Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Kərimli və İsa Qəmbər seçicilər adı altında uşaqlarla görüşürf

Əli Kərimli və İsa Qəmbər seçicilər adı altında uşaqlarla görüşürf

28.10.2010 [09:19]

Müxalifət rəhbərlərinin görüşünə seçicilər gəlmirlər, düşərgə təmsilçiləri isə küçədə top qovan uşaqları bir yerə yığıb şəkil çəkdirməklə məşğuldurlar
Seçki dövrünün ən qızğın mərhələsi hesab olunan təbliğat- təşviqat kampaniyası on gündən artıqdır ki, davam edir. Bu dövrdə namizədlər seçicilərlə görüşür, öz platformalarını, millət vəkili statusu əldə edəcəyi təqdirdə hansı problemlərin həllinə diqqət yetirəcəyini bildirir, seçicilərin verdiyi təklifləri dəyərləndirir. Müxalifətin seçicilərlə “görüş”ləri isə olduqca maraqlı xətt üzrə inkişaf edir. Mətbu orqanlarda, ayrılmış pulsuz efir vaxtı dövründə öz təşviqatlarını yalnız iqtidara qarşı “qara piar” kampaniyasında quran müxalifət ayrılmış yerlərdə keçirdikləri görüşlərində öz platformalarını yalnız uşaqlara danışmaq məcburiyyətində qalırlar. Məsələn, bir neçə gün öncə AXCP sədri Əli Kərimlinin Günəşli qəsəbəsində keçirdiyi görüşdə seçici adı ilə çoxluq təşkil edənlər uşaqlar-səsvermə hüququna malik olmayan uşaqlar olub. Bunu “Azadlıq” qəzetinin səhifəsində gedən şəkillərdən də aydın görmək mümkündür.
Təbii ki, burada qeyri-adi bir şey yoxdur. Azərbaycan seçicisi daha hansı formada istər Ə.Kərimlini, istərsə də onun müttəfiqi İsa Qəmbəri boykot etməlidirlər ki, onlar bunu başa düşsünlər? Sözünü deməyə seçici tapa bilməyən müxalifət rəhbərləri küçədə oynayan uşaqları və partiyasının 3-5 üzvünü başına yığaraq onlara platforma danışır. Təki şəkilləri çəkilsin...
Qəzetlərində özlərini “xalq qəhrəmanı” cildində təqdim etməyə çalışan, özünəvurğunluqlarını eyforiyaya çevirib reallığı görmək istəməyən düşərgə təmsilçiləri artıq uşaqların ümidinə qalıblar. Xüsusi olaraq vurğulanmalıdır ki, bu uşaqların səsvermə hüququ yoxdur və sabah Əli Kərimli və ya İsa Qəmbər hansı haqla “mənim səslərim” deyib hay-küy qoparacaq. Onları dinləyən küçədə top qovan uşaqlar deyilmi???
Qeyd etdiyimiz kimi, xalqın bu insanlara birdəfəlik yox deməsinin səbəbləri bəllidir. Ətrafında Ruslan Bəşirliləri, Azər Əhmədovları, Qalib Məmmədrzayevləri birləşdirən, nəzarətində olan qəzetə verilən bəxşişi mənimsəyən, qəzetinin həbsdə olan əməkdaşının pulunun dalına keçən Ə.Kərimli hansı üzlə xalqın qarşısına çıxsın? Addımbaşı nə xalqının, nə də dövlətinin-yalnız ona pul verən “Sem dayı”larının sözünü deyən, puldan ötrü dövlətinin və millətinin maraqlarını ayaq altına alıb çeynəməyi bacaran belələri xalqın qarşısına çıxıb nə desin. Və ya Dağlıq Qarabağ adını, Xocalıda soyqırımı alverə çevirən, Vətənimizin böyük bir parçasını işğal edib torpağımıza, elimizə qarşı təcavüzkar siyasət yeridən İsa Qəmbər seçicilər önündə ermənilərlə “dostluq, qardaşlıq sazişi” bağlamasını necə izah etsin? Desinlər ki, bizim üçün pul hər şeydən üstün olduğu və həmin pul verən day-daylarımızın əmri ilə oturub-durduğumuza görə xalqımızı satırıq?
Düşərgə təmsilçiləri bilirlər ki, xalqın onlara münasibəti hansı formadadır. Təbii ki, bu münasibəti yaradan səbəbləri də gözəl dərk edirlər. 1992-93-cü illərdə Azərbaycan dövlətini 10 yerə parçalamağa hazır olan, vəzifə uğrunda ölkəni qardaş qırğını meydanına çevirən bu insanların istinad nöqtəsi xalq ola bilərmi? Ola bilməz. Məhz bu amili başa düşən müxalifət xalqın qarşısına çıxmaqdan qaçır, uşaqlarla görüşüb, şəklini çəkdirib qəzetlərində dərc etdirir. Şəkilləri çəkdirməyə də məcburdurlar. çünki onları maliyyələşdirən “day-day”lar sabah onlardan hesabat tələb edəcəklər ki, verdiyimiz pulları nə etmisiniz? Pulu silmək üçün belə imitasiyaları etmək lazımdır...
Müxalifət elə bu səbəbdən də, öz aksiyalarını şəhərin mərkəzində keçirmək istəyir. Bilirlər ki, aksiya adlandırdıqları tamaşaya onsuz da gələn olmayacaq. Heç olmasa küçədən keçən, metroya tələsən, işindən çıxıb evə gedən insanların şəklini çəkib “aksiya iştirakçısı” qismində qələmə verə bilsinlər... Başqa çıxış yolları qalmayıb...
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 950 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30