Azərbaycan - ŞƏT münasibətləri...
15.09.2022 [10:32]
Təşkilatın Səmərqənd sammitində nələr olacaq?
Nardar BAYRAMLI
Azərbaycanın xarici siyasəti çoxistiqamətlidir və dövlətimiz dünya ölkələri ilə ikitərəfli münasibətlərə önəm verməklə yanaşı beynəlxalq təşkilatlar müstəvisində də fəal siyasət həyata keçirir. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Xatırladaq ki, Rusiya, Çin, Qazaxıstan, Tacikistan və Qırğızıstanın dövlət başçıları qarşılıqlı etimad mühitinin formalaşdırılması ilə bağlı niyyətlərini ifadə edərək 1996-cı ildə Çinin Şanxay şəhərində keçirilən görüşündə “Şanxay beşliyi” adı verilən qurumun əsasını qoydular. Görüşdə dövlət başçılarının sammitlərinin müntəzəm keçirilməsi və etimad tədbirlərinin gücləndirilməsini özündə ehtiva edən saziş imzalanmışdı. 2001-ci ilin iyununda isə “Şanxay beşliyi”nin sıraları genişləndi. Beləliklə, 2001-ci ildə təsis edilən Şanxay Əməkdaşlıq Təşkilatına Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Əfqanıstan, Belarus, İran və Monqolustan, təşkilatın müşahidəçi ölkələri, Azərbaycan, Türkiyə, Ermənistan, Kamboca, Nepal və Şri-Lanka isə tərəfdaş ölkələri sırasındadır. Azərbaycanın təşkilata üzv dövlətlərlə ayrı-ayrılıqda sıx münasibətləri var. Eyni zamanda, ölkəmiz ŞƏT-lə fəal əməkdaşlıq edir. Məhz bunun nəticəsidir ki, 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz, eyni zamanda, bir neçə il öncə təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib.
Ümumilikdə, Azərbaycan təşkilatın işində aktiv iştirak edir. Ötən ay Daşkənd şəhərində Özbəkistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının II İqtisadi Forumu keçirilib. ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev təmsil edib. Tədbirə dövlət qurumlarının, bankların, şirkətlərin, sənaye assosiasiyalarının, ticarət və sənaye palatalarının rəhbərləri və ekspertlər qatılıblar. AZPROMO-nun rəhbəri forumda plenar iclasın “Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və iqtisadi-ticarət əlaqələrinin bərpası” panelində çıxış edərək, Azərbaycanın iqtisadi inkişafı, ixrac və investisiya imkanları, eləcə də respublikamızın ŞƏT ölkələri ilə iqtisadi tərəfdaşlığının, işgüzar dairələr arasında əlaqələrin inkişafı istiqamətləri barədə məlumat verib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində isə 14 ölkənin lideri iştirak edəcək. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də eksklüziv olaraq “Yeni Azərbaycan” qəzetində dərc olunmuş “ŞƏT-in Səmərqənd Zirvə Toplantısı: Dünyada dialoq və əməkdaşlıq” adlı məqaləsində vurğulayır ki, Böyük İpək Yolunun mirvarisi olan qədim Səmərqənd şəhəri ŞƏT-in və onun hər bir üzvünü və əmin-amanlığına xidmət edən təklif və təşəbbüslərə malik dünyanın on dörd ölkəsinin liderlərini qarşılamağa hazırdır.
Yeri gəlmişkən, Özbəkistan Respublikasının Yekaterinburqdakı baş konsulu Abdussalam Hətəmov TASS informasiya agentliyinin Ural informasiya mərkəzində keçirilən mətbuat konfransında deyib ki, Səmərqənd sammiti uzun sürən pandemiya fasiləsindən sonra Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkə liderlərinin ilk üzbəüz görüşü olacaq. Onun sözlərinə görə, sammitin gündəliyndə iqtisadi məsələlər, ölkələr arasında mehriban qonşuluq, Əfqanıstandan keçən nəqliyyat dəhlizi, təşkilat üzvlərinə öz məhsullarını Pakistan limanlarına çatdırmaq imkanı verəcək dəmir yolu marşrutu ilə bağlı mövzular daxil edilib.
ŞƏT-in Səmərqənd sammitinin əhəmiyyətindən danışan Milli Məclisin deputatı Ramin Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, təşkilatın məqsədləri sırasında iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi kimi məsələlər yer alır. Sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə yanaşı, siyasi, iqtisadi-ticarət, elmi-texniki, mədəniyyət, təhsil, energetika, nəqliyyat, ekologiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də ŞƏT-in əsas missiyalarını təşkil edir. Onun sözlərinə görə, təşkilat müstəvisində əməkdaşlığın genişləndirilməsi üçün davamlı olaraq yeni mexanizmlərin yaradılması nəzərdə tutulub. ŞƏT-in indiyədək keçirilən sammitlərində dövlət başçıları beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər. Həmin müzakirələrdə vurğulanıb ki, terrorizm, separatizm, ekstremizm, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, transsərhəd mütəşəkkil cinayətkarlıq və kiber təhdidlər hələ də ŞƏT regionunda təhlükəsizlik və sabitliyə mənfi təsir göstərən amillərdir. Yüksək səviyyəli tədbirlərdə üzv dövlətlərin ali rəhbərləri bəhs olunan çağırış və təhdidlərə qarşı mübarizədə sıx əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün şəraitin yaradılması, bu məqsədlə imkanların təqdim olunması və fəaliyyətlərin uzlaşdırılması da ŞƏT-in əsas prioritetləri sırasında yer alır.
Azərbaycanın ŞƏT müstəvisində fəaliyyətinə gəlincə, R.Məmmədov qeyd edib ki, Azərbaycan bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bu məqsəd və məramların beynəlxalq səviyyədə təşviqinə töhfə verən dövlətdir: “Bununla yanaşı, ikitərəfli əsasda Azərbaycanın ŞƏT-in üzv olan ölkələr ilə dostluq əlaqələri var. Beləliklə, ŞƏT çərçivəsində əməkdaşlıq Azərbaycanın da qəbul etdiyi məqsəd və məramlar əsasında təşkilatla əməkdaşlığın inkişafı üçün yeni fürsətlər yaradır. ŞƏT üçün də aktual olan və Azərbaycanın zəngin təcrübəsi olduğu sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivləri ola bilər. Məlumdur ki, Azərbaycan təşkilata müşahidəçi statusunda üzv olmaq haqqında müraciət edib. Bu müraciətin qəbul olunması ölkəmizin ŞƏT çərçivəsində siyasətini daha da gücləndirəcək”.
Xəbər lenti
Hamısına baxDünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06

