Sınaq, yoxsa Qərbə mesaj?
06.03.2022 [09:55]
Şimali Koreyanın növbəti raket sınağı
Fevralın 5-də Cənubi Koreya hərbçiləri KXDR-in Yapon dənizinə doğru ballistik raket atdığı barədə xəbər veriblər. Raket Pxenyanın Sunan bölgəsindən buraxılıb. Bu, ilin əvvəlindən artıq doqquzuncu raket buraxılışdır.
Məlik MƏMMƏDOV
Cənubi Koreya Prezidenti yanında Milli Təhlükəsizlik Şurası (MTŞ) KXDR-in ballistik raket buraxılışını pisləyib və Pxenyanı Koreya yarımadasında gərginliyi artıran hərəkətləri dərhal dayandırmağa çağırıb. MTŞ üzvləri Şimaldakı nüvə və raket obyektlərinin monitorinqini gücləndirməyi və aktiv şəkildə əks tədbirləri hazırlamağ planlaşdırdıqlarını açıqlayıblar.
ABŞ Dövlət Departamenti də Şimali Koreyanın raket atma təcrübəsini pisləyib və bunu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulması adlandırıb. Qeyd olunub ki, bu buraxılış, bu ilin əvvəlində həyata keçirilən digər buraxılışlar kimi, KXDR-in qanunsuz kütləvi qırğın silahları və raket proqramlarının KXDR-in qonşuları və bütövlükdə region üçün yaratdığı təhlükəni nümayiş etdirir.
Yaponiyanın müdafiə naziri Nobuo Kisi öz növbəsində Yaponiya mətbuatına bildirib ki, hökumət Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etiraz bildirib. Onun sözlərinə görə, Pxenyan bu il raket buraxılışlarını “son dərəcə yüksək tezlikdə” həyata keçirir. “Şimali Koreyanın bu hərəkətləri qətiyyən qəbuledilməzdir, çünki bu, ölkəmizin və beynəlxalq ictimaiyyətin sülh və təhlükəsizliyini təhdid edir” - deyə nazir bildirdi. O, əlavə edib ki, nazirlik bu problemin həlli üçün ABŞ və digər ölkələrlə əməkdaşlıq edəcək.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının bir ay əvvəl ABŞ-ın təşəbbüsü ilə keçirilən Şimali Koreyanın raket buraxılışlarına dair iclasında onun bəzi üzvləri Pxenyanın ballistik raketlər buraxmasını regionda sabitliyi pozan “əhəmiyyətli eskalasiya” kimi qiymətləndiriblər. İclasda Amerika tərəfinin hazırladığı, Şimali Koreyanı “sabitliyi pozan hərəkətləri dayandırmağa və dialoqa qayıtmağa” çağıran birgə bəyanatın mətni oxunub. Bəyanatı ABŞ, Albaniya, Braziliya, Fransa, İrlandiya, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya, eləcə də hazırda Təhlükəsizlik Şurasının üzvü olmayan Yaponiya dəstəkləyib.
İlk baxışdan bu, olduqca adi xəbərdir. KXDR-in raket və nüvə proqramı həmişə Cənubi Koreya, ABŞ və Yaponiyanı narahat edib və Şimali Koreyanın hər raket sınağı bu üç ölkə tərəfindən qınaqla qarşılanır. Eyni zamanda, Şimali Koreyanın nüvə probleminin həllində iştirak edən bütün güclər arasında Yaponiya ən sərt və güzəştsiz mövqe tutur. Bu 1970-1980-ci illərdə Şimali Koreya agentləri tərəfindən Yaponiya vətəndaşlarının oğurlanması ilə bağlı həll edilməmiş problem, eləcə də KXDR-in öz öhdəliklərini dəfələrlə pozması ilə bağlıdır (məsələn, 1994-cü il çərçivə sazişləri və ya 2003-cü il altıtərəfli danışıqlarda olduğu kimi).
Amma bu gün əsas diqqət çəkən məqam Rusiya ilə Qərb arasında münasibətlərin kəskinləşməsi fonunda raket buraxışlarının tez-tez həyata keçirilməsidir. Məlum olduğu kimi, tarixən KXDR-in əsas müttəfiqləri Rusiya və Çin, Cənubi Koreyanın isə ABŞ-dır. Ümumiyyətlə, Koreya yarımadasının iki dövlətə bölünməsinin özü ABŞ və SSRİ-nin maraqlarının qarşıdurması ilə bağlıdır. Bundan əlavə, Dünya üharibəsi başa çatdıqdan sonra Yaponiyada ABŞ-ın hərbi bazaları və onlarla digər hərbi infrastruktur obyektləri yerləşdirilib. “Pasifist” konstitusiyasına baxmayaraq, Yaponiyanın özü də güclü hərbi gücə malikdir və bu qüvvəyə tezliklə təyyarədaşıyanlar və Şimali Koreyadakı hədəfləri vura bilən qanadlı raketlər daxil olacaq.
Rusiya ilə Ukrayna arasında gedən hərbi əməliyyatlar fonunda ABŞ və Yaponiya Rusiya Federasiyasına qarşı geniş sanksiyalar tətbiq edib. Cənubi Koreya ABŞ-ın anti-Rusiya sanksiyalarına qoşulmasa da, lakin eyni zamanda, respublika Moskvaya qarşı ixrac məhdudiyyətlərini tətbiq etməyi öhdəsinə götürür. Və bunu nəzərə alsaq, Şimali Koreyanın Cənubi Koreyada prezident seçkiləri ərəfəsində sonuncu ballistik raket buraxmasını Qərbə və onun müttəfiqlərinə bir növ mesaj kimi qiymətləndirmək olar...
Xəbər lenti
Hamısına baxDünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Xəbər lenti
02 Avqust 00:23
Dünya
01 Avqust 23:18
Xəbər lenti
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Xəbər lenti
01 Avqust 21:16
Xəbər lenti
01 Avqust 20:30
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19

