20 Yanvar şəhidləri Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq
15.01.2011 [09:38]
Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 20 Yanvar faciəsinin baş verməsindən 21 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet imperiyası rəhbərlərinin göstərişi ilə Bakıya yeridilən qoşun hissələri dinc əhalini güllə-baran etməklə dəhşətli faciəyə imza atdı. Ermənistanın təcavüzkar əməllərindən və keçmiş SSRİ-nin rəhbərlərinin onlara havadarlıq etməsindən hiddətlənərək etirazını bildirən xalqımızın haqlı narazılığından narahatlıq duyan imperiya başbilənlərinin göstərişi ilə törədilən qırğın zamanı 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Qadın, qoca, uşaq fərqi qoyulmadan qarşıya çıxan insanların güllə-baran edilməsi, tanklar altına salınması, hətta yaşayış binalarının atəşə tutulması dinc, əliyalın sakinlərə qarşı törədilən amansız vəhşilik idi. Lakin planlaşdırılmış şəkildə törədilən bu qırğınla guya Azərbaycan xalqına “dərs vermək” istəyən, etirazları yatırmağa çalışan totalitar rejim nəinki istəyinə nail olmadı, əksinə, bu faciə ilə “xalqlar dostluğu” adı altında assimilyasiya, şovinizm siyasəti yeridən, separatçılıq toxumları səpən imperiyanın əsl siması ifşa olundu. Əslində, keçmiş ittifaqın süqutunu daha da sürətləndirən bu faciə ömrünü başa vurmaq üzrə olan bir imperiyanın məhv olmazdan qabaqkı son ümidsiz çırpıntısı idi.
Beləliklə, Sovet rəhbərliyinin niyyətinin əksinə olaraq, Azərbaycan xalqının mübarizə əzmi qırılmadı, hətta qanlı faciədən sonra ölkənin hər yerində daha kəskin etiraz baş qaldırdı. 20 Yanvar faciəsi və ondan sonrakı hadisələr göstərdi ki, 70 illik Sovet hakimiyyəti zamanında rejimin yeritdiyi kommunist ideologiyası altında böyüməsinə baxmayaraq, Azərbaycan xalqı azad düşünmək, haqlını haqsızdan ayırd etmək bacarığını itirməyib...
Müasir dövrümüzə nəzər saldıqda görürük ki, həmin dəhşətli hadisədən keçən bu illər ərzində Azərbaycanda yeni bir nəsil formalaşıb. O dövrdə yaşamamasına, həmin olayların canlı şahidi olmamasına baxmayaraq, bu gün Azərbaycan gəncləri və azyaşlı uşaqlar valideynlərinin, yaxınlarının anlatdıqları, kütləvi informasiya vasitələrindən əldə etdikləri, dərsliklərdən öyrəndikləri məlumatlar sayəsində bu qanlı faciə barədə kifayət qədər təsəvvürə malikdir. Bununla da, zaman keçdikcə 20 Yanvar faciəsi xalqın qan yaddaşında daha dərin kök salmaqdadır.
Lakin tarixi bilmək nə qədər vacibdirsə, keçmişdən nəticə çıxarmaq, dostunu, düşmənini tanımaq daha çox vacibdir. Bu baxımdan, 21 il öncə yaşanan bu faciə yeni nəslə mahiyyətinin tam dərinliyi ilə çatdırılmalıdır. Doğrudur, 20 Yanvar faciəsi zamanı yüzlərlə insan öz yaxınını, atasını, qardaşını, oğlunu, bacısını itirdi və təsadüfi deyil ki, hər il yanvar ayının 20-si ümumxalq səviyyəsində matəm günü kimi qeyd olunur. Ancaq bu da bir həqiqətdir ki, 20 Yanvar, eyni zamanda, üzləşdiyi haqsızlıqlara etiraz səsini ucaldan, qəddar imperiyanın caynaqlarından xilas olmağa çalışan Azərbaycan xalqının azadlıq tarixinin şanlı səhifələrindən biridir. çünki bu faciə ilə Azərbaycan xalqının mübariz, cəsur və əzmkar bir xalq olduğu bir daha öz təsdiqini tapdı. Həmçinin, yaxın tariximizdə baş verən bu hadisə barədə həqiqətlərin gənc nəslə ötürülməsi, yaddaşlarda yaşadılması vətənpərvər bir toplumun yetişdirilməsində olduqca əhəmiyyətlidir.
Sevindirici haldır ki, bu gün Azərbaycan gəncliyi 20 Yanvar faciəsini unutmur, şəhidlərimizin xatirəsini hüznlə, eyni zamanda, qürur hissi ilə anır. Hər il bu münasibətlə gənclər tərəfindən çoxsaylı aksiyalar, tədbirlər təşkil olunur, böyüməkdə olan nəslin faciə barədə biliklərinin daha da dərinləşməsi yönündə işlər görülür. Xüsusi vurğulamaq lazımdır ki, həmin faciənin baş verməsindən 21 il keçməsinə baxmayaraq 20 Yanvar şəhidləri ilə birgə minlərlə Azərbaycan şəhidinin uyuduğu Şəhidlər Xiyabanını təkcə faciənin ildönümü günündə deyil, ilin bütün vaxtlarında uşaqlı-böyüklü minlərlə insan ziyarət edir. Yəni, hər bir insan anlayır ki, bugünkü müstəqil və firavan Azərbaycanda yaşadığımıza görə, xeyli dərəcədə şəhidlərimizə borcluyuq və onlar heç zaman unudulmayacaq.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15

