Erməni vəhşiliyinin canlı şahidi
01.09.2010 [09:57]
“...Lentə çəkdiyim 37 saniyə əllərimi yandırır. Mən insanların əhatəsindən çıxıb kameranı qaldırıram. Videoaxtarıcıda içərisində yaralılar olan maşının şütüdüyü yol görünür. Budur, yaralıları xərəklərə qoyur, platformadan birbaşa vaqonların açıq pəncərələrindən əməliyyat vaqonuna aparırlar. Başısarıqlı 6 yaşlı qızcığaz. Sarğı elə qoyulub ki, onun hər iki gözünü örtür.
Mən kameranı söndürmədən qızcığaza tərəf əyilirəm:
- Sənə nə olub, əzizim?
- Gözlərim yanır... Əmi, gözlərim yanır...
Gözlərim yanır!!!
Həkim çiynimə əlini qoyur:
- O kordur. Gözlərini siqaret kötükləri ilə yandırıblar... Onu bizim yanımıza gətirəndə gözlərindən siqaret kötüyünün qalıqları sallanırdı...
Oxucu məni bağışlasın, lakin gözlərimlə gördüklərimi, qulaqlarımla eşitdiklərimi dilimlə deyə bilmirəm. Belə xatirələr izsiz ötüb-keçmir və axşam bu fəsli yazandan sonra, ertəsi gün gicgahlarımda ağ tüklərin çoxaldığını görürəm”.
Kütləvi qətl yerlərində olmuş rusiyalı jurnalist Y.Romanovun Qarabağ haqqında yazdığı “Mən müharibəni çəkirəm...” adlı kitabında belə epizodlar çoxdur. Həmkarımız öz kitabına “İlahi, axı bu necə “milli-azadlıq mübarizəsi”dir?” sualı ilə başlayır.
Azərbaycan xalqı son 200 ildə dəfələrlə ermənilərin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Tarixi torpaqlarımız davamlı olaraq zor gücünə boşaldılıb, soydaşlarımız qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilən kütləvi qırğınlarla müşayiət olunub. Sovet dövründə də bu siyasət davam etdirildiyindən 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub. 1988-ci ildə isə 250 min azərbaycanlı tarixi torpaqlarından qovulub. Erməni ideoloqlarının “dənizdən-dənizə böyük Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin işğalı, tükürpərdən qətliamlarla müşahidə olunub, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Digər tükürpədici faktlar isə girov götürülmüş dinc əhaliyə və əsir alınan hərbçilərə amansız divan tutulması, onların başına gətirilən qanlı faciələrlə bağlıdır.
İşğal...
Bu gün torpaqlarımızın 20 faizdən çoxu Ermənistan tərəfindən işğal edilib. Bir zaman gələcək işğal altındakı şəhər və kəndlərimiz geri qaytarılacaq. Bu yazını yaza-yaza düşünürəm ki, torpaqlarımız işğal edilsə də, işğalçılıq siyasəti aparan Ermənistan ordusunun qarşısında duran Azərbaycan əsgəri də az mübarizə aparmadı. İnsanı və tarixi heyrətləndirəcək qəhrəmanlıqlar göstərən Azərbaycan əsgəri savaş tarixinə yazılmış yeni bir salnaməyə imza atdı: Qarabağ qəhrəmanlığı salnaməsinə.
Min igiddən biri...
Azərbaycan əri, Azərbaycan igidi torpağını düşmənə sakitcə təslim edə bilməzdi və etmirdi də. Amma böyük güclərin qarşısında fərdi qəhrəmanlıqlar yalnız zaman keçdikcə diqqəti cəlb edir və qiymətini alır.
Əlif Məmmədov. Bu ad bəlkə də, savaş tariximizin bir küncünə atılıb qalacaqdı: 2 il 8 ay erməni əsirliyində qalan, iki dəfə qaçmağa cəhd edən bir azərbaycanlının adı kimi. çünki Əlif Məmmədov döyüşlərdə xüsusi qəhrəmanlıq göstərməmişdi. Doğulub böyüdüyü Laçın torpağını erməni döyüşçülərindən müdafiə etmişdi, döyüşlərdə qarşı tərəfdən kimi öldürüb, kimi yaraladığının da fərqində olmamışdı. Hər halda özü belə deyir. Düşünür ki, doğulduğu və Vətən dediyi torpağı müdafiə etmək onun sadəcə övladlıq borcu idi. Ər, kişi deyilən kəsin torpağına yadın ayağı dəyə bilməz, hələ bu yad həmin torpağı özününküləşdirməyə çalışsa, bunun üçün silaha əl atsa, heç düşünmək lazım deyil. Bu gəlişin cavabı birdir-ölüm. O da həmin cavabla çıxmışdı gələnlərin qarşısına...
özünü adi döyüşçü hesab edən Əlif Məmmədov İrəvanın düz ortasında, erməni hərbçisinin başını kəsməsəydi, bəlkə də, adi vətəndaş, erməni əsirliyinin zülmünü görmüş bir azərbaycanlı kimi düşəcəkdi tarixə. Amma o öz igidliyi ilə tamam fərqli bir şəkildə Qarabağ savaşının bir səhifəsinə öz imzasını atdı.
- Bizi Xankəndində saxlayırdılar. Aida adlı bir qadın əsirlərin içərisindən 4 azərbaycanlı seçib götürmüşdü. Onun qardaşı Spartak Salatın Əsgərovanı qətlə yetirən dəstənin üzvü kimi Bakıda mühakimə olunurdu. ümid edirdilər ki, bizi dəyişə biləcəklər. Amma biz hamımız bilirdik ki, bu mümkün olan deyil. Hakimiyyət dairələri o qatilləri Ermənistana versə də, camaat onları sağ buraxmayacaq. Spartakdan bir xəbər gələnə qədər buradan çıxmaq barədə düşünürdük. Aida ilə danışıqlara başladıq və onu inandıra bildik ki, qardaşının azad olunması üçün bizim də köməyimiz dəyə bilər. Məqsədimiz vaxt qazanmaq idi. Mən bir gün qaçmaq planı hazırladığımı dedim. üç nəfər yığışıb plan tökdük. Dördüncü girov yoldaşımız 12 yaşlı uşaq idi. İşğal zamanı valideynlərini, bacısını yanında güllə ilə vurmuşdular. özünü isə girov götürmüşdülər. Evdən qaçmaq üçün tədarük görməyə başladıq. Hər gün bizə yeməyə yüz qram çörək verirdilər. Hər dəfə də payımızdan bir tikə qırıb gizlədirdik. Bir butulka benzin çırpışdırmışdım. Evi yandırıb qaçacaqdıq. Başları yanan evə qarışdığından ermənilər bizi təqib etməyəcəkdilər. özümüzdə çox böyük güc hiss edirdik. Azərbaycan ordusu Noragaha gəlib dirənmişdi. Biz atışmaları həyəcanla izləyirdik. ümidimiz artırdı. Hətta qradların hansı cəbhədən atıldığını belə müəyyənləşdirə bilirdik. Qaçdığımız gecə axşamdan hücum başladı. Hamımız səsə qulaq kəsilmişdik. Baxdıq ki, bizim qradlar zəifləyir və səs uzaqlaşır. Başa düşdük ki, ordumuz geri çəkilir. Artıq qaçmaq zamanı idi. Şərtləşdiyimiz günü səs salmadan yığışdıq. Mən butulkanı götürüb evə keçdim. Təsadüfən qarşıma çıxan qapını itələdim. Uşaq anası ilə qolboyun yatırdı. Uşağa baxdım, oğlum gəldi gözlərimin önünə. Benzin butulkasını qapının kandarındaca qoyub uzaqlaşdım. Evdən çıxıb cəld hasarı aşdıq və yola çıxdıq...
Əsirlikdən qaçanları Kərkicahan meşəsi qoynuna alır. Sarıbabanı keçib, Ağbabaya qalxan partizanları Pircahan körpüsü qarşılayır. Ərdəşəbil meşəsini keçəndə yoldaşlarım dağı qalxmaqdan imtina etdilər.
- Gündüzlər gizlənib gecələr yol gedir, ehtiyat yığdığımız çörəkdən dilimizin altına qoyub sorurduq ki, huşumuzu itirməyək. çox yorulmuşduq. Dağı qalxa bilmədiyimizdən çay yenişi qayıdası olduq. Laçının Güləbird dərəsinə çatanda Cəlilabaddan olan Fərhad hirsləndi ki, nə qədər qorxa-qorxa yol getmək olar, Allaha təvəkkül, gəlin açıqlığa çıxaq. Onda mən bu yerlərə bələd adam kimi “siz qalın mən kəşfiyyata gedəcəm” dedim. çayı keçən kimi erməni postunun içinə düşdüm. Erməni patrullarla burun-buruna gəldik. Səs-küy salmağımdan yoldaşlarım başa düşdülər ki, ələ keçmişəm. Patrullarla əlbəyaxa oldum. Onlar qaçıb dərəni keçdi. Sonradan baxdım ki, yanımızdakı balaca oğlan daşın dibində gizlənib. Onu da gətirdilər. Beləcə bizim ikinci əsirlik həyatımız başladı.
İkinci dəfə əsirlikdə
- Əvvəlki kimi deyildik. Bizə, ümumiyyətlə, çörək vermirdilər. Mən özümdən çox Talehi düşünürdüm. Laçından olan bu oğlanın gözlərinin qarşısında bütün ailə üzvlərini öldürmüşdülər. O da mənə doğması kimi bağlanmışdı. Uşaq aclıqdan ayaq üstə dayana bilmirdi. Bir-iki dəfə “ona çörək verin” desəm də, komandir gələndə istəsə sizə çörək verər, istəsə güllə deyə cavab verdilər. Hərbçilərdən biri əlində çörək yeyirdi. Ac olduğumuzu bildiyindən bizim başımızın üstündə dayanıb çörəyi dişləyir, sonra da acıq verə-verə gəvələyirdi. Talehə pıçıldadım ki, indi mən çörəyi qapıb sənə verəcəm, çalış bir iki dişlək götürə biləsən. Qəfildən hərbçinin üstünə tullanıb çörəyi əlindən qapdım və Talehə verdim. özüm də Talehin üstünə yıxıldım ki, uşaq heç olmasa bir-iki dişlək yeyə bilsin. Patrullar tökülüb məni təpikləməyə, avtomatın qundağı ilə döyməyə başladılar. Dəstənin rəhbəri olan qız yaxınlaşıb onları araladı. Bu vaxt komandir gəlib çıxdı.
Əlifgili Sisyandakı hərbi hissəyə göndərirlər. Burada Qubadlıdan da bir neçə girov gətirirlər.
- Həmin vaxta qədər elə bilirdim ki, Güləbird bizdədir. Artıq neçənci dəfə idi ki, hansısa kəndin, rayonun işğalı ilə qarşılaşırdım. Bu ağrını çəkmək çox çətin idi. Bir neçə gündən sonra bizi İrəvana köçürdülər. Amma bu vaxt ərzində Aidanın ailəsi bizi axtarıb tapmışdı. Sonra bizi tutan patrul dəstəsinin komandiri dedi ki, sahibiniz ardınızca gəlib, Spartakın meyidini gətiriblər, ona görə də yəqin ki, bizi intiqam almaq üçün tələb edirdilər. Komandir istəsəydi bizi onlara verə bilərdi. çünki Aidanın ailəsi bizi pulla almışdı və bizimlə istədikləri kimi rəftar edə bilərdilər. Amma bizi İrəvana göndərməyi üstün tutdular.
İrəvana gələndə Əlifi böyük sevinclə qarşılayırlar. çünki azərbaycanlı əsirlər artıq onun haqqında eşitmişdilər. Əlifin İrəvan türməsinə gəlməsi onlarda əməlli-başlı ruh yüksəkliyi yaradır.
Əlif isə gələn kimi fəaliyyətə başlayır.
- Cəmi bir ay sonra artıq bizim qaçış planımız hazır idi. İrəvandan qaçmaq nə dərəcədə ağlabatan idi, nə dərəcədə buna nail olacaqdıq bilmirəm. Sadəcə biz əsirlikdən qaçmalıydıq, vəssalam. Gizli-gizli çörək tədarükü görürdük. Mən təklif etdim ki, düşərgənin rəhbəri olan generalı girov götürək. Yoldaşlarım isə təklif etdilər ki, bizi işdən gətirərkən üstümüzdə duran nəzarətçiləri-iki əsgər və iki zabiti girov götürək. Sonra tələb edək ki, bizi təyyarə ilə Türkiyəyə keçirsinlər. Bütün xırdalıqlara qədər hər şeyi ölçüb-biçdik.
İşdən gələndə şərtləşdiyimiz kimi, kameranın qapısında geri çevrilib arxamızca gələn zabitin üstünə atıldım. Yoldaşlarım isə dərhal o biri əsgəri tərksilah etdilər. Amma gözlədiyimiz kimi olmadı. O biri kameradakılar ləng tərpənmiş, zabit tapançasını çıxarıb bizimkilərdən düz yeddi nəfərini güllə ilə vurmuşdu.
Bıçağı zabitin boğazına dirəyib gözləyirdik. Amma bilirdik ki, başqa əlacımız yoxdu, təslim olmalıyıq. Heç olmasa, kişi kimi ölək deyə fikirləşib bıçağı zabitin boğazına çəkdim...
Əlif ona verilən bütün işgəncələrə dözüb “yoldaşlarımın heç nədən xəbəri yoxdur, zabiti öldürmək mənim öz planım olub” deyə israr edirdi. Bütün əsirlər onun güllələnəcəyini gözləyirdi. Amma...
Nədənsə əsir düşərgəsinin rəhbərliyi onu bağışlayır. Lakin işgəncə və əzablardan Əlif bir də yerindən dura bilmir. Ermənilər düz yarım il kameradan çıxa bilməyən bir şikəsti özlərinin yüksək rütbəli zabiti ilə dəyişmək fürsətini əldən vermirlər. Əlif Məmmədov Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə dəyişilir və təyyarə ilə Bakıya gətirilir.
Sən, ey Ana Torpaq...
Təyyarənin trapından enmək üçün xərək gətirirlər. Əlif “yox” deyir, mən öz ayaqlarımla düşməliyəm öz torpağıma. Düşür də. Komitənin Əlifi gətirən nümayəndəsi bu möcüzəni görəndə əlini ürəyinin üstünə qoyub özünü ələ almağa çalışır. Az qala yarım il hər həftə baş çəkdiyi, hətta Azərbaycana sağ-salamat aparıb çıxara bilməyəcəyi bu əsirin beləcə ayaq üstə durması, Ana torpağına diz üstə çöküb üzünü sürtməsi onu şoka salır.
Amma o bir neçə addım Əlifi uzun müddət yorğan döşəyə salır, çarpayı dustağı edir və bir də bir illik uzun müalicələrdən sonra onun üzülmüş orqanizmi öz funksiyalarını qismən bərpa edə bilir, ayaqları yer tutur.
Epiloq
İndi O bizlərdən biri kimi yaşayır, çalışır və torpaqların azadlığı gününü səbirsizliklə gözləyir. Həmin gün Ali Baş Komandanın “Silahlanın” əmrinə belə müntəzirdi.
O həyatını və canını Ana vətənin azadlığı üçün qurban verməyə hazır Azərbaycan kişisidir.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

