Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatı

Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatı

29.10.2010 [09:11]

2010-cu il oktyabrın 27-də Rusiya Federasiyası Prezidentinin dəvəti ilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyasının prezidentləri Həştərxanda görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini hərtərəfli müzakirə ediblər. Prezidentlər 2008-ci il noyabrın 2-də Moskvada imzalanmış birgə bəyannamənin müddəalarını təsdiqləyərək vurğulayıblar ki, münaqişənin siyasi-diplomatik vasitələrlə tənzimlənməsi atəşkəs rejiminin və hərbi sahədə etimad tədbirlərinin möhkəmlənməsi üçün səylərin davam etdirilməsini tələb edir. Bu məqsədlə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri  birinci addım kimi ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə hərbi əsirlərin dərhal dəyişdirilməsi və həlak olanların cəsədlərinin qaytarılması, eləcə də bu cür məsələlərin müstəsna humanitar xarakterini nəzərə alaraq gələcəkdə bu yanaşmaları rəhbər tutmaq barədə razılığa gəliblər.

Paylaş:
Baxılıb: 903 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30