Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib
26.01.2011 [10:20]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2010-cu ildə sosial-iqtisadi inkişafın yekunları ilə əlaqədar məruzə edib. Ali Məclisin sədri deyib: “ötən illərdə olduğu kimi, 2010-cu ildə də iqtisadiyyatın əsas sahələrinin inkişafı istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər öz bəhrəsini vermiş, əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən və əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcminin artmasına zəmin yaratmışdır. özündə ciddi nəticələri əks etdirən bu artımın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki, 2010-cu ildə Muxtar Respublikanın tarixində ilk dəfə olaraq ümumi daxili məhsulun həcmi 1 milyard manat səviyyəsini keçmişdir. ümumilikdə ötən il bu göstərici əvvəlki illə müqayisədə 17 faiz artaraq 1 milyard 171 milyon manata, onun hər bir nəfərə düşən həcmi isə 18 faiz artaraq 2 min 883 manata çatmışdır. Sənaye müəssisələrində daxili bazarın tələbatı ilə yanaşı, ixrac yönümlü məhsulların istehsalı da artmışdır. Əgər 1989-cu ilin əvvəlində Muxtar Respublikada 40 sənaye müəssisəsi mövcud idisə, 2011-ci ilin əvvəlinə bu müəssisələrin sayı 11 dəfə artaraq 423-ə çatmış, 239 adda sənaye məhsulunun istehsalı təmin olunmuşdur. Görülmüş işlərin nəticəsidir ki, tarixən aqrar region kimi formalaşan Naxçıvan Muxtar Respublikası hazırda sənayenin üstün inkişafı təmin olunan regiona çevrilmişdir. Bu, özünü fakt və rəqəmələrin ifadəsində daha qabarıq göstərir. ötən il muxtar respublikada 318 milyon 565 min manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2009-cu illə müqayisədə 44 faiz çoxdur. Sənaye məhsulu həcminin 91 faizini istehsal, 9 faizini isə xidmətlərin göstərilməsi təşkil etmişdir. Sahibkarlığın inkişafına, qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəldilmiş kompleks tədbirlərin nəticəsidir ki, istehsal olunan sənaye məhsulunun 88 faizi, yaxud 279 milyon 460 min manatı özəl sektorun payına düşmüşdür. Bu, əvvəlki illə müqayisədə 50 faiz çoxdur. Xalqla ordunun birliyinin nəticəsidir ki, 2010-cu ildə Heydər Əliyev adına Hərbi Liseydə, eləcə də hərbi hissələrdə aparılan iş və tədbirlər üçün 1 milyon 511 min manatadək vəsait ayrılmış, 437 min manatdan çox ərzaq və digər tələbat malları verilmişdir. 2010-cu ildə bütün maliyyə mənbələri hesabına Muxtar Respublikada əsas kapitala yönəldilən investisiyaların həcmi əvvəlki illə müqayisədə 22 faiz və ya 89 milyon 583 min manat artaraq 501 milyon 106 min manat olmuşdur. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyaların həcmi əsas kapitala yönəldilən investisiyaların 88 faizini təşkil etməklə 443 milyon 426 min manata çatmışdır ki, bu da 2009-cu illə müqayisədə 22 faiz çoxdur. Tikinti sahəsində xarakterik göstəricilərdən biri də ondan ibarətdir ki, 2010-cu ildə muxtar respublikada ümumilikdə 669 müxtəlif təyinatlı obyekt tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur”.
Vasif Talıbov bildirib ki, 2010-cu ilin məhsulu üçün 33 min 954 hektarda yazlıq və payızlıq taxıl əkilib ki, bunun da 25 min 276 hektarını buğda, 8 min 678 hektarını isə arpa təşkil edib: “Taxıl zəmilərindən 96 min ton məhsul toplanmışdır ki, bu da 2009-cu illə müqayisədə çoxdur. Əgər bu rəqəmi 1988-ci ilin müvafiq göstəriciləri ilə müqayisə etsək, onda taxılçılıqda 67 min tona yaxın artımın şahidi olarıq. 2005-ci il 11 aprel tarixli sərəncamla təsdiq olunmuş, 2005-2010-cu illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında kartofçuluğun inkişafı üzrə Dövlət Proqramı”nın icrası ötən il uğurla yekunlaşdırılmışdır. Proqramda nəzərdə tutulan tədbirlərin icrasının nəticəsidir ki, Muxtar Respublikada kartof əkinlərinin sahəsi proqramın qəbulundan əvvəlki 2004-cü illə müqayisədə 1138 hektar artaraq 2740 hektar təşkil etmişdir. Kartof əkini keçirilmiş sahələrdən 37 min 901 ton məhsul tədarük edilmişdir ki, bu da 2004-cü illə müqayisədə 2,2 dəfə və ya 20 min 843 ton, 1988-ci illə müqayisədə isə 38 dəfə və ya 36 min 896 ton artım deməkdir. ötən il 1800 ton tutuma malik olan 2 soyuducu anbar istifadəyə verilmiş, tutumu 500 ton olan bir soyuducu anbarın qurulması davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007-ci il 25 oktyabr tarixli Sərəncamına müvafiq olaraq son 3 ildə Muxtar Respublikada sahibkarlıq fəaliyyətinə başlamaq qaydalarını sadələşdirmək məqsədi ilə “bir pəncərə” prinsipi tətbiq olunur. Sərəncamın icrası nəticəsində təkcə 2010-cu ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən 24 hüquqi və 1185 fiziki şəxs qeydiyyata alınmışdır. Sahibkarlığın inkişafı üçün yaradılmış münbit şəraitin nəticəsidir ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 86 faizi ötmüşdür. Hazırda aqrar sektor, sənaye, ticarət, nəqliyyat, rabitə sahələrində qeyri-dövlət bölməsinin payı 83-99 faiz arasında dəyişir ki, bu da çox yüksək göstəricidir”.
Sonra “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” məsələ müzakirə edilib, müvafiq qanun qəbul olunub.
Naxçıvan Muxtar Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası barədə maliyyə naziri Xalid İsgəndərov məlumat verib və bununla bağlı müvafiq qanun qəbul edilib.
Sessiyada Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış ediblər.
Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) ülkər Bayramovanın hesabatı, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimovun məlumatı dinlənilib.
Müzakirə edilən məsələlərlə əlaqədar qərarlar qəbul olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanları təsdiq edilib. Ali Məclisin sədri Vasif Talıbov sessiyaya yekun vuraraq deyib: “Biz 2010-cu ilə yekun vurduq. Əvvəllər olduğu kimi, ötən müddət ərzində də Muxtar Respublikamızda iqtisadi inkişaf davam etdirilmiş, quruculuq işlərinin həcmi daha da artırılmış, bir sıra uğurlar əldə olunmuşdur. Muxtar respublikanın inkişafında, sabitliyin, sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürümü bildirir, qarşıda duran vəzifələrin yerinə yetirilməsində hər birinizə uğurlar arzulayıram”.
Bununla da dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24

