Siyasi radikalizmin məntiqi sonu, yaxud anarxistlərin "demokratiya" oyunu bitdi
12.04.2011 [10:07]
Azərbaycan siyasi palitrasında funksionallığını çoxdan itirmiş və disfunksiya mənbəyi qismində çıxış edən radikal müxalifətin sonuncu təxribatçı aksiyası belə bir məqamı da aşkar etdi ki, dağıdıcılar hələ də siyasi palitranın qanunauyğun reallıqlarını qəbul etmək istəmir və özlərinin siyasi “mübarizə”lərini (oxu: xarici havadarlarının dağıdıcı maraqlarını təmin etmək missiyasını-H.B.) illeqal müstəvidə radikal və anarxist meyillərlərlə davam etdirmək niyyətlərindən vaz keçmirlər. Bu, əslində, həmin qüvvələrin acizliyini və siyasi səbatsızlığını göstərən növbəti faktdır. çünki sosial dəstəyi və reytinqi olmayan, cəmiyyətdə qəbul edilməyən radikal müxalifət son çarəni xarici maraq qruplarının “piyada”sına çevrilməkdə görür və aldığı maliyyə vəsaitləri qarşılığında antimilli mövqedən çıxış edərək Azərbaycanda möhkəm təməllərə söykənən sabitliyi pozmağa çalışır. Bununla da onlar “siyasi kariyera”larını davam etdirmək və xaricdən gələn maliyyə axınının davamlılığını təmin etməyə nail olmaq istəyirlər...
Beləliklə sadaladıqlarımızın fonunda qeyd edə bilərik ki, radikalizmi siyasi fəaliyyət mexanizminin ideoloji əsası kimi götürən dağıdıcı müxalifətin mütəmadi məğlubiyyətinin əsasında, məhz, həmin qüvvələrin özlərinin destuktiv niyyətləri və əməlləri durur. Bu faktı növbəti dəfə təsdiq etmək üçün sadəcə bir neçə məsələyə toxunmaq kifayət edir...
Siyasi radikalizm: xaos və kataklizm mənbəyi kimi
Qeyd etdik ki, dağıdıcı müxalifət öz fəaliyyətində siyasi radikalizmin təməl prinsiplərini əsas götürməkdə və fəaliyyət mexanizmini radikal, anarxist niyyətlər üzərində qurmaqdadır. Bu isə cəmiyyətdə dağıdıcı meyillərin meydana gəlməsinə səbəb olmaqla yanaşı, bəhsləşmə-rəqabət şəraitində normal sosial-siyasi münasibətlərin mütəmadi inkişafına mane olmaqdadır. Bütün bunlar isə nəticə etibarilə siyasi sistemin struktur elementlərinin daha da təkmilləşməsinin qarşısını alan destruktiv faktor kimi çıxış etməkdədir...
Dağıdıcı müxalifətin niyyət, məqsəd və fəaliyyətinin əsaslarını daha yaxşı anlamaq və anlatmaq üçün radikalizm və anarxizmin təməl prinsiplərinə və onun müxtəlif ölkələrin nümunəsində yol açdığı nəticələrə nəzər yetirmək məqsədəmüvafiqdir.
Beləliklə, XVIII əsrdən etibarən siyasi leksikonda işlənməyə başlayan radikalizm mövcud sistemin əsaslı dəyişdirilməsini nəzərdə tutan və cari durumu qəbul etməyən ideoloji baxışlar sistemi kimi səciyyələndirilir. Radikal ideologiyanın əsasında atılan addımların fonunda mövcud sistemin əsasları və qanunauyğunluqları nəzərə alınmadığından sonunda ciddi kataklizmlərin təzahür etməsi gözlənilən haldır. Bəzi araşdırmaçılar radikalist baxışlar sistemini mürtəce ideologiya kimi səciyyələndirir və qeyd edirlər ki, radikal xarakterli ideoloji xətt sonu bəllli olmayan xaotik meyillərin əsasını qoyan və antaqonist tendensiyaları kəskinləşdirən amil kimi dəyərləndirilməlidir. Siyasi radikalizmin tədqiqatçılarından biri olan Ceyms Mill qeyd edir ki, radikalizm, əslində, mövcud məqsədlərin fonunda ayrı-ayrı ideologiyalardan sui-istifadənin fonunda ortaya çıxmış baxışlar sistemidir: “Klassik mənada radikal siyasi fəaliyyətə malik olanlar heç vaxt islahat tərəfdarı ola bilməzlər. Onlar qurucu deyillər. Mövcud status-kvonun dəyişdirilməsi və ümumi nizamın alt-üst edilməsi niyyətinin fonunda hərəkət edən radikal siyasətçilər daim inqilabi dəyişikliklər istəyirlər. Amma bu dəyişikliklərin ümumi rifaha və sosial ədalətə nə qədər faydalı olacağını bilməmələri onların fəaliyyətinin qeyri-müəyyənliyini aşkar edir”.
Araşdırmaçı Erriko Malatesta isə qeyd edir ki, siyasi radikalizm ümumi qəbul edilmiş təməl baxışların və prinsiplərin dəyişdirilməsini nəzərdə tutduğundan cəmiyyətdə deviasiyaları sürətləndirən və ayrılmaları təmin edən qeyri-maddi faktor kimi çıxış edir.
Həqiqətən, siyasi radikalizmin fonunda cəmiyyətdə xaotik durumun yaranmasına zəmin yaradan köklü dəyişikliklərin baş tutması üçün ən müxtəlif metodlara istinad edildiyindən ciddi kataklizmlərlə müşayiət edilən deviasiyaların yaranması qaçılmaz olur. Məsələn, tarixi təcrübədən bəllidir ki,radikallar dağıdıcı niyyətlərini həyata keçirmək üçün müxtəlif zaman kəsiklərində fərdi və kütləvi terrora, təxribat və iğtişaşlara baş vurublar. Hətta şovinizm, irqçilik, amoralizm (əxlaq tələblərinə və cəmiyyətdə qəbul edilmiş ümumi normalara etinasız, saymazyana yanaşma) kimi bəşəriyyətə ciddi bəlalar gətirmiş dağıdıcı meyillər də radikalizmin fonunda ortaya çıxıb. Bütün bunların fonunda maksimalist, nihilist davranış formaları sərgiləyən radikalizm tərəfdarlarının qeyri-müəyyən məqsədlər naminə zorakı metodlara istinad etməsi onların sosial tərəqqinin təkamül amillərinin imkanlarını düzgün qiymətləndirə bilməmələrindən irəli gəlir...
Bunlarla yanaşı, radikalizmin sol qanadının təzahür formalarından və ideoloji xətlərindən biri olan anarxizm də cəmiyyətdə ümumi həmrəyliyə mənfi təsir edən, dağıdıcı meyllərə səbəb olan, xaos və destabilliyini yaranmasına təkan verən sosial bəla qismində çıxış edir. “Suveren milli dövlətlərin sıradan çıxması” və “ümumi normalarla təsbit edilmiş qanunların ləğv edilməsi” prinsiplərindən çıxış edən anarxistlər sadalanan məqsədlərin həyata keçirilməsi naminə inqilab etməyə və müxtəlif stratifikasiyalar arasında antaqonizm yaratmağa cəhd edirlər. Onların ən çox istifadə və istinad etdiyi vasitə isə sui-qəsd metodudur. Peter Kropotkin, Emman Goldman, Aleksandr Berkman, Pier-Cozef Prudon, Benjamin Tuker, Uilyam Grin kimi anarxizm cərəyanının tərəfdarları da etiraf edirlər ki, anarxistlərin təməl prinsipi “sərhədsizlik”dir və onlar qanunların qəsdində durmağı təməl vəzifə hesab edirlər. Onlar bildirirlər ki, ümumi normalarla təsbit edilmiş qanunlardan hər bir fərd və cəmiyyət imtina etməlidir və dövlət onlar üçün başlıca tənəzzül və təhlükə mənbəyidir...
Göründüyü kimi, radikalizm və anarxizm zamanından və məkanından asılı olmayaraq disfunksionallıq gətirən milli tənəzzül mənbəyidir. Məhz elə buna görə də hər bir cəmiyyətin rasional düşüncəli fərdləri bu cür dağıdıcı meyillər və əməllərə qarşı birmənalı şəkildə müqavimətçi mövqeyində durur. Başqa sözlə, sağlam düşüncəli cəmiyyətlərdə radikalizm və anarxizmə birmənalı şəkildə “yox” deyilir...
Radikal müxalifətin acınacaqlı tarixi, yaxud anarxistlər güclünün qarşısında hər zaman aciz olublar
Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi palitrada təmsil olunan subyektlərdən birinə çevrilən bu günkü radikal qüvvələr hələ o zaman özlərinin siyasi səbatsızlığını və dağıdıcı mövqelərini nümayiş etdirmişdilər. Belə ki, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu 1992-1993-cü illər ərzində ölkə, sözün əsl mənasında, xaos və kataklizmlər meydanına çevrildi. Onlar özlərinin səbatsız siyasi fəaliyyətləri və xəyanətkar addımları sayəsində ölkəni ən müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına və ideoloji qarşıdurma poliqonuna çevirdirlər. Bunun nəticəsində isə Azərbaycan mütləq mənada “forpost”a çevrilmək təhlükəsi qarşısında idi. Bununla yanaşı, AXC-Müsavat cütlüyünün qeyri-praqmatik və irrasional fəaliyyətinin məntiqi nəticəsi kimi, ölkədə müxtəlif qruplar arasında ciddi qarşıdurmalar yarandı və Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Belə ki, hakimiyyətdə olan bu günkü radikallar və anarxistlər öz ətraflarından çıxan bölücülərin qarşısında acizliklərini göstərdilər və ölkəni parçalamaq astanasına gəldilər. Bir-birilərini silahlı hücumlarla neytrallaşdırmağa çalışan sözügedən radikal qüvvələr ölkədə “marginal qrupların qarşıdurma tamaşası”nı sonadək davam etdirdilər...
Bir sözlə, AXC-Müsavat cütlüyü Azərbaycana xaos, dağıntı, kataklizm, destruktivlik, marginallıq və radikallıq miras qoydu...
1993-cü ildən sonra siyasi münasibətlərin yeni müstəviyə keçməsi üçün münbit şərait yarandı
1993-cü ildə xalqın təkidli tələbləri ilə Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə siyasi münasibətlər sistemində kardinal keyfiyyət dəyişiklikləri baş verdi. Qısa zaman ərzində ölkədə xaos və anarxiya yaratmağa hesablanmış bölücü aktların qarşısının alınması və sabitliyin təmin edilməsi qeyri-formal milli dövlət quruculuğunun həyata keçirilməsinə real zəmin yaradan ilk substrat oldu. Bundan sonra siyasi-hüquqi münasibətlər və proseslərin qanuni əsasda tənzimlənməsi, ölkədə siyasi fəaliyyətə əlverişli pluralist mühitin yaradılması və rəqabət mühitinin təmin edilməsi siyasi subyektlərin çoxşaxəli fəaliyyətinə xüsusi zəmin və imkan yaratdı...
Amma bəhs edilən radikal qüvvələr yaranmış münbit şəraitdən istifadə edə bilmədilər. Onlar yenə də-ənənəvi qaydada dağıdıcı tələblər və fəaliyyətin fonunda radikal mövqedən çıxış etdilər və özlərinin destruktiv əməlləri ilə ölkədə barışmaz ziddiyyətlər yaratmağa cəhd etdilər. Müxtəlif zaman müddətlərində xarici maraq qruplarının tapşırıqları ilə ölkədə xaos və kataklizmlər yaratmağa çalışan anarxistlər ölkənin siyasi tarixinə yalnız dağıdıcı funksiyalar icra edən və destabillik gətirən disfunksional subyektlər kimi daxil oldular...
“Autsayder”liyə məhkum edilmişlər və ya radikal müxalifət alternativ ideya və fəaliyyət mexanizmi ortaya çıxara bilmədi
Radikal müxalifət bu günədək mövcud olan əlverişli şəraitdən heç cür istifadə edə bilmədi. Onlar pluralist mühitin fonunda rəqabət əvəzinə dağıdıcı təxribatlarları, ictimai-siyasi münasibətlər sisteminə qarşı yönəlmiş qəsdləri, ekssess aktlarını (cəmiyyətdə kəskin ziddiyyətlərlə müşayiət edilən toqquşmaların yaranmasına və ictimai asayişin pozulmasına yönəlmiş hərəkətlər) seçməklə “autsayder”ə çevrildilər. Konstruktiv siyasi subyektə çevrilə bilməyən radikal müxalifət ictimai-siyasi zərurət kimi alternativ ideya istehsal edə bilmədi və sağlam fəaliyyət mexanizmindən məhrum oldu. Bununla yanaşı, radikallar “marginal burulğan”lar yaratmaqla cəmiyyətin ən dinamik təbəqəsi olan gəncləri manipulyasiyaya məruz qoymaqla onları ən müxtəlif təxribatlarda iştirak etməyə sövq etdilər. Bir sözlə, dağıdıcı müxalifət normal siyasi mübarizə imkanlarını qiymətləndirə bilmədi və cəmiyyəti ən müxtəlif dissonanslarla (qarışıqlıq, ictimai asayişin pozulması ilə təzahür edən xaotik durum) qarşı-qarşıya qoymaq metodunu seçdi. Bu isə nəticə etibarilə onların özləri üçün “bumeranq” zərbəsi oldu...
2 aprel təxribatçı aksiyası - “demokratiya” oyununun sonu və ya radikal müxalifət siyasi səhnəni tərk etməlidir
Beləliklə, 2 aprel təxribatçı aksiyası bir daha sübut etdi ki, radikal müxalifət Azərbaycanda sabitliyin pozulması missiyasına xidmət etməkdədir və bunun da qanunauyğun nəticəsi kimi, xalq, ictimaiyyət onlara birmənalı şəkildə “yox” deyir. Bəhs edilən dağıdıcı qüvvələrin “demokratiya” adı altında etdiyi meydan nümayişlərinin əsl mahiyyəti ifşa edildi və anarxistlərin “demokratiya maskası” düşdü. Məhz belə bir şəraitin fonunda radikal müxalifət üçün yeganə və son seçim siyasi səhnəni tərk etməkdir. çünki antimilli mövqedən çıxış edərək milli maraqları zərbə altına qoyan həmin qüvvələr bu cür dağıdıcı fəaliyyətinin fonunda özlərinin siyasi mövcudluqlarını davam etdirə bilməzlər. Artıq radikal müxalifətin siyasi palitradan çəkilməsi ictimai-siyasi zərurətə çevrilib.
Hikmət BABAOÄžLU,
Əməkdar jurnalist
Xəbər lenti
Hamısına baxDünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44

