Dini etiqad azadlığı siyasi istismar vasitəsinə çevrilməməlidir
15.12.2010 [08:51]
Azərbaycan müxtəlif dinlərin və etniklərin mehriban şəraitdə yaşadığı tarixi məkan olaraq, bu gün dünyanın ən tolerant ölkəsi kimi tanınır. Din və etnik çoxluğu Azərbaycan dövləti və xalqı üçün problem deyil, əksinə, bir zəngin xəzinədir ki, onu da insanlarımız bu günədək qoruyub saxlayıblar. Tarix boyu baş vermiş müharibələrdə, mürəkkəb siyasi situasiyalarda ölkəmizdə yaşayan müxtəlif dinin daşıyıcıları və etnosların nümayəndələri bir-birinə dəstək verib, ümumi düşmənə qarşı bir səngərdə vuruşublar. Məhz bu özəlliyilə Azərbaycan sözün həqiqi mənasında dünyanın digər çoxkonfessiyalı və polietnik ölkələri üçün nümunə təşkil edir.
Hələ 1995-ci ildə Respublikamızın Konstitusiyası qəbul edilərkən, orada öz əksini tapmış maddələr bu sərvətimizin daha etibarlı qorunmasına münbit şərait yaratdı. Bununla da, Azərbaycanda müxtəlif dinlərin və ya etnosların nümayəndələrinin hüquqları dövlət səviyyəsində qorunmağa başladı. Konstitusiyanın 18-ci maddəsinin I və II bəndlərinə görə, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağandır. Bununla yanaşı, Ali Qanunun 48-ci maddəsinin I və II bəndlərinə görə, hər kəsin vicdan azadlığı və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Bu maddələr onu göstərir ki, Azərbaycan dövləti onun ərazisində yaşayan insanların hər birinin hüquqlarını qoruyur və onları müxtəlif təhlükələrdən müdafiə edir.
Amma çox təəssüflər olsun ki, Azərbaycanın çoxkonfessiyalı və polietnik ölkə kimi sürətli inkişafı və sabitliyi bəzi qüvvələri narahat edir. Qərəzli qüvvələr ölkəmizin stabil və dinamik tərəqqisinə mane olmaq üçün insanların dini inanclarından, əqidələrindən istifadə edərək müxtəlif vasitələrlə ölkəmizi dini-etnik mübarizə meydanına çevirmək istəyirlər. Buna bariz nümunə kimi, son bir neçə gün ərzində Azərbaycanda, xüsusilə, paytaxt Bakı şəhərində hüquqi bir məsələnin dini müstəviyə qaldırılmasını göstərə bilərik.
Xatırladaq ki, təhsil naziri Misir Mərdanovun orta məktəb şagirdlərinin dərsdə hicabla oturmasının yolverilməzliyi barədə səsləndirdiyi fikirdən sonra bəzi qərəzli dairələrin maraqlarına uyğun olaraq, problemlər yaradılmağa başlanıldı.
Lakin məsələnin hüquqi tərəfi bir daha onu göstərir ki, dövlət vətəndaşların hüquqlarını pozmur, əksinə, onların özlərini inkişaf etdirməsi üçün əlverişli şərait yaradır.
Bir daha Konstitusiyaya istinad edərək bildirək ki, Ali Qanunumuzun 7-ci maddəsinin I bəndində deyildiyi kimi, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. 18-ci maddənin III bəndinə görə isə, dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Hətta respublikamızın “Təhsil haqqında” Qanununda da göstərilir ki, Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Deməli, Azərbaycan Respublikasının dövlət məktəblərində qanunvericiliyə və təhsil müəssisəsinin nizamnaməsinə zidd olaraq, orada dini xarakterli ritualların həyata keçirilməsi və ya dini simvollardan, atributlardan istifadə edilməsi yolverilməz sayılır.
Şübhəsiz ki, Konstitusiyada da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsinin 5.1 bəndinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Həmin Qanunun 5.2 bəndində isə bildirilir ki, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. Yəni, göründüyü kimi, dövlətimiz hər bir vətəndaşın təhsil sistemindəki bütün imkanlardan istifadə edərək, yüksək səviyyədə təhsil almasını həm hüquqi, həm də əməli şəkildə təmin edir.
Əlbəttə ki, “Təhsil haqqında” Qanunun 29-cu maddəsinin 29.0.1 bəndində göstərildiyi kimi, dövlətin əsas vəzifəsi təhsil sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və onun həyata keçirilməsini təmin etmək olsa da, eyniadlı Qanunun 14-cü maddəsinin 14.4 bəndində deyildiyi kimi, təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla, onun nizamnaməsi ilə müəyyən edilir. Buradan da göründüyü kimi, Azərbaycanın dövlət təhsil müəssisələri özlərinin nizamnamələri çərçivəsində fəaliyyət göstərirlər. Bu prosesdə dövlət əsas siyasi kursu müəyyənləşdirir və onun həyata keçirilməsinə hüquqi-siyasi zəmanət verir, təhsil müəssisələri isə qəbul edilmiş mövcud qanunvericiliyə uyğun olaraq, öz nizamnaməsinə əsasən fəaliyyətini qurur.
Beləliklə də, aydın olur ki, burada dövlət nə insanların təhsilalma hüquqlarına toxunur, nə də qanunvericilikdən kənar fəaliyyət sərgiləyir. Artıq bu mərhələdə təhsil müəssisələri, yəni, təhsilverənlərlə təhsilalanlar arasındakı münasibətlər məsələsinin aydınlaşdırılmasına ehtiyac yaranır.
Əgər təhsilverən qanunvericilik çərçivəsində təhsilalanlara təhsil müəssisəsinin mövcud infrastrukturundan bilik toplamaq naminə sərhədsiz istifadəyə şərait yaradırsa, bu zaman təhsilalan da öz hüquqlarını bilməli və təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidir. “Təhsil haqqında” Qanunun 32-ci maddəsinin 32.5.3 bəndində göstərildiyi kimi, təhsilalan təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidir.
Bir sözlə, əgər bu gün təhsil müəssisəsi öz nizamnaməsinə uyğun olaraq, hicabla dərsdə oturmağı qadağan edirsə və vahid məktəbli formasından istifadəni məqbul sayırsa, təhsilalanlar bununla razılaşmalıdırlar.
Sirr deyil ki, Azərbaycan qloballaşan dünyada o ölkələrdəndir ki, öz sabitliyi və stabil inkişafı ilə fərqlənir və dövlətimiz ağır zamanları itkisiz arxada qoya bilib. Bu isə, əlbəttə ki, dövlətimizin rəhbərinin rasional addımları və milli barış çərçivəsində mövcud olan isti münasibətlər hesabına baş tutdu. Bu gün isə xarici qərəzli dairələrin təxribatına uyub dövlətin qanunvericiliyinə qarşı çıxmaq yolverilməzdir. çünki hər kəs qanun qarşısında bərabərdir və heç kəs xüsusi immunitetə malik deyil. O cümlədən, hicab məsələsi qərəzli qüvvələr tərəfindən məqsədli şəkildə şişirdilir və xarici dairələr insanların dini inanclarından sui-istifadə edərək öz maraqlarını təmin etmək istəyirlər. Dövlət isə mövcud qanunvericiliyə əsasən qanun pozuntularının qarşısını almaq məcburiyyətində qalır. Konstitusiyamızın 48-ci maddəsinin III və IV bəndlərində qeyd olunduğu kimi, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir, lakin dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Ali Qanunun 72-i maddəsinin I, II və III bəndlərində deyildiyi kimi, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir və qanunu bilməmək onları məsuliyyətdən azad etmir.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35

