Ümummilli liderimizin ideyalarını yeni nəsillərə aşılayan Fond
14.12.2010 [11:44]
Əsrlər boyu xalqımızın arzu və xəyallarında canlanmış sosial-iqtisadi və mədəni inkişaf səviyyəsi, beynəlxalq aləmdəki mövqe, insan haqlarının qorunması, qanunun aliliyinin təmin olunması artıq müasir Azərbaycan dövlətinin bugünkü günündə reallığa çevrilir. Bu gün artıq dövlətimiz sosial-iqtisadi inkişaf səviyyəsinə görə, dünyanın bir sıra lider ölkələrilə müqayisə edilir, həyatımızın bütün sahələrində köklü dəyişikliklər baş verir, Azərbaycanın inkişaf modeli digər ölkələr üçün nümunə olaraq göstərilir. Bütün bunlar isə Azərbaycanın inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirildiyini və yüksələn xətlə tərəqqi edən dövlətimizin möhkəm özülünün yaradıldığını təsdiqləyir. İnkişaf edən və daim yeniləşən Azərbaycanın üzərində durduğu özül isə ümummilli liderimiz Heydər Əliyevin nəhəng dövlət quruculuğu fəaliyyətinin nəticəsidir. Ulu öndər Heydər Əliyev Azərbaycanın perspektiv inkişafı ilə bağlı əsaslandırılmış və ideyaları ilə zənginləşdirilmiş bir strateji tərəqqi yolu açıb. Bu elə bir yoldur ki, o, Azərbaycanı yalnız inkişafa aparır. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev bu yolun dövlətimizin, xalqımızın gələcəyi üçün nə qədər əhəmiyyətli olduğunu əməli fəaliyyətilə sübut edir.
Dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bəyan edib ki, Heydər Əliyev siyasəti bu gün də yaşayır və bundan sonra da yaşayacaq: “Mən yaxşı xatırlayıram ki, 2003-cü ildə prezident seçkiləri ərəfəsində Azərbaycan xalqına söz vermişdim ki, əgər Prezident vəzifəsinə seçilsəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Mən böyük qürur hissi ilə deyə bilərəm ki, bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir. Bu gün Azərbaycanda görülən işlər ölkəmizi gücləndirir. Azərbaycan bölgədə öz mövqelərini tam şəkildə möhkəmləndirə bilibdir, dünyadakı mövqelərimiz daha da güclüdür. ölkəmizdə aparılan islahatlar və siyasət Azərbaycanın milli maraqlarını tam şəkildə müdafiə edir. Heydər Əliyevin ideoloji əsasları Azərbaycanda tam şəkildə bərqərar olunubdur. Güclü dövlət, güclü iqtisadiyyat, xalqımızın milli ideya ətrafında birləşməsi, Azərbaycançılıq fəlsəfəsi, Azərbaycançılıq ideologiyası, güclü milli-mənəvi dəyərlər əsasında müasir dövlətin qurulması - bütün bu proseslər Azərbaycanda çox uğurla davam edir”.
Qeyd edək ki, bu gün Heydər Əliyev ideyalarının uğurla həyata keçirilməsi, gələcək nəsillərə aşılanması işinə Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi töhfələr verməkdədir.
Heydər Əliyev Fondu Azərbaycan xalqının öz ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək, qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq və Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq kimi səbəblər əsasında yaradılıb. Fond yaradılarkən, görkəmli siyasi xadim Heydər Əliyevin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə dəstək vermək, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrın reallaşmasına kömək etmək kimi və s. məqsədlər qarşıya qoyulmuşdu. Heydər Əliyev Fondu təkcə yaranış səbəbləri və qarşısına qoyduğu məqsədlərlə deyil, eyni zamanda, onu dünyaya tanıdan loqosu ilə Heydər Əliyev ideyalarına sadiqliyini nümayiş etdirir. Heydər Əliyev Fondunun loqosu səkkizguşəli ulduzun içərisində Heydər Əliyev inisiallarının “H.Ə” əmələ gətirdiyi səkkizguşəli ulduzdan ibarətdir. Səkkizguşəli ulduz şumerdən gəlmədir. Zərdüştlükdə onun fəlsəfəsi açılır: səma, yer, su, hava, bitki, heyvanat, insanat, ad. Bu, həm də sadədən aliyə doğru inkişafı göstərir. İnisialları əhatə edən səkkizguşəli ulduz Azərbaycan xalqının öz dahi oğlu Heydər Əliyevin ideyaları ətrafında birləşməsini göstərir. Mehriban xanım Əliyeva fondun yaradılması ilə bağlı fikirlərini söyləyərkən demişdi ki, “Fondu yaradarkən biz nə qədər məsuliyyətli işə qədəm qoyduğumuzu çox yaxşı dərk edirdik. İlk gündən əməllərimizlə bu yüksək ada layiq olmağa çalışmışıq”.
Qeyd edək ki, altı il ərzində Heydər Əliyev Fondu ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində iştirak edərək, bir çox nailiyyətlər əldə edib. Fondun gördüyü işlərin nəticəsi bu gün göz qabağındadır. Bu işlərin nəticəsi kimi yüzlərlə yeni inşa və təmir olunmuş məktəbləri, müasirləşmiş uşaq evlərini, internat məktəblərini, uşaq bağçalarını və yay düşərgələrini, bununla yanaşı, yeni tikilmiş tibb müəssisələrini, diaqnostika və müalicə mərkəzlərini, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələri və reabilitasiya mərkəzlərini, həmçinin, bərpa olunan tarixi və dini abidələri, yeni qurulan mədəniyyət ocaqlarını, muzeyləri göstərmək olar. Eyni zamanda, Fondun uğurlu sosial proqramının icra olunması nəticəsində yeni parklar salınıb, yollar, su, işıq və qaz xətləri çəkilib. Heydər Əliyev Fondunun dəstəyilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq istiqamətində aparılan işlər nəticəsində yüzlərlə kitablar, broşurlar, foto və videoalbomlar nəşr olunub, zəngin mədəni və tarixi irsimizin təbliğinə yönələn beynəlxalq simpoziumlar, festivallar, elmi konfranslar təşkil olunub.
Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun səmərəli xeyriyyəçilik fəaliyyətinin nəticəsində yüzlərlə insan sağlam həyata qayıdıb. Fondun bu fəaliyyəti nəinki Azərbaycanda, hətta ölkəmizin sərhədlərindən kənarda da yüksək qiymətləndirilir və təqdir edilir.
Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev Fondunun fəaliyyətinə qiymət verərkən bildirib ki, Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq Fondudur: “Heydər Əliyev Fondu milli Fonddur. Fondun bütün təşəbbüsləri milli ruha əsaslanır. Eyni zamanda, Heydər Əliyev Fondu Azərbaycanı gələcəyə aparan gözəl bir vasitədir. Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyada təqdim edilməsi - bütün bu şərəfli funksiyalar bu Fondun üzərinə düşübdür”.
Bir sözlə, Heydər Əliyev Fondunun ötən müddət ərzində cəmiyyətimizin bütün təbəqələrindən olan insanları və həyatımızın zəruri sahələrini əhatə edən səmərəli fəaliyyət sərgiləməsi bir daha onu göstərdi ki, Fond qarşısına qoyduğu məqsədlərə, Heydər Əliyev ideyalarına sadiqdir. Bu baxımdan da, əminliklə demək olar ki, ümummilli liderimizin zəngin irsini təbliğ edən və gələcək nəsillərə aşılayan Heydər Əliyev Fondu bundan sonrakı səmərəli fəaliyyətində də qarşısına qoyduğu məqsədləri həyata keçirərək, dövlətimizin inkişafına, Heydər Əliyev ideyalarının reallaşmasına öz xüsusi töhfələrini verəcək.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

