqları da heyran edir. Bildiyimiz kimi, bu günlərdə möhtəşəm Beynəlxalq musiqi festivalının keçirildiyi, zəngin mədəniyyətə və qədim tarixə malik Qəbələ şəhəri artıq respublikamızın mədəniyyət paytaxtına çevrilib. Digər tərəfdən, regionun iqtisadi inkişaf imkanlarının düzgün dəyərləndirilərək səmərəli inkişaf yolunun seçilməsi və bu istiqamətdə mütərəqqi işlərin görülməsi Qəbələni həm də ölkə miqyasında mühüm iqtisadi mərkəzlərdən birinə çevirməkdədir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə tədbirlər planında Qəbələdə kənd təsərrüfatı, ekologiya, nəqliyyat, enerji, kommunikasiya, səhiyyə, mədəniyyət və digər sahələrdə icrası planlaşdırılan məsələlər əksini tapıb. Dövlət Proqramının uğurla həyata keçirilməsi məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalının və emalının dəstəklənməsi, rayon ərazisində tikinti materiallarının kəşfiyyatı işlərinin aparılması, kəndlərarası yolların çəkilməsi və asfaltlaşdırılması, çaylar üzərində körpülərin salınması, rayonun elektrik şəbəkələrinin yenidən qurulması, yaşayış məntəqələrinin qaz təchizatının yaxşılaşdırılması yönündə sistemli tədbirlər davam etdirilir. Görülən işlərin nəticəsidir ki, əhalinin sosial durumu yaxşılaşıb, çoxlu sayda yeni iş yerləri yaradılıb, habelə tikinti-quruculuq və abadlıq işləri sayəsində şəhərin ümumi görünüşü xeyli dəyişib. Danılmaz faktdır ki, dövlət başçısının tez-tez regiona səfərlər etməsi, rayonda görülən işlərlə yerində tanış olması, tapşırıq və göstərişlərini verməsi, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirməsi rayonun inkişafı yönündə görülən işlərin daha sürətlə və yüksək səviyyədə icrasına stimul verir.
Qəbələdə əldə olunan nailiyyətlər respublikamızda qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələrindən xəbər verir. Görülən işlərin məntiqi nəticəsi olaraq Qəbələnin Azərbaycan iqtisadiyyatındakı rolu ildən-ilə artmaqdadır. Bu statistik göstəricilər də sübut edir. Məsələn, əvvəlki illərlə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi xeyli artıb. Rayonda məhsul buraxılışı ötən il 2003-cü illə müqayisədə 2,1 dəfə, sənaye məhsulu istehsalı 21 dəfə, kənd təsərrüfatı məhsullarının artımı 2 dəfədən çox olub. Həmin dövrdə əsas kapitala yönəldilən investisiyaların məbləği 32 dəfə artaraq 23 milyon manatı keçib. Azərbaycan məhsullarının müxtəlif ölkələrdə tanıdılmasında Qəbələdə istehsal olunan məhsullar özünəməxsus yerə malikdir. Belə ki, rayonda istehsal edilən sənaye məhsullarının 25 faizi xaricə ixrac olunur. Regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün həyata keçirilən proqram çərçivəsində sürətli irəliləyişə nail olan Qəbələ respublikanın qida sənayesində də aparıcı məkanlardan birinə çevrilməkdədir. Rayonun kənd təsərrüfatının inkişafına təkan verən amillərdən biri isə bölgədə tikilən soyuducu anbarlardır. Əsasən meyvə-tərəvəz saxlamaq üçün nəzərdə tutulan bu anbarlar tonlarla məhsulun yararsız hala düşməsinin qarşısını alır. Qəbələnin iqtisadiyyatında əlamətdar hadisələrdən biri 2007-ci ildə konserv zavodunun istifadəyə verilməsi oldu. ümumilikdə 100-ə qədər müxtəlif növdə qablaşdırılmış mallar istehsal edən Qəbələ Konserv Zavodu meyvə suyu, nektar, müxtəlif çeşiddə soyuq çaylar, turşu və başqa məhsullara olan tələbatın müəyyən hissəsini ödəyir.
Qəbələdə görülən işlərin mühüm istiqamətlərindən birini işsizliyin aradan qaldırılması məqsədilə yeni iş yerlərinin istifadəyə verilməsi təşkil edir. Belə ki, 2003-2009-cu illərdə rayondakı 451 müəssisədə 6483-ü daimi olmaqla 8500-ə yaxın yeni iş yeri açılıb. Rayonda işsizliyin azaldılması öz növbəsində yoxsulluq həddinin də aşağı düşməsinə, insanların yaşayış şəraitinin yüksəlməsinə səbəb olub. Qeyd edək ki, təkcə bölgənin yerli sakinləri deyil, burada məskunlaşmış qaçqın və məcburi köçkün ailələri də dövlətin diqqət və qayğısını hiss edirlər. Belə ki, bu ilin əvvəlində Qəbələnin Zarağan qəsəbəsində məcburi köçkünlər üçün məhəllə salınıb, məktəb binası tikilib.
Məlum olduğu kimi, Qəbələ Azərbaycanın geniş turizm potensialına sahib olan ən gözəl güşələrindən biridir. Buranın ilin bütün fəsillərində öz gözəlliyi ilə seçilən təbiəti rayonun turizm sahəsini inkişaf etdirməyə imkan verir. Qəbələ şəhərində aparılan abadlıq işləri, yeni salınan parklar həm yerli sakinlər, həm də şəhəri ziyarət edənlər tərəfindən razılıqla qarşılanır. Şəhərin turizm sektorunun inkişafında mühüm amillərdən biri standartlara yüksək səviyyədə cavab verən hotellərin tikintisidir. Bu günlərdə dövlət başçısının açılışında iştirak etdiyi yeni tikilən beşulduzlu “Qafqaz Riverside Hotel”i rayonun turizm sahəsinin irəliləməsinə mühüm töhfədir. Təsadüfi deyil ki, ildən-ilə istirahət məkanı olaraq Qəbələyə üz tutan azərbaycanlı və xarici turistlərin sayı artmaqdadır. Turizmin inkişafı bölgədə xırda və orta sahibkarlığın inkişafı üçün möhkəm baza yaradır, yeni iş yerlərinin açılmasına kömək edir, eyni zamanda, infrastrukturun yenidən formalaşdırılması üçün də əlverişli şərait yaradır. Qəbələdə mövcud olan turizm obyektləri hər il dünyanın müxtəlif ölkələrində keçirilən nüfuzlu sərgilərdə, dünya səviyyəli ixtisaslaşdırılmış yarmarkalarda iştirak edir.
Ekoloji layihələr çərçivəsində bölgədə genişmiqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilib. Təkcə ötən il rayon ərazisində 33000 ədəd ağac əkilib.
Beləliklə, bu gün Qəbələdə gedən inkişaf prosesi Azərbaycanın əldə etdiyi irimiqyaslı uğurların regional səviyyədə təcəssümüdür. Bu tədbirlərin davamlı xarakter alması bölgənin daha parlaq gələcəyindən xəbər verir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13

