Dağlıq Qarabağda Kreml izi
03.03.2011 [18:37]
Birinci yazı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar davam edir. Münaqişənin həllinə nail olmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun son vaxtlar sərgilədiyi mövqe, həmçinin, Bakı və Yerevana edilən səfərlər beynəlxalq birliyin bu münaqişənin həllinə nail olmaq üçün səylər göstərdiyini təsdiqləyir. öz növbəsində bu günə kimi münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirən rəsmi Bakı danışıqların nəticə verməyəcəyi təqdirdə Azərbaycan ordusunun ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində hərəkətə keçəcəyini də bəyan edib. Lakin işğalçı Ermənistanın öz destruktiv mövqeyindən əl çəkməməsi, həmçinin, işğal altında saxladığı Azərbaycan torpaqlarının guya ermənilərə məxsus olması və digər bu kimi yalanlarla dünyanı növbəti dəfə aldatmağa cəhd göstərməsi, bunun müqabilində isə dünya birliyi tərəfindən rəsmi Yerevana hələ də mülayim yanaşma tərzi sərgilənməsi Cənubi Qafqazda əbədi sülhün əldə edilməsinə mane olur. Məhz bütün bunları nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin sonuncu mərhələsi ilə bağlı əsl həqiqətləri, müxtəlif mənbələrdən əldə edilən tarixi materiallar əsasında, bir daha həm yerli, həm də xarici oxucuların diqqətinə çatdırmaq qərarına gəldik.
Qorbaçovun hakimiyyətə gəlişi ermənilərin
separatçılıq əməllərinə start verdi
Tarixdən məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı mərhələsi 1987-ci ilin sonunda Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) mərkəzi Xankəndi (Stepanakert) şəhərində, həmçinin, Ermənistan SSR-də azərbaycanlı əhaliyə qarşı hücumlarla başlandı.
Münaqişənin, məhz, bu vaxt alovlanması isə heç də səbəbsiz deyildi. çünki 1985-ci ildə keçmiş SSRİ-nin rəhbərliyinə gələn ermənipərəst Mixail Qorbaçov ermənilərə hələlik bir az səbr etməyi məsləhət görmüşdü. Buna səbəb isə istər Qorbaçovun, istərsə də ermənilərin yuxusunu ərşə çəkən şəxsiyyətin-Ulu öndər Heydər Əliyevin o zaman SSRİ rəhbərliyində mühüm postlardan birini tutması idi. Yəni, əksər ekspertlərin də qeyd etdikləri kimi, Heydər Əliyevin hələ Moskvada, Kremldə olması ermənilərin avantürasını əngəlləyəcək mühüm faktor idi.
Məhz buna görə də, Qorbaçov və onun himayə etdiyi ermənilər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılması planını işə saldılar. Və artan təzyiqlərin sonunda, 1987-ci il, oktyabrın 22-də Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postu vəzifələrindən istefa verdi. Həmin dövrün tarixini araşdıran ekspertlər vurğulayırlar ki, Ulu öndər Heydər Əliyevin Kremldən getməsi ermənilərin həmin məkana gedən yolunu daha da asanlaşdırdı. Artıq erməni lobbisinin nümayəndələri günlərini, demək olar ki, Qorbaçovun kabinetində, yaxud da onun xanımı Raisanın qulluğunda keçirirdilər. Beləliklə, Azərbaycan torpaqlarının işğalının növbəti mərhələsinə start vermək üçün hərəkətə keçən ermənilər imperiyanın o zamankı rəhbəri Qorbaçovu tamamilə öz əllərinə ala bilmişdilər. Bir sözlə, işğal siyasətinə start verməyin vaxtı idi...
Aqanbekyanın
müsahibəsi Qarabağ
avantürasına təkan verdi
Məhz belə bir ərəfədə, 1987-ci il noyabr ayının 18-də erməni akademik Abel Aqanbekyanın Fransanın “Humanite” qəzetinə verdiyi müsahibə, əslində, Qarabağ avantürasına start verdi.
Məlum müsahibəsində “Mən iqtisadçı kimi əmin edirəm ki, Dağlıq Qarabağ Muxtar Vilayətinin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistan SSR-ə birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq”, - deyən, Aqanbekyan fikrini əsaslandırmaq üçün partiyanın rəhbər göstərişlərinə - Qorbaçovun 1987-ci ilin fevral plenumundakı səsləndirdiyi “milli məsələlərin həllində təəssüfdoğurucu gecikmə aradan qaldırılmalıdır” tezisinə istinad etməyi də unutmamışdı.
Beləliklə, erməni akademikin həmin müsahibəsi Qarabağda separatizm hərəkatının başlanması üçün öz rolunu oynadı. DQMV ərazisində fəaliyyətə başlayan separatçı “Krunk” təşkilatının üzvləri prosesə daha praktik təkan vermək üçün Moskvaya, Kremlə getdilər. Məlumatlara əsasən, həmin vaxt Sov.İKP MK-nın milli məsələlər üzrə şöbəsinin müdiri V.Mixaylov M.Qorbaçovun adından Qarabağ ermənilərinə dəstək vəd edib. M.Qorbaçovun köməkçisi David Şahnazaryan isə soydaşlarına bildirib ki, baş katib Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə haqlarına hörmətlə yanaşır və onların tələblərini qanuniləşdirməyə hazırdır.
Bir sözlə, 1988-ci ilin yanvarına qədər Qarabağ münaqişəsinin alovlanması üçün bütün hazırlıqlar tamamlanmışdı. Deməli, “əməli işə” keçməyin vaxtı idi. Və bəhs edilən dövrdə Moskvadan, həmçinin, Yerevandan gələn təlimatlara əsasən, Xankəndidə “miatsum” çağırışı ilə mitinqlərə başlanıldı.
Azərbaycan
rəhbərliyində güclü şəxsiyyətin olmaması
ermənilərin işinə yaradı
Həmin dövrü dərindən araşdıran mütəxəssislərin qənaətinə görə, ermənilərin başladıqları sözügedən kampaniyanın qarşısını vaxtında və effektli şəkildə almaq olardı. Əgər bu baş versəydi, o zaman ermənilər torpaqlarımızın işğalına rəvac verən sonrakı addımları da atmağa cürət etməyəcəkdilər. çünki bu onların xislətindən irəli gəlir. Əgər bir yerdə boşluq, zəiflik hiss edirlərsə, o zaman dərhal həmin yerə hücum edirlər. Güclü müqavimət görəndə isə dərhal geri çəkilir, yaltaqlıq metodunu işə salırlar. Beləliklə, həmin vaxt Azərbaycanın rəhbərliyində güclü şəxsiyyətin, həm Moskvanı, həm də ermənilərin cavabını verməyi bacaran liderin olmaması bədnam qonşularımızın öz çirkin planlarını işə salmasına kömək etdi. Erməni rəhbərləri belə işğalçılıq siyasətini dəstəklədikləri halda Azərbaycanın o zamankı rəhbərliyi müti, Kremlə sadiq qul yanaşması nümayiş etdirməklə yanaşı, eyni zamanda, xalqımızın müqavimət göstərməsini də önlədi. Bu isə erməniləri daha da həvəsləndirir, onları yeni-yeni avantürist addımlar atmağa sövq edirdi.
Məhz bunun nəticəsidir ki, onlar daha da cəsarətləndilər və 1988-ci il, fevralın 20-də DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər. İki gün sonra, fevralın 22-də Xankəndi-Ağdam şosesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilər ermənilər tərəfindən atəşə məruz qaldılar. Həmin vaxt həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları kimi tarixə düşdü.
Yuxarıda da vurğulandığı kimi, Azərbaycanın o zamankı rəhbərliyi müti, Kremlə sadiq qul yanaşması nümayiş etdirməklə, gələcək məğlubiyyətlərimizin əsasını qoydu. Məsələn, tarixi materiallarda qeyd edilir ki, münaqişənin alovlandığı günlərdə Azərbaycanın rəhbərliyi vəziyyəti adekvat qiymətləndirib təsirli tədbirlər görmək əvəzinə Bakının zavod-fabriklərində çalışan “erməni zəhmətkeşləri”ni televiziya ekranına çıxararaq onları Dağlıq Qarabağdakı bir qrup ekstremistin əleyhinə danışdırmaqla məşğul idi. Rəsmi çıxışlar ermənilərlə azərbaycanlıların tarixi dostluq münasibətlərinin təbliği üzərində köklənmişdi. Bu azmış kimi, DQMV Xalq Deputatları Soveti adından 1988-ci il fevralın 20-də qəbul edilmiş qərardan sonra Azərbaycan KP MK-nın 1-ci katibi Kamran Bağırov Moskvadan təşrif buyurmuş Siyasi Büronun üzvləri Razumovski və Demiçevin iştirakı ilə Stepanakertdə vilayət partiya təşkilatının plenumunu keçirdi. Plenumda Bakıya nisbətən loyal mövqeyi ilə seçilən B.Gevorkovu qatı ekstremist, “Krunk” təşkilatının rəhbəri və Xankəndidəki mitinqlərin aparıcısı olan V.Poqosyanla əvəzlədi. Yəni, Moskvanın xeyir-duası və respublika rəhbərliyinin razılığı ilə Dağlıq Qarabağ rəsmən baş separatçının nəzarətinə verildi.
Lakin o zamankı rəhbərliyimizin səriştəsiz, müti siyasət yürütdüyünü təsdiqləyən təkcə bu fakt deyil. Daha doğrusu, ondan sonra baş verən hadisələr də həmin dövrdə Azərbaycan rəhbərliyinin erməni avantürasına qarşı nə qədər hazırlıqsız və bacarıqsız olduğunu açıq nümayiş etdirdi.
Sumqayıtdakı
qırğınları ermənilər törətdilər
Hadisələrin bu axarla inkişafı ermənilərin işinə yarasa da, onları tam qane etmirdi. O mənada ki, ermənilərin Ermənistanda və Qarabağda olan azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmək, tarixi torpaqlarımızı azərbaycanlılarsızlaşdırmaq planının işə salınması üçün qan lazım idi. Həmin qan isə Azərbaycanın ən böyük şəhərlərindən bir olan Sumqayıtda töküldü. Hədəf kimi Sumqayıtın seçilməsi isə təsadüfi deyildi. çünki erməni lobbisi dünya birliyinin nəzərində “vəhşi”, “qaniçən”, “məzlum ermənilərə amansız zülmlər verən” azərbaycanlıların obrazını “canlandırmaq” üçün daha inandırıcı məkan seçməli idi. Bu barədə bir qədər sonra...
Beləliklə, 1988-ci il fevralın sonunda Azərbaycanın böyük sənaye şəhəri olan Sumqayıtda erməni xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə əvvəlcədən hazırlanmış qırğınlar və talanlar törədildi. 26-28 fevral tarixlərində Sumqayıt iğtişaşları nəticəsində 26 erməni və azərbaycanlı öldürüldü. Qeyd etmək lazımdır ki, bu hadisələrin fəal iştirakçılarından biri ermənilərin qətli və onlara qarşı zorakılıqda, ermənilərin yaşadığı rayonlardakı qırğınlarda bilavasitə iştirak etmiş Sumqayıt sakini, milliyyətcə erməni Eduard Qriqoryan idi. Qriqoryan 12 il həbs cəzasına məhkum edildi. Məhkəmə Qriqoryanın iğtişaşlar və qırğınların təşkilatçılarından biri olması barədə qərar qəbul etdi. Şahidlər və hadisə qurbanlarının ifadələri göstərdi ki, Qriqoryanda ermənilərin yaşadığı mənzillərin siyahısı var idi və o, digər üç erməni ilə birlikdə ermənilərə qarşı törədilən qırğın və talanlarda şəxsən iştirak etmişdi. Onun qurbanları (hamısı erməni) Qriqoryanı zorakılığın təşkilatçılarından və fəal iştirakçılarından biri kimi qeyd etdilər. Yəni, görünən odur ki, həmin vaxt Sumqayıtdakı qırğınları, məhz, ermənilər törədiblər.
Yuxarıda da qeyd etdiyimiz kimi, Sumqayıt heç də təsadüfi seçilməmişdi və çox keçmədən Sumqayıt hadisələrinin nə üçün törədildiyi aydın oldu. Əvvəlcədən planlaşdırıldığı kimi, bu hadisədən dərhal Ermənistanda yaşayan azərbaycanlılara qarşı və Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən qoparılıb çıxarılması üçün istifadə edildi.
Azərbaycanlılara qarşı təmizləmə əməliyyatı...
Belə ki, 1988-ci il martın 10-da Yerevandan cənubda azərbaycanlılara məxsus Mehmandar kəndinin 4 sakini qətlə yetirildi. Martın 25-də Ararat rayonunun azərbaycanlılara məxsus kəndlərində 100-dən çox ev talan edilib yandırıldı, əhalisi qovuldu. Mayın ortalarında İrəvan yaxınlığındakı azərbaycanlıların məskunlaşdıqları kəndlərə yenidən basqın edildi. Tarixdə azərbaycanlılara qarşı dəfələrlə təkrar olunmuş erməni vəhşilikləri və soyqırımları yenidən tüğyan etməyə başladı. Tarixi materiallarda qeyd edildiyi kimi, erməni vəhşiliklərinin baş alıb getdiyi bu dövrdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və Sovet hökumətinin vəziyyətin real qiymətləndirilməsində maraqlı olmaması bir daha aydın şəkildə üzə çıxdı. Məsələn, “1988-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafını sürətləndirmək tədbirləri haqqında” 1988-ci il 24 mart tarixli qərar bilərəkdən məsələnin separatçılıq aktı olmasını ört-basdır etməyə yönəlmişdi.
Cəzasızlıq mühitindən istifadə edən erməni separatçılarının “Qarabağ” komitəsi isə 1988-ci ilin yayında hərbi əməliyyatlara hazırlıq məqsədi ilə hərbi hazırlıq keçmək üçün Ermənistanda və DQMV-də könüllülərin toplanmasına başladı. 1988-ci il avqustun 20-də “Qarabağ” və “Krunk” komitələrinin Xankəndidə keçirdikləri mitinqdə azərbaycanlıların vilayətdən zor gücünə çıxarılması haqqında qərar qəbul olundu.
1988-ci ildə Ermənistanda yaşayan 250 minə yaxın azərbaycanlı zor gücünə öz tarixi torpaqlarından qovulub çıxarıldı. Ermənilər tərəfindən aparılan etnik təmizləmə əməliyyatı nəticəsində 216 nəfər azərbaycanlı öldürüldü.
Hazırladı: Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

