Azərbaycan dünyada islam həmrəyliyinin genişlənməsinə öz töhfəsini verir
03.09.2010 [09:52]
Azərbaycan hər zaman dünyada tolerantlıq nümunəsi kimi göstərilir. Bununla belə, ölkə əhalisinin əsas etiqad etdiyi din İslam dinidir. Konstitusiya ilə ölkəmizdə din dövlətdən ayrı olsa da, müsəlman ölkəsi olaraq Azərbaycan xalqı hər zaman İslam dininin əsas rituallarına əməl edir. Yəni, ölkəmizdə Ramazan, Qurban bayramları dövlət səviyyəsində qeyd olunur, həcc ziyarətləri ilə bağlı səfərlər həyata keçirilir.
Azərbaycan Respublikası bütün dövlətlərlə münasibətlərinin yüksək səviyyədə inkişafına önəm verir. Bu mənada müsləman ölkələri xüsusi əhəmiyyət daşıyır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət müasir Azərbaycanın müsəlman ölkələri və birlikləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərinin formalaşmasına və inkişafına təkan verib. ölkəmizlə İslam Konfransı Təşkilatı (İKT) arasındakı əməkdaşlıq münasibətləri xarici siyasət kursumuzun prioritet istiqamətlərdən sayılır. Qurumla ölkəmiz arasındakı münasibətlər strateji əhəmiyyət kəsb edir. Azərbaycan müstəqillik əldən etdikdən sonra keçmiş sovet respublikası kimi birinci olaraq İKT-yə üzv olmaq barədə müraciət edib. Bundan başqa, müsəlman ölkələri hər zaman Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizi birmənalı şəkildə dəstəkləyiblər. 2008-ci ildə BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın işğal altında olan torpaqlarına dair” qətnamənin qəbulunda İKT-yə daxil olan dövlətlərin böyük rolu danılmazdır.
Bununla yanaşı, İKT-yə daxil olan dövlətlər XX əsrin ən böyükmiqyaslı cinayətlərindən sayılan, erməni vandalizminin və vəhşiliyinin sübutu olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılmasında qəti mövqe nümayiş etdirməklə, Azərbaycana dəstəklərini göstəriblər.
İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının Uqandanın Kambala şəhərində keçirilən və 51 ölkənin parlament nümayəndələrinin iştirak etdiyi VI konfransında “Xocalıya ədalət” beynəlxalq kampaniyasına dəstək çərçivəsində xüsusi qətnamə qəbul edilib. Qətnamədə İslam Konfansı Təşkilatı Parlament İttifaqının İslam Konfransı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülən və erməni hərbi birləşmələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımı haqqında tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədini daşıyan “Xocalıya ədalət” beynəlxalq kampaniyasını dəstəklədiyi öz əksini tapır. Sənəddə üzv dövlətlərin parlamentləri insanlığa qarşı bu cinayəti düzgün və müvafiq şəkildə tanımağa, sözü gedən kampaniyaya milli və beynəlxalq səviyyədə tam dəstək verməyə çağrılır. Bu sənədin ardından isə İKT xarici işlər nazirləri tərəfindən Xocalı faciəsini kütləvi qırğın kimi qiymətləndirmək barədə qətnamə qəbul edilib. Bütün bunlarla yanaşı, 2009-cu ilin iyulunda İKT Gənclər Forumu ilə İSESKO arasında Xocalı faciəsi haqqında məlumatın İKT ölkələrinin tarix dərsliklərinə daxil edilməsi barədə razılıq əldə olunub.
Təbii ki, bütün bu faktlar müsəlman ölkələri arasındakı həmrəyliyin göstəricisidir. Azərbaycan da digər müsəlman dövlətlərinə qarşı münasibətdə hər zaman qarşılıqlı hörmətə əsaslanan siyasət həyata keçirir. Bunu bir neçə gün öncə müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndələrini qəbul edərkən Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb. Dövlət başçısı qeyd edib ki, müsəlman ölkələri arasında mövcud olan dostluq-qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, islam həmrəyliyinin daha da güclənməsi üçün hamı fəaliyyət göstərməlidir. Prezident qeyd edib ki, müsəlman ölkələrinin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin sayının getdikcə artmasından məmnundur və eyni zamanda, Azərbaycan da müsəlman ölkələrində öz diplomatik nümayəndəliklərinin sayının artırılmasına çalışır: “Təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır. Bu əlaqələr getdikcə güclənir. Qarşılıqlı səfərlər təşkil edilir, iqtisadi əlaqələr genişlənir, bir sözlə, biz ikitərəfli müstəvidə həyata keçirilən tədbirlərdən çox razıyıq. Əminəm ki, bu əməkdaşlıq və dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcəkdir. Biz öz növbəmizdə daim çalışırıq ki, islam həmrəyliyinin gücləndirilməsinə töhfəmizi verək”.
Həqiqətən də, Azərbaycan müsləman ölkələri ilə bütün sahələr-istər mədəni, istər humanitar, istərsə də iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu daim nümayiş edirir. ölkəmizdə keçirilən tədbirlər, müsəlman dövlətlərinin nümayəndələrinin Azərbaycana səfərləri və bu səfərlərdən qaynaqlanan əlaqələrin gücləndirilməsi islam həmrəyliyinin daha da genişlənməsinə səbəb olub. Bir faktı qeyd etmək lazımdır ki, bir müddət öncə Pakistanda olan təbii fəlakətlə bağlı Azərbaycan hökuməti rəsmi İslamabada həm maddi, həm də humanitar yardım göstərib və bu yardımları davam etdirəcəyini bəyan edib. Məhz, bu misaldan da göründüyü kimi, Azərbaycan hər zaman müsəlman ölkələri ilə qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsində, qardaşlıq müstəvisinə keçməsində maraqlıdır. Prezident İlham Əliyev də çıxışında əlaqələrin çoxşaxəli olması istiqamətində aparılan fəaliyyəti xüsusi qeyd edib: “Biz çalışırıq ki, müsəlman ölkələri arasındakı əlaqələr çoxşaxəli olsun, siyasi, iqtisadi, humanitar sahələri maksimum dərəcədə əhatə etsin. Biz daim bir-birimizi dəstəkləməliyik və bu dəstək çox güclü olmalıdır. Həm ikitərəfli əlaqələrdə, həm beynəlxalq təşkilatlar çərçivəsində müsəlman ölkələri hər zaman həmrəylik nümayiş etdirməlidirlər. çətin anlarda biz daim bir-birimizin yanında olmalıyıq. Belə olan halda dünyada gedən proseslərə müsəlman ölkələrinin təsiri daha da güclü olacaq, milli maraqlarımız daha da dolğun şəkildə təmin ediləcəkdir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

