Azərbaycanın aldığı qərarlar regionda həlledicidir
14.09.2010 [10:07]
Bu gün Azərbaycan sürətlə inkişaf edən müstəqil respublikadır. Cəmi 19 ildir ki, müstəqil olmasına baxmayaraq, Azərbaycan çox böyük inkişaf yolu keçib. Müstəqilliyə daxili siyasi, iqtisadi böhranlarla qədəm qoyan ölkəmiz bu gün özünəməxsus inkişaf modelinə sahib olan güclü bir dövlətə çevrilib. Sevindirici haldır ki, Azərbaycanın daxili inkişafına paralel olaraq, beynəlxalq miqyasda da nüfuzu artır. Bir çox ölkələr Azərbaycanı müxtəlif sahələr üzrə yaxın tərəfdaş kimi görmək istəyir. Bu isə etibarlı tərəfdaş kimi ölkəmizin müsbət beynəlxalq imicindən xəbər verir. Qeyd etmək lazımdır ki, bütün bunlar heç də təsadüf nəticəsində baş verməyib. Azərbaycanın hazırkı səviyyəyə gəlib çatmasının əsasında ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, hərtərəfli düşünülmüş uzunmüddətli strategiya dayanır. Ulu öndərin əsasını qoyduğu inkişaf yolunu indi də davam etdirən Azərbaycan yeni-yeni uğurlara imza atır.
Bu bir həqiqətdir ki, Azərbaycan Cənubi Qafqazda siyasi, iqtisadi, hərbi baxımdan aparıcı ölkəyə çevrilib. Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyevin də söylədiyi kimi, ölkəmiz regionda həlledici rol oynayır: “Artıq regionda gedən proseslərdə Azərbaycan çox fəal rol oynayır. Bəzi hallarda həlledici rol oynayır. Bizim tərəfimizdən irəli sürülmüş siyasi və iqtisadi təşəbbüslər reallaşır. Bu, nəinki bizə, eyni zamanda, bizimlə dostluq münasibətlərində olanlara da xeyir gətirir”.
Həqiqətən də, Azərbaycanın beynəlxalq səviyyədə qurduğu bütün əlaqələr bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı maraqların təmin olunması prinsiplərinə söykənir. ölkəmizin tutduğu inkişaf yolu milli mənafeyi ifadə etməklə yanaşı, bölgənin inkişafına və sabitliyinə də xidmət edir. Buna görə də, Azərbaycanın iqtisadi, hərbi, mədəni və digər sahələrdə həyata keçirdiyi siyasət təkcə özünün deyil, əməkdaşlıq etdiyi qonşu regionlardakı ölkələrin də inkişafına şərait yaradır. Bu isə, ilk növbədə, Azərbaycanın regional miqyasda gücünü, qüdrətini göstərir. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmiz böyük regional amilə çevrilib: “Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir”.
Bu gün Azərbaycanın iştirakı ilə gerçəkləşdirilən beynəlxalq əhəmiyyətli qlobal layihələr bölgənin sabit inkişafı üçün möhkəm əsas yaradır. Şərqlə qərb, şimalla cənub arasında mühüm dəhliz rolunu oynayan Azərbaycan yerləşdiyi əlverişli strateji-coğrafi mövqeyin və malik olduğu təbii resursların yaratdığı üstünlükdən uğurla istifadə edir. Buna görə də, bir çox ölkələr, xüsusən də Avropa məkanı Azərbaycanı özünün enerji təhlükəsizliyinin təminində mühüm potensiala malik ölkə kimi qəbul edir. İcrası uğurla gerçəkləşən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz layihələri Azərbaycanın beynəlxalq əhəmiyyətini göstərməklə bərabər, dövlətimizin öz sərvətinin sahibi olduğunu və müstəqil xarici siyasət yeritdiyini bütün dünyaya nümayiş etdirir.
Məhz müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan heç bir xarici qüvvədən asılı deyil, öz enerji, ərzaq və hərbi təhlükəsizliyini təmin etmək iqtidarındadır. Təbii resurslardan düzgün istifadə edilməsi nəticəsində ölkəmiz maliyyə imkanlarını genişləndirib. Bütün sahələr üzrə dinamik inkişaf göstəricilərinə nail olan Azərbaycan qarşıya çıxan maneələri aradan qaldırmaq gücündədir. Bu səbəbdən, respublikamız ən çətin vaxtlarda da kənar yardımlara ehtiyac hiss etmir. Bütün dünyanı iqtisadi böhran bürüdüyü zamanda Azərbaycan ciddi zərərə məruz qalmayan azsaylı ölkələrdən biri oldu. Eyni zamanda, ölkə daxilində sel və daşqınlar dağıntılar törətdiyi bir vaxtda Azərbaycan hökuməti bütün lazımi tədbirləri görərək problemi qısa müddətdə aradan qaldırdı. Kapital imkanları genişlənən ölkəmiz nəinki kənar yardımlara ehtiyac duymur, hətta özü də donor ölkə kimi çıxış edir. Xatırladaq ki, hələ 2005-ci ildə ABŞ-da güclü “Katrina” qasırğasının baş verməsi ilə əlaqədar Azərbaycan zərər çəkən bölgələrə 500 min ABŞ dolları həcmində humanitar yardım göndərib. ölkəmiz bu yaxınlarda Pakistanda sel sularından əziyyət çəkən insanlara 1 milyon dollar həcmində yardım edib. özəl sahədə Azərbaycan şirkətləri və sahibkarları xarici ölkələrin iqtisadiyyatına böyük həcmdə yatırımlar edirlər. Yerli sahibkarlar Rusiya, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Qazaxıstan və başqa ölkələrin iqtisadiyyatında getdikcə daha mühüm yer tuturlar.
Beləliklə, Azərbaycan fəal və konstruktiv xarici siyasəti ilə regionda əsas aktora çevrilib. ölkəmizin siyasi, iqtisadi nüfuzu beynəlxalq miqyasda da qəbul olunur. Azərbaycanın bütün sahələr üzrə sürətlə inkişaf etdiyini nəzərə alsaq, respublikamızın yaxın gələcəkdə regional güc kimi mövqeyinin möhkəmlənəcəyini əminliklə söyləmək olar.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01

