AXCP və "Müsavat"da növbəti istefa qasırğası kimləri sovuracaq?
15.01.2011 [09:30]
Sirr deyil ki, ötən il ölkəmizdə keçirilən növbəti parlament seçkiləri radikal müxalifət düşərgəsinin təmsilçiləri üçün həqiqətən çox acı sonluqla başa çatdı. Məsələ təkcə, onların parlamentdə bir yer belə qazana bilməməsində deyil. Hətta bunu mövcud siyasi mübarizə konyukturasında və qüvvələr balansında obyektiv bir nəticə hesab etmək olar. Ən azından, ona görə ki, seçkilərin mütləq qalibi olan Yeni Azərbaycan Partiyası (YAP) istər intellektual potensialına, istər ictimai dəstəyinə, istərsə də seçkilərdə tətbiq etdiyi texnologiyaların mükəmməlliyinə görə opponentlərindən qat-qat güclü idi. Amma müxalifətin itkiləri təkcə bununla kifayətlənmir.
Belə ki, məlum olduğu kimi, seçkilərdən dərhal sonra müxalifət düşərgəsindən, xüsusən, Müsavat partiyasından kütləvi qopmalar, istefalar baş verdi. Partiyanın əsas funksionerlərindən olan Sülhəddin Əkbər və İbrahim İbrahimlidən sonra, bu siyasi təşkilatın aparıcı fiqurlarından sayılan Divan üzvü Adil Qeybulla və Qabil Hüseynli də qapılarını “möhkəm çırparaq” “Müsavat”a əlvida dedi. Bu istefaların səbəbləri isə çox aydındır. 20 ilə yaxındır ki, İsa Qəmbərin hər sözünə inanan, onun tapşırıqları ilə oturub-duran sabiq müsavatçıların artıq başqanlarına inamı qalmamışdı və buna görə də, ayrılıqdan başqa yol yox idi. Əslində, səbəbkarların özlərinin dilindən səslənən bəyanat da bu mənanı ifadə edir: “Bu, artıq taktiki deyil, qeyd etdiyimiz kimi, strateji xarakterli fikir ayrılığıdır... Bura sözün, eyni zamanda, birgə yolun bitdiyi yerdir. Bu səbəbdən biz, nə qədər ağır və acı olsa da, Müsavat Partiyası üzvlüyündən istefa verdiyimizi bəyan edirik”.
Baxmayaraq ki, partiya rəhbərliyi bu yöndə fikirləri təkzib etməklə gününü keçirir. Hətta özlərindən qaynaqlanan bu problemləri ictimai müzakirədən kənarlaşdırmaq üçün müxtəlif izahları da öz monopoliyalarında olan mətbuat orqanlarında dövriyyəyə buraxırlar. Guya adları çəkilən şəxslərin partiya sıralarını tərk etməsi onların yeni bir siyasi təşkilat yaratması ilə bağlıdır. Bəli, ola bilər ki, bu insanlar gedib hansısa yeni bir siyasi təşkilata, ya da başqa bir partiyaya qoşulacaqlar və burada qeyri-adi heç nə yoxdur. Eyni zamanda, bu onların ən ali hüquqlarıdır. Amma onların partiyadan istefa vermələrini birbaşa buna bağlamaq şübhəsiz ki, siyasi manevrdən və siyasi ömrünü uzatmaq cəhdlərindən başqa bir şey deyil.
Maraqlıdır ki, eyni proseslər “Müsavat”ın siyasi arenada yeganə müttəfiqi olan AXCP-dən də yan keçmədi və növbəti istefa sədası AXCP-dən gəldi. Bu istefanın da səbəbini eyni problemlərlə izah etmək olar.
Belə ki, hələ parlament seçkilərindən öncə Müsavat Partiyası ilə birləşmək haqqında “əfsanələr” danışan, populist çıxışlarla, yalan bəyanatlarla dividend qazanmağa çalışan AXCP-nin yalnız şəxsi ambisiyalara qulluq etdiyi bəlli idi. Və hər zaman da bu siyasi qurumun rəhbərlərinin, ən əsası sədr Əli Kərimlinin maraqlı xarici qüvvələrin maliyyəsi qarşılığında ölkənin siyasi imicinə xələl gətirmək, siyasi sabitliyin pozulmasına ünvanlanmış addımlarını görməmək mümkün deyildi. Hətta Ə.Kərimlinin istər partiyadaxili, istərsə də siyasi palitrada bir sıra neqativ addımları onun öz düşərgədaşları tərəfindən ifşa olunmuşdu. Məsələn, Ə.Kərimlinin rəhbərlik etdiyi partiyanın nəzarətində olan qəzetə edilən maliyyə yardımlarının, həbsdə olan Mirzə Sakitə çatacaq pulun mənimsənilməsi, öz liderinə xəyanət etməsi ilə bağlı informasiyalar AXCP-də heç də normal bir ab-havanın olmadığını üzə çıxarmışdı. Bir neçə gün öncə partiyanın tanınmış üzvlərindən olan müğənni Akif İslamzadənin AXCP-dən istefası isə vəziyyətin daha mürəkkəb olduğunu büruzə verdi.
Mətbuata açıqlamasında A.İslamzadə müxalifət partiyalarının müxalifətçilik etmədiyini bildirib. Onun sözlərinə görə, sonuncu parlament seçkiləri ərəfəsində düşərgənin müxalifətçilikdən uzaq olduğu bir daha aydın şəkildə müşahidə olundu: “Müxalifət partiyalarının liderləri daha çox öz problemlərini, öz şəxsi ambisiyalarını həll etməyə çalışdı. Təbiidir ki, belə bir mövqedə dayanan müxalifət uğursuzluğa düçar olmalı idi”.
Bəli, bu istefaların səbəbi bəllidir: artıq sıravi üzvlərlə yanaşı, rəhbərlikdə təmsil olunan insanlar da partiyalarının müxalifətçilik anlayışının və siyasi mübarizə metodlarının yanlış olduğunu anlayır və onun perspektivinə inanmırlar. Eyni zamanda, bu partiya rəhbərlərinin antidemokratik fəaliyyəti, qeyri-səmimi addımları onların partiyadakı nüfuzlarını zərbə altına qoyub. Ona görə də, yaxın dövrlərdə daha bir neçə müxalifətçinin bu partiyalarla əlaqələrini tamamilə kəsəcəyi gözlənilir. Bu isə nəticə etibarilə həmin qurumların bir siyasi təşkilat kimi gələcəyi ilə bağlı suallar doğurur. Bu pessimist proqnozların ərşə çəkilməsinin yolu da gün işığı kimi aydındır. Bir el məsəlində deyildiyi kimi, ya pis qonşunun yanından köçməlisən, ya da “xarab” dişi çəkib atmalı.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22

