Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tolerantlıq və dini dözümlülük Azərbaycan dövlətinin və xalqının böyük sərvətidir

Tolerantlıq və dini dözümlülük Azərbaycan dövlətinin və xalqının böyük sərvətidir

14.11.2010 [09:36]

Azərbaycan dövlətinin dinindən, milli və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşının azad yaşaması, fəaliyyət göstərməsi üçün yaratdığı əlverişli şərait dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir
Müasir dünya sivilizasiyası nə qədər inkişaf etsə, nə qədər böyük elmi kəşflərə imza atsa da, mənəvi dünyanın əsas lokomotivi hər zaman dini-mənəvi, milli  dəyərlər sayılıb. Dini dəyərlərlə müasirliyin tendensiyası bəşəri tərəqqinin ən əsas ünsürlərindən biri hesab edilir. Bu vəhdət cəmiyyətin siyasi, sosial və mədəni inkişafında, münasibətlərin formalaşmasında zəmin rolu oynayır. Azərbaycan XX əsrin sonunda ikinci dəfə öz müstəqilliyini elan etməklə təkcə siyasi, iqtisadi anlamda deyil, həm də mənəvi sferada bir azadlıq əldə etdi. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn və ağır bir yükü çiyinlərinə götürən ümummilli liderimiz Heydər Əliyev yaranan gərginliklərin, baş verən mürəkkəb və ziddiyyətli proseslərin fonunda xalqın dini-mənəvi, milli dəyərlərinin yenidən bərpası istiqamətində böyük və çox önəmli işlər gördü. Bu, xalqımızın əsrlərlə formalaşdırdığı zəngin mədəni və dini-mənəvi irsdən bəhrələnməklə yanaşı, zamanın ruhu və tələbləri ilə səsləşən prinsipləri özündə əks etdirirdi. Azərbaycanın ən ağır günündə yenidən millətinin və dövlətinin xilasın yolunda yeganə ümid işığı olan Ulu öndərin mövqeyi məhz bu prioritetə söykənirdi. Dövrün tələbi baxımından uğurlu, düşünülmüş, uzaqgörən siyasi strategiya müəyyənləşdirməklə, ölkəmizdə yaşayan bütün millətləri bir ideologiya-AZƏRBAYCANçILIQ ideologiyası ətrafında birləşdirməklə yanaşı, ümummilli liderimiz Heydər Əliyev xalqın sahib olduğu milli-mənəvi dəyərlərin qiymətləndirilməsinə, bu irsin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə zəmin yaratdı, vasitəçi oldu.
Dini inanc məkanlarına övlət qayğısının əsası 1993-cü ildən qoyuldu...
Müstəqillik əldə olunan zaman ölkəmizdə cəmi 20-yə yaxın məscid var idi. Ulu öndər respublikamızın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət qayğısını sərgiləməklə Azərbaycanın, o cümlədən, özünün  İslam dininə münasibətini  nümayiş etdirdi. Qeyd edək ki, Bibiheybət məscidində yenidənqurma və əsaslı təmir işləri başlandı. Dünyanın bir çox yerlərindən  gələn müsəlmanların ziyarətgahına çevrilmiş məscid sovet əsgərləri tərəfindən 1933-cü ildə partladılıb dağıdılmışdı. VII əsrin yadigarı olan Bibiheybət ziyarətgahı əsrlər boyu insanların inanc və ibadət yeri olub və Azərbaycan xalqı tərəfindən qorunub. XIII əsrdə burada Şirvanşahlar tərəfindən məscid tikilib. Milli-mənəvi dəyərlərin təbliğ olunması, milli ənənələrimizə qayıdış prosesi Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra yenidən vüsət aldı. Ulu öndərin səyləri nəticəsində ölkədə sabitlik yarandı, quruculuq, inkişaf dövrü başladı. Həmin dövrdə dövlət büdcəsinin azlığına baxmayaraq, ümummilli liderimiz 1994-cü ildə Bibiheybət məscidinin bərpası ilə bağlı göstəriş verdi. Bundan başqa, 1994-cü ildə Qurban bayramında Ulu öndər Heydər Əliyev məscidi ziyarət etdi və binasının tikilməsi üçün göstəriş verdi. 1997-ci ildə İslam peyğəmbəri Həzrəti Məhəmmədin mövludu günündə ümummilli liderin iştirakı ilə məscidin bünövrəsi qoyuldu.
Azərbaycan - fərqli dinlərin daşıyıcılarının və fərqli millətlərin qardaşlıq zəminində yaşadığı tolerantlıq nümunəsi
Azərbaycan hər zaman fərqli dinlərin, fərqli millətlərin qardaşlıq zəminində yaşadığı məkan olub. ümummilli liderimiz Heydər Əliyev hər zaman ölkəmizdə olan tolerantlığı xüsusi olaraq vurğulayırdı. Təbii ki, müxtəlif dini, siyasi, etnik qarşıdurmalarla müşayiət olunan XX əsrin sonunda Azərbaycanda bu cür gözəl bir ab-havanın hökm sürməsi, bütün dinlərin daşıyıcılarının sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, bütün millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə şəraitin yaradılması birbaşa Ulu öndərimizin xidmətidir. ümummilli liderimiz Heydər Əliyevin şah əsəri sayılan Azərbaycan Konstitusiyasında dinindən, dilindən asılı olmayaraq bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması Azərbaycandakı tolerantlığın bariz sübutu idi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Sovet İttifaqının dağılması köhnə post-sovet məkanında, ən əsası isə Cənubi Qafqaz regionunda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı, əsl dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri oldu. Digər tərəfdən, 1988-ci ildə indiki Ermənistanda, qədim Azərbaycan torpaqlarında, öz ata-baba yurdlarında yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qaldılar. Bu etnik təmizləmə nəticəsində 300 minə yaxın azərbaycanlı öz yurdundan didərgin salındı.
Müasir Azərbaycanda isə dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyalar, o cümlədən, bütün millətlərin nümayəndələri qanun qarşısında bərabərdir və eyni statusa malikdir. ölkə vətəndaşlarının əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarının təmin olunması ilə yanaşı, dövlət digər dinlərə də qayğı göstərir. 1920-ci ildə bağlanmış Jen Mironosets baş kilsəsinin binası Azərbaycan müstəqillik əldə etdikdən sonra rus pravoslav kilsəsinə verildi. 2001-ci ildə Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın keçmiş patriarxı, mərhum II Aleksiy bu məbədi müqəddəs elan etdi və ona baş kafedral kilsə statusu verdi. Açılış mərasimində ümummilli liderimiz Heydər Əliyev də iştirak etdi. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi-Müqəddəs Məryəmin Miladı baş kilsəsi bərpa olundu.
Respublikanın katolik icması da hər zaman dövlət qayğısını öz üzərində hiss edir. 2000-ci ildə dini ayinlərin yerinə yetirilməsi üçün icmaya xüsusi bina verildi və bu bina kiçik kilsəyə çevrildi. Hazırda respublikamızın paytaxtında layihəsi Vatikan ilə razılaşdırılan katolik kilsəsi inşa edilib ki, xarici görkəminə görə o, əvvəllər Bakıda olan katolik kilsəsinə bənzəyir.
Respublikada qədim ənənələrə malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunur. Məhz Ulu öndər Heydər Əliyevin şəxsi səyi ilə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ibrani bölməsi açılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Etnoqrafiya İnstitutu isə Rusiyanın yəhudi mədəniyyətinin qorunması və inkişafı fondu ilə birgə “Yəhudilər Azərbaycanda” kitabını hazırlayıb. Bundan başqa, 2001-ci ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasında “Qafqazın dağ yəhudiləri” mövzusunda beynəlxalq seminar keçirilib, 2000-ci ildə dağ yəhudiləri dini icmasının rəhbəri Semyon İxiilov ümummilli liderimiz Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin 2002-ci ildə respublikaya etdiyi tarixi səfər isə xüsusi əhəmiyyət daşıyır. Bakıda olarkən Papa Azərbaycandakı dini dözümlülük ənənələrini xüsusi qeyd etdi. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz burada sığınacaq tapıblar.
Prezident İlham Əliyev Azərbaycanda tolerantlığın inkişafına xüsusi qayğı göstərir
ümummilli lider Heydər Əliyevin siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bibiheybət məscidi yenidən və əsaslı şəkildə təmir edildi. Ulu öndər Heydər Əliyevin yürütdüyü siyasi kursun davamçısı olaraq Prezident İlham Əliyev də Azərbaycanda tolerantlığın inkişafına xüsusi qayğı göstərir. Bibiheybət məscidinin açılışı zamanı söylədiyi nitqində dövlət başçısı bu məsələyə toxunub: “Biz çox şadıq ki, Azərbaycanda bütün millətlər, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar, öz doğma vətəninin inkişafına töhfələrini verirlər. Bu, bizim böyük üstünlüyümüzdür, böyük sərvətimizdir. Azərbaycan çoxmillətli ölkədir, çoxkonfessiyalı ölkədir. Bizim təcrübəmiz, mən bunu tam qətiyyətlə deyirəm, bizim təcrübəmiz artıq başqa ölkələrdə öyrənilir, beynəlxalq təşkilatlarda diskussiyalar mövzusuna çevrilir və gələcəkdə, əlbəttə ki, Azərbaycanın tolerantlıq məkanı kimi rolu dünya işlərində, dünyada gedən proseslərdə artacaqdır. Biz öz milli köklərimizə, dini köklərimizə qayıtmışıq. Azərbaycan xalqını, azərbaycanlıları bütün dövrlərdə, müstəqil olmadığımız dövrlərdə bir millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olubdur, milli-mənəvi dəyərlərimiz olubdur, ana dilimiz olubdur, bizim dinimiz olubdur. Biz bütün başqa dinlərə hörmətlə yanaşırıq və hesab edirik ki, dünyada bütün dinlərə hörmətlə yanaşılmalıdır”.
Bununla yanaşı, Azərbaycanın bir müsəlman ölkəsi olması hər zaman ölkə başçısı tərəfindən xüsusi olaraq vurğulanır. Bu baxımdan Prezident İlham Əliyev dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarətin təşkili istiqamətində bir sıra mühüm addımlar atıb. Artıq hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni, Məkkəni, Mədinəni ziyarət edə bilir. Bundan başqa,  Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə  Təzəpir məscidi, Əjdərbəy (Cümə) məscidi əsaslı təmir olunaraq, dindarların ixtiyarına verilib. Bu məsələlər Azərbaycanda davamlı şəkildə icra olunacaq. çünki ümummilli liderimiz Heydər Əliyevin siyasi varisi olaraq Prezident İlham Əliyev Ulu öndərin apardığı işləri davam etdirir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq qeyd edib: “Azərbaycanda yaşayan bütün xalqlar, bütün dinlərin nümayəndələri özlərini çox rahat hiss edirlər. Mən bunu bilirəm, çünki milli azlıqların yaşadıqları bölgələrdə tez-tez oluram, onların vəziyyəti ilə maraqlanıram, lazımi göstərişləri verirəm və elə etmək istəyirəm ki, Azərbaycanda yaşayan bütün insanlar millətindən, dinindən asılı olmayaraq, özlərini yaxşı, rahat hiss etsinlər. Bunu etmək üçün bizim imkanlarımız var və Azərbaycanın ildən-ilə artan iqtisadi gücü və potensialı burada yaşayan bütün insanların həyat səviyyəsinə müsbət təsir göstərir”.
Pərviz SADAYOÄžLU
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Paylaş:
Baxılıb: 1039 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30