Ərdoğan Paşinyana hansı mesajları verəcək?
05.10.2022 [10:11]
Türkiyə Prezidenti ilə Ermənistanın baş nazirinin görüşündə Zəngəzur dəhlizi əsas müzakirə mövzularından biri olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin toplantısı çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, görüş zamanı Rəcəb Tayyib Ərdoğan Paşinyanla Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, müzakirələrin məhz Türkiyə və Ermənistanda keçirilməsinə dair fikir mübadiləsi aparacaq. Məlumatda o da qeyd olunur ki, Türkiyə liderinin erməni baş nazirə regionda daha çox gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdırması gözlənilir. Görüşdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi məsələsinin müzakirə olunacağı bildirilib.
Xatırladaq ki, bu ilin iyul ayında Ərdoğanla Paşinyan arasında telefon danışığı olmuşdu. Həmin vaxt Türkiyə Prezidenti Ermənistanın baş naziri ilə telefon danışığı zamanı “çox konstruktiv söhbətin” olduğunu qeyd etmişdi. “İnanıram ki, Ermənistan baş verənləri düzgün dəyərləndirsə, Azərbaycan və Türkiyənin səmimi çağırışlarına cavab versə, o zaman regionumuzda tezliklə sabitliyə nail olunacaq”, - deyə Ərdoğan söyləmişdi.
Bəs Praqa görüşündən gözləntilər nədir? Bu görüşdə Rəcəb Tayyib Ərdoğan Paşinyana hansı mesajları verə bilər? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Ramil Həsən bildirib ki, hazırda regionumuzda sülhün və təhlükəsizliyin təmin olunması üçün Azərbaycan və Türkiyə tərəfindən önəmli təşəbbüslər irəli sürülür. Ermənistan bu təşəbbüslərə adekvat cavab verməlidir. Nəzərə almaq lazımdır ki, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı xüsusi nümayəndələr danışıqlar aparır. Rəsmi Ankara bəyan edib ki, bu danışıqlar Azərbaycanla koordinasiya edilir. Yəni, ölkəmizin mövqeyi də prosesdə Türkiyə tərəfindən irəli sürülür. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Paşinyana bölgədə sülhün təmin olunması üçün əldə edilən razılaşamaların yerinə yetirilməsi mesajını verəcəyi şübhəsizdir. Onun sözlərinə görə, Ermənistan ilə Türkiyə arasında sərhədlərin bağlanması 30 ilə yaxın davam etmiş Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədardır: “44 günlük Vətən müharibəsində əldə olunan qələbə nəticəsində torpaqlarımız işğaldan azad edilib. Regionun gələcək inkişafı ilə bağlı təkliflər sırasında “altılıq platforması” da yer alır. Bölgədə Türkiyə, Azərbaycan, İran, Rusiya, Gürcüstan və Ermənistanın iştirakı ilə belə bir platformanın yaranması, eyni zamanda iqtisadi problemlərin həllində yeni bir mərhələ ola bilər. Bu, Azərbaycan və Türkiyə tərəfindən Ermənistana qarşı bir humanist addım idi. Ermənistan iqtisadiyyatı tənəzzülə uğrayıb və bu dövlət adi sosial problemlərini həll etmək iqtidarında deyil. Amma noyabrın 10-dan sonra Ermənistan kommunikasiyaların açılması, delimitasiya və demarkasiya ilə bağlı hər hansı bir addım atmayıb. İndi isə baş nazir Paşinyan kritik vəziyyətdən çıxmaq, iqtisadi problemləri həll etmək istəyir. Çünki sosial problemlər öz həllini tapmasa, ölkədə etirazların güclənməsi qaçılmaz olacaq”.
Həmsöhbətimizin fikrincə, Ermənistan Türkiyə ilə sərhədlərin açılmasını istəyirsə, üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bunun üçün, ilk növbədə, Zəngəzur dəhlizi və digər kommunikasiyalar açılmalıdır. Praqa görüşündə Azərbaycanın və Türkiyənin maraqları mütləq şəkildə öndə olacaq. 44 günlük müharibədə Azərbaycanı birmənalı olaraq dəstəkləyən qardaş Türkiyə postmüharibə dövründə də bu mövqeyini davam etdirir. Türkiyənin regiondakı rolu bütün dünyaya məlumdur. Paşinyan anlamalıdır ki, Azərbaycanla sülhə gəlməsə, Türkiyə ilə münasibətlər qura bilməyəcək. Ona görə də, cənab Ərdoğanın mesajlarına və tövsiyələrinə əməl etməlidir. “Əminəm ki, Praqa toplantısı və orada keçirilən görüşlər bir daha Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərinin inkişafının mükəmməl bir nümunəsi olaraq özünü təsdiq edəcək”,-deyə R.Həsən qeyd edib.
Politoloq Ramiz Alıyev də hesab edir ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycandan ayrı təsəvvür etmək mümkün deyil. Paşinyan münasibətlərin normallaşdırılmasını istəyirsə, ilk növbədə, Zəngəzur dəhlizi açılmalıdır. “Paşinyan Türkiyə Prezidenti Ərdoğanla danışıqlar arzusundadırsa, bu addımı atmalıdır. 10 noyabr razılaşması həm iqtisadi, həm təhlükəsizlik, həm də siyasi aspektlər üzrə kompleks şəkildə reallaşmalıdır. Ermənistan ilə Türkiyə sərhədlərinin açılması təşəbbüsü müəyyən mənada Azərbaycan üçün də faydalıdır. Bu, Ermənistanı uzunmüddətli perspektivdə iqtisadi baxımdan Türkiyədən və Azərbaycandan asılı vəziyyətə salacaq. Azərbaycandan və Türkiyədən asılı olan Ermənistan faktoru isə regionda sülhün və təhlükəsizliyin davamlılığına mane ola bilməyəcək”, - deyən politoloq əlavə edib ki, bu görüş həm də kənar qüvvələr tərəfindən Türkiyə üçün təzyiq və təsir vasitəsi kimi düşünülmüş qondarma “erməni soyqırımı” məsələsinin həllində dönüş yarada bilər. Bu baxımdan, Ermənistan istər Azərbaycanla sərhədlərin müəyyənləşməsi və dəhlizlərin açılması, istərsə də Türkiyə ilə münasibətlərin normallaşması məsələsində sağlam düşüncə ilə addım atmağa məcburdur. Ermənistanın gələcək taleyi Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan asılıdır. Ona görə də, rəsmi İrəvan kənar xarici qüvvələrin əlində alət olmamalı, Azərbaycanla Türkiyənin sülh çağırışlarına adekvat cavab verməlidir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

