10 il 8 qlobal forum
28.10.2022 [10:16]
57 ölkədən yüzlərlə ictimai-siyasi xadim
Pərviz SADAYOĞLU
Azərbaycan dövləti hər zaman qlobal tərəfdaşlığın inkişafına, sivilizasiyalar və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə öz töhfəsini verib. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2011-ci il Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis olunan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti xüsusi vurğulanmalıdır. Bu il təsis edilməsinin 10 ili tamam olan və Prezident İlham Əliyevin dəstəyi ilə fəaliyyətini davam etdirən Beynəlxalq Mərkəz öz ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını, nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Mərkəzin ali idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 20 nəfər üzvdən ibarətdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 2 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 - ümumilikdə 79 üzvü var.
Mərkəz hal-hazırda Podgoricki Klubu (Bosniya), Marianna V. Vardinoyannis Vəqfi (Yunanınstan), Quqenhaym (ABŞ), Çin İnnovasiya və İnkişaf Strategiyası İnstitutu (ÇXR), Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Taihe İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Berqqruen İnstitutu, Robert F. Kennedy İnsan Hüquqları (ABŞ), Schwarzman Alimləri (ÇXR), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS) kimi nüfuzlu beynəlxalq və regional təşkilatlarla sıx əməkdaşlıq edir.
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hamisidir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə verməkdir. Eyni zamanda, Mərkəz Azərbaycan elm və mədəniyyətinin nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin irsinin araşdırılması, dünyada təbliği, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsi istiqamətində fəaliyyət göstərir. Beynəlxalq Mərkəzin xətti ilə Nizami Gəncəvinin ədəbi irsinin araşdırılması və təbliği məqsədilə nüfuzlu yerli və xarici alimlərdən ibarət şəbəkə formalaşdırılıb.
Yeri gəlmişkən, oktyabrın 26-da Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib. İsmail Serageldin son dövrlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzunun dünyada daha da artdığını vurğulayıb, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələrinin yaradıldığını deyib və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. İsmail Serageldin Mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibətilə xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubileyi münasibətilə təbriklərini çatdırıb və yubileyin Bakıda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirib. Dövlətimizin başçısı Mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolunun və nüfuzunun artmasından məmnunluğunu ifadə edib. Görüşdə vurğulanıb ki, Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu artıq bütün dünyada aktual məsələlərin müzakirə olunduğu və onların həlli istiqamətində yeni yanaşmaların təklif edildiyi beynəlxalq platforma kimi qəbul olunur.
8 Qlobal Bakı Forumu - dinlərarası, mədəniyyətlərarası dialoqa dəstək
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi həm də ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib. Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə reallaşan ənənəvi forum 2013-cü ildən keçirilir və indiyə qədər 8 forum keçirilib. İlk dəfə “Cənubi Qafqaz Forumu” adı altında 2013-cü ilin 7-8 may tarixində keçirilən forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, keçmiş Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. İkinci dəfə isə “II Qlobal Açıq Cəmiyyətlər Forumu” adı altında reallaşan forumda isə 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim iştirak edib. Forumun gündəliyində açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multi-idarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil edilib. Müzakirələrdə daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılıb.
2015-ci ildə də “III Qlobal Açıq Cəmiyyətlər Forumu” adlanan tədbirdə isə 55 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə iştirak edib. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan III forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edərək, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparıb.
2016-cı ildən “Qlobal Bakı Forumu” adlanan və dördüncü dəfə keçirilən tədbir də bir sıra mühüm məqamları ilə yaddaqalan olub. Belə ki, Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina və Gürcüstan Prezidentləri, o cümlədən 27 sabiq prezident və 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak edib. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunub. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyində yer alıb.
2017-ci ildə keçirilən və sayca beşinci olan Qlobal Bakı Forumu “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr edilib. V Qlobal Bakı Forumunda 53 ölkədən 300-dək nümayəndə ilə yanaşı müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər də qatılıblar.
VI Qlobal Bakı Forumu isə 2018 ilin may ayında reallaşıb. 50-dən çox ölkədən 500-dək nümayəndənin, o cümlədən 47 hazırkı və keçmiş dövlət və hökumət başçılarının, tanınmış siyasətçilərin, vətəndaş cəmiyyətinin təmsilçilərinin də qatıldığı forum “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda müzakirələr aparılıb.
Qlobal COVİD-19 pandemiyasından öncə keçirilən son forum isə 2019-cu ilin martına təsadüfi edib. “Dünyanın yeni xarici siyasəti” mövzusuna həsr olunmuş forumda 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçirilmiş 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə edilib.
VIII Qlobal Bakı Forumunun isə 2020-ci ildə keçirilməsi nəzərdə tutulsa da, mövcud vəziyyətlə əlaqədar bu baş tutmamışdı. “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən VIII Qlobal Bakı Forumu 2021-ci ilin noyabrında baş tutdu. Qeyd edək ki, mövzunun aktuallığı ilə yanaşı, ötənilki forumun ən mühüm özəlliyi məhz Zəfər Günü bayramı öncəsi keçirilməsi oldu. Forum çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri və digər iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə də səfər etdilər.
Xəbər lenti
Hamısına baxDünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51

