/ / Bəzi qüvvələr dini etiqad azadlığından və milli-mənəvi dəyərlərdən siyasi manipulyasiya vasitəsi kimi istifadə edir
Bəzi qüvvələr dini etiqad azadlığından və milli-mənəvi dəyərlərdən siyasi manipulyasiya vasitəsi kimi istifadə edir
16.12.2010 [10:57]
Tarixin bütün dövrlərində Azərbaycan dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətinə görə, sözün əsl mənasında, tolerantlıq nümunəsi olub. Təsadüfi deyil ki, müxtəlif zaman kəsiklərində işğallara məruz qalmasına, müxtəlif millətlər tərəfindən assimilyasiya edilmə cəhdlərinə baxmayaraq, Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşması və inkişafına mühüm töhfələr verib. Daha sonra 70 ilə yaxın bir müddətdə ateizmin və kosmopolitizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi-dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri və substratları yaşada bilib. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək dini-mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Bunun da məntiqi və qanunauyğun nəticəsi kimi, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, konstitusion əsasda hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək töhfələr verib. Bu da, şübhəsiz, Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif xalqlar və dinlərin nümayəndələrinin yanaşı yaşadığı ideal və arzuedilən məmləkətə çevirib...
Bu gün də ölkəmiz dini-mənəvi dəyərlərin mühafizə edildiyi və vətəndaşlara konstitusion əsasda özlərinin vicdan və etiqad azadlıqlarından istifadə etməyə əlverişli şəraitin yaradıldığı ölkələr sırasında xüsusi yer tutmaqdadır. Bu sahədə dövlət özünün aşkar qayğısı və diqqəti ilə vətəndaşı olduğu hər bir fərdin dini, etiqad və vicdan azadlığının təmin olunması yönündə fundamental tədbirlər görməkdədir. Belə ki, etiqad və vicdan azadlığının təmin edilməsinə dair müvafiq qanunların qəbul olunması, insanlara öz azadlıqlarından ictimai asayişə və əxlaqa zidd olmayan səviyyə və formada yararlanmağa geniş şəraitin yaradılması dövlətimizin fundamental tədbirləri sırasında yer almaqdadır...
Amma bütün bunlarla yanaşı, sosial əxlaqa və ictimai asayişə zidd surətdə insanların etiqad azadlığından sui-istifadə edərək bu məsələni manipulyasiya obyektinə çevirənlər də var. Belə ki, təhsil naziri Misir Mərdanovun orta məktəbdə təhsil alan şagirdlərin məktəbə hicabla gəlmələrinin yolverilməzliyi ilə bağlı bəyanatından sonra bəzi qüvvələr bu məsələni ideoloji manipulyasiya obyektinə çevirdilər. Məhz bu qruplar insanların dini etiqad azadlıqlarından manipulyasiya predmeti kimi istifadə etmək vasitəsilə ölkəmizi ideoloji müstəvidə siyasi platsdarma çevirməyə çalışan qüvvələrdir. Eyni zamanda, həmin qüvvələr dini etiqad azadlığını siyasi istismar vasitəsinə çevirməklə mövcud olan ictimai asayişin pozulmasına nail olmağa çalışmaqdadırlar. Təbii ki, bütün bu hərəkətlərin arxasında konkret maraqlar dayanır. Belə ki, siyasi-ideoloji prosesləri analiz edən ekspertlərə yaxşı məlumdur ki, dini-mənəvi dəyərləri təhrif və istismar etməklə ictimai qaydaları pozmağa və bununla da konkret maddi maraqları təmin etməyə çalışan qüvvələr “siyasi aktivlik” dövrü kimi səciyyələndirilən mərhələdə ortaya çıxaraq, cərəyan edən müsbət ictimai-siyasi tendensiyalara əngəl olmağa və ya onların üzərinə kölgə salmağa çalışırlar. Mühüm ictimai-siyasi qərarların qəbul edildiyi ərəfədə ortaya çıxan bu cür dağıdıcı qüvvələr gətirdikləri “ideya”larla ideoloji-siyasi müstəvidə paradoksal situasiya yaratmağa çalışırlar. Bununla da dövlət strukturlarının konstitusion tələblər əsasındakı aşkar fəaliyyətinin üzərinə kölgə salmaq cəhdləri edilir. Son məqsəd isə, qeyd etdiyimiz kimi, konkret qüvvələrin cəmiyyətin mənəvi-ideoloji dəyərləri və ictimai münasibətləri üzərindən özlərinin dağıdıcı maraqlarının təmin olunmasına nail olmalarıdır...
Amma bütün bu cəhdlərə baxmayaraq, Azərbaycan dövləti fundamental mahiyyət kəsb edən qanunlar çərçivəsində vətəndaşlarının dini etiqad azadlığını ən yüksək səviyyədə təmin etməkdədir. Belə ki, bu məsələdə dövlətin və aidiyyəti strukturların mövqeyi ondan ibarətdir ki, hər bir vətəndaş özünün hüquq və azadlıqlarından, o cümlədən, dini etiqad azadlığından ictimai asayişə və əxlaqa zidd olmamaq şərti ilə yararlana bilər. Eyni zamanda, qanunlar çərçivəsində, konstitusion əsasda hər bir vətəndaşın təhsilalma hüququ yüksək səviyyədə təsbit edilir və buna dövlət səviyyəsində lazımi şərait yaradılır. Azərbaycan Respublikasının Konstitusiyasında və Təhsil haqqında Qanunda sözügedən məsələlər aşkar şəkildə öz əksini tapıb. Belə ki, “Təhsil haqqında” Qanunda orta məktəblərdə və digər tədris müəssisələrində orta və ali təhsilin əsasları aydın surətdə əks olunub və dövlət müvafiq qanunlara, normalara uyğun şəkildə vətəndaşların təhsilalma hüququnun təmin olunması yönündə əlverişli şərait yaradıb. “Təhsil haqqında” Qanunun 5-ci maddəsinin 1-ci bəndində bildirilir ki, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı bir pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Məhz həmin qanunun 2-ci bəndində bildirilir ki, dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanının yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir.
Beləliklə, “Təhsil haqqında” Qanunun 5-ci maddəsinin I və II maddələri Azərbaycan Respublikası vətəndaşlarının və ölkəmizdə məskunlaşan insanların lazımi səviyyədə və keyfiyyətdə təhsil almalarını qanuni əsasda təmin etmiş olur. Qanunda, eyni zamanda, təhsilin keyfiyyəti və substratlarına mənfi təsir edə biləcək və ictimai dəyərlərə zidd olan halların yolverilməzliyi də əks olunub. Belə ki, təhsil müəssisələrində qəbul edilmiş ümumi normalara müvafiq işin təşkil edilməsinə dair məsələ ilə əlaqədar “Təhsil haqqında” Qanunun 14-cü maddəsinin 4-cü bəndində bildirilir ki, təhsil müəssisəsinin fəaliyyəti, hüquq və vəzifələri bu Qanun və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları nəzərə alınmaqla onun nizamnaməsi ilə müəyyən edilir. Təhsil müəssisələrinin daxili nizamnamələri isə mövcud qanunlar çərçivəsində tərtib edildiyindən ictimai dəyərlər və dünyəvi meyillər nəzərə alınıb. Qısacası, dövlətin bu sahədəki fəaliyyəti həm insanların sərbəst şəkildə təhsil almalarına, həm də vətəndaşların konstitusion əsasda özlərinin dini etiqad azadlıqlarından yararlanmalarına geniş imkanlar yaradır...
Bunlarla yanaşı, Azərbaycan Respublikasının Konstitusiyası da bu məsələnin hüquqi substratlarını müəyyən edir və dövlətimiz Ali Qanunda öz əksini tapmış qanunlar çərçivəsində sözügedən məsələyə dair prosesləri tənzimləyir. Belə ki, Konstitusiyanın 18-ci maddəsinin I və II bəndlərində təsbit edilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan ləyaqətini alçaldan və insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği qadağandır. Ali Qanunun 48-ci maddəsinin I və II bəndlərinə görə, hər kəsin vicdan azadlığı və hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır...
Bir sözlə, bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikası vətəndaşlarının və ərazisində məskunlaşan insanların hüquq və azadlıqlarının təmin olunması yönündə konkret əməli tədbirlər görür. Eyni zamanda, qanunlarla müəyyən olunmuş qaydada hər bir fərd özünün təhsil hüququndan və dini etiqad azadlığından sərbəst şəkildə istifadə edir. Qısacası, dövlət bu sahədə öz üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir...
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

