Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP 9 yaşlı Farizin ermənilər tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir

YAP 9 yaşlı Farizin ermənilər tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləyir

11.03.2011 [00:39]

Bu ilin mart ayının 8-də işğal altındakı Ağdam rayonunun Şıxlar kəndi istiqamətindən açılan snayper atəşi nəticəsində Orta Qərvənd kənd sakini, 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlu qətlə yetirilib. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidə keçirdikləri görüşdən və imzalanan bəyannamədən cəmi üç gün sonra erməni tərəfin atəşkəs rejimini pozaraq belə vəhşi aksiyanı həyata keçirməsi əslində onların sülh danışıqlarındakı qeyri-səmimiliyinin, xalqımıza qarşı yüz illərlə davam edən və son iyirmi üç ildə daha da şiddətlənən vəhşi nifrətinin və soyqırım siyasətinin ən bariz nümunəsidir. Bu hadisə erməni silahlı ordusunun uşaq qatili damğasını bir daha möhkəmləndirdi. Təəssüflər olsun ki, Azərbaycan xalqı öz yaxın tarixində erməni tərəfinin bu tip insanlıq əleyhinə cinayətlərini onlarla körpələrin qətlə yetirildiyi Xocalı faciəsi zamanı yaşamaq məcburiyyətində qalıb. 9 yaşlı uşağın hərbçilər tərəfindən qətlə yetirilməsi Ermənistanda ictimai həyatın faşizm ideologiyasına büründüyünü, terrorun dövlət siyasəti səviyyəsinə yüksəldiyini bir daha təsdiq edir. Yeni Azərbaycan Partiyası erməni tərəfin belə qanlı əməllərini qətiyyətlə pisləyir, münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu həmsədrlərini, dünya ictimaiyyətini bu hadisəyə obyektiv münasibət bildirməyə, erməni təcavüzünə və uşaq qatillərinə “dur” deməyə çağırır.

Paylaş:
Baxılıb: 863 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30