Dünya dəyişir...
25.11.2022 [10:09]
Azərbaycan dəyişikliklərə dəstək verməyə hazırdır
İlham Əliyev: Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, bu, çox düşündürücüdür
Mübariz FEYİZLİ
Dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir
Dünya sözün bütün mənalarında dəyişir. Dəyişən həm də beynəlxalq hüquq normalarına yanaşmadır. Beynəlxalq miqyasda təzadlı, ziddiyyətli proseslər müşahidə edilməkdədir. Aydın şəkildə dərk olunur ki, getdikcə dünyada vahid tənzimləmə mexanizmləri işləmir, qəbul edilən prinsiplər heç də bütün hallarda və bütün ölkələr üçün keçərli deyil. Təəssüf doğuran məqamlardan biri də ondan ibarətdir ki, qlobal miqyasda təhlükəsizliyə məsuliyyət daşıyan beynəlxalq təşkilatların özləri də bir sıra hallarda ayrı-ayrı güc mərkəzlərinin yedəyində gedir və qərarlarını onların diqtəsi ilə qəbul edirlər. Deyə bilərik ki, hazırda ikili standartlar qlobal miqyasda ən təhlükəli meyillərdən birinə çevrilib.
27 il icrası təmin olunmayan BMT qərarları
Ötən əsrin doxsanıncı illərinin əvvəllərində havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin 20 faizini öz nəzarəti altına keçirən və oradan təxminən bir milyon soydaşımızı doğma yurd-yuvasından qovan Ermənistan işğalçılıq siyasətini üç onilliyə yaxın müddət ərzində davam etdirdi. Burada bir sıra düşündürücü məqamlar var. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin üç onillik ərzində həllini tapmaması ona dəlalət edir ki, tarixi faktlara, haqq-ədalətə, beynəlxalq hüquq normalarına arxa çevirən yalnız Ermənistan olmayıb. Beynəlxalq miqyasdakı bir sıra dairələr, özlərini demokratiya beşiyi sayan ayrı-ayrı dövlətlər çirkin əməllərini davam etdirməkdə işğalçı dövlətə havadarlıq ediblər. Məlum olduğu kimi, BMT TŞ ötən əsrin doxsanıncı illərinin əvvəllərində özündə erməni hərbi birləşmələrinin Azərbaycanın işğal altındakı ərazilərindən qeyd-şərtsiz çıxarılmasını ehtiva edən dörd qətnamə qəbul etmişdi. Prezident İlham Əliyev noyabrın 23-də Serbiya Respublikasına səfəri çərçivəsində mətbuata verdiyi Bəyanatda dünyanın aparıcı beynəlxalq təşkilatlarının Ermənistan tərəfindən respublikamıza qarşı həyata keçirilən işğalla bağlı önəmli və həqiqəti əks etdirən qərar və qətnamələr qəbul etdikərini xatırladıb. BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, ATƏT, yəni bütün aparıcı beynəlxalq təşkilatlar ölkəmizin mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etmişlər. Ancaq məsələ öz həllini tapmırdı. BMT-nin qətnamələri 27 il ərzində işğalçı Ermənistan və onun havadarları üçün kağız parçası olaraq qalıb və yerinə yetirilməyib. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı üç onillik ərzində ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlar heç bir səmərə verməyib. Həmsədrlər iddia edirdilər ki, münaqişənin danışıqlar prosesindən başqa həll variantı yoxdur. Torpaqları işğal altına düşən Azərbaycan da münaqişənin sülh yolu ilə həllinin tərəfdarı idi. Buna görə də aparılan danışıqlarda daim konstruktivlik nümayiş etdirir, təkliflərini irəli sürürdü.
Beynəlxalq təşkilatlar isə
BMT-nin məlum qətnamələrinin yerinə yetirilməməsindən əsla narahatlıq ifadə etmirdilər və işğalçı ilə təcavüzə məruz qalan tərəf arasında daim bərabərlik işarəsi qoymağa çalışırdılar. Halbuki beynəlxalq hüquq və təcrübə işğalçının cəzalandırılması zərurətini ortaya qoyurdu. Təəssüf ki, bu, baş vermədi. Tarixi ədalətin, beynəlxalq hüququn pozulmasına bur cür loyallıq, münaqişənin həllinə göstərilən ikili yanaşma, necə deyərlər, işğalçı dövlətə qol-qanad verir, onu yeni ilhaq siyasətinə ruhlandırırdı. 44 günlük müharibədə bəlli oldu ki, işğalçı Ermənistan nəzarətində saxladığı Azərbaycan ərazilərində güclü istehkamlar yaratmaqla məşğul olub. İşğal altındakı ərazilərdə qurulan istehkamlar açıq şəkildə təsdiqləyir ki, havadarlarının dəstəyinə arxalanan Ermənistan zəbt etdiyi əraziləri heç vaxt geri qaytarmaq niyyətində olmayıb. Cəzasızlıqdan ruhlanan Ermənistan işğal coğrafiyasını genişləndirmək niyyətini gizlətmirdi. Bu ölkənin rəsmiləri “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları səsləndirməkdən çəkinmirdilər. Hətta Vətən müharibəsinin getdiyi günlərdə də işğalçı dövlət öz arxasında havadarlarının dəstəyini hiss edirdi. Təzada baxın: müharibə dövründə açıq döyüşlərdə məğlub olan Ermənistanın silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərini, dinc sakinləri, mülki obyektləri ağır artilleriya atəşinə tuturdular. Ancaq buna görə Fransa kimi dövlətlər Ermənistana gözün üstə qaşın var demirdi, əvəzində Azərbaycandan müharibəni dayandırmaq istənilirdi. Mətbuata verdiyi Bəyanatında belə yanaşmanı məqbul saymayan Prezident İlham Əliyev vurğulayıb: “Beynəlxalq təşkilatların qərar və qətnamələri, onların icrası selektiv xarakter daşıyır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra edilir, bəzi hallarda isə bir neçə saat ərzində icra edilir. Amma bizim məsələmizə gəldikdə, biz 27 il bu qərarların icrasını gözləyirdik və buna nail ola bilmədik”.
Azərbaycan özünümüdafiə hüququndan istifadə etdi
Azərbaycanın 2020-ci il 27 sentyabr tarixində Ermənistanın növbəti təxribatına cavab olaraq başladığı Vətən müharibəsi haqq-ədalət savaşı idi. Azərbaycan 44 günlük müharibədə işğalçı dövləti kapitulyasiyaya məruz qoyaraq özünün ərazi bütövlüyünü təmin etməyə nail oldu. Bununla respublikamız həm də beynəlxalq hüququn bərpasına təmin etdi. Suveren dövlətin ərazilərinin XX yüzillikdə işğala məruz qalması və günahkarın cəzalandırılmaması beynəlxalq qurumlara başucalığı gətirməyən bir haldır. Axı belə hallar bütün dünya üçün təhlükəli presedentlərə yol açır. “Biz nəticə etibarilə görəndə ki, bütün bu səylər, o cümlədən aparılan danışıqlar səmərə vermir, güc amilindən istifadə etdik. Beynəlxalq hüquq bu imkanı bizə verirdi, BMT-nin Nizamnaməsi bu imkanı bizə verirdi, özünümüdafiə etmə haqqı bütün dövlətlərə şamil edilməlidir, o cümlədən Azərbaycana. Biz güc yolu ilə öz ərazi bütövlüyümüzü bərpa etdik, ədaləti bərpa etdik və artıq iki ildir ki, Azərbaycan xalqı azad edilmiş torpaqlarda qurub-yaradır, binaları bərpa edir, bütün o böyük ərazini - 10 min kvadratkilometrdən böyük olan ərazini yenidən qurur”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Postmüharibə dövründə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlaması Azərbaycanın xoş niyyətindən xəbər verir. Ölkəmiz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq istəyir. Lakin postmüharibə dövründə də bəzi qüvvələr, o cümlədən də demokratik dəyərlərinə arxa çevirən Fransa Azərbaycanın haqq mübarizəsində qazandığı Zəfəri həzm edə bilmir və müxtəlif vasitələrlə məğlub Ermənistanı revanşizmə ruhlandırır, bununla da sülhyaratma prosesinə əngəllər yaradır. Müharibə bitəndən sonra Fransa Senatının özünü ortaya ataraq qondarma “DQR”in tanınmasına çağırış etməsi, burada bir qədər bundan əvvəl ölkəmizə qarşı qərəzli qətnamənin qəbul olunması heç bir beynəlxalq hüquq və haqq-ədalət normasına sığmır.
Vətən müharibəsinin hər kəs üçün dərsləri
Vətən müharibəsində işğalçının acınacaqlı məğlubiyyətə uğraması hər kəs üçün dərs olmalıdır. Təcavüzkar dövlət cəzalandırılmalı idi və Müzəffər Ordumuz bunu etdi. Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan tarix yazdı. Bu qələbə ilə respublikamız beynəlxalq hüquq müstəvisində yeni reallıqlar yaratdı. Bu reallıq ilk növbədə beynəlxalq təşkilatların yenilənməsi zərurətini bütün ciddiliyi ilə gündəmə gətirib. Heç bir halda qəbul edilə bilməz ki, bir neçə onillik bundan əvvəlin dünya nizamına uyğun qurulan təşkilatlar köhnə nizamnamələr əsasında fəaliyyət göstərsinlər. Dünya dəyişir, yeni reallıqlar yaranır. İndi çağırışlar da tamam fərqlidir. Köhnə qaydalarla yeni tələbləri qarşılamaq isə əsla mümkün deyil. “Ona görə dünya ictimaiyyəti beynəlxalq təşkilatların gələcək fəaliyyəti ilə bağlı öz təkliflərini verməlidir. Biz də Azərbaycan olaraq buna hazırıq. Çünki qəbul edilmiş qərarlar əgər həyatda öz əksini tapmırsa, yerinə yetirilmirsə, əlbəttə ki, bu, çox düşündürücüdür”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31

