Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Radikal müxalifət psixoloji sarsıntı və ruh düşkünlüyü içindədir...

Radikal müxalifət psixoloji sarsıntı və ruh düşkünlüyü içindədir...

15.04.2011 [09:31]

Bu düşərgə istər səsləndirdiyi bəyanatlardan, istərsə də atdığı addımlardan isterika içərisində olduğunu açıq şəkildə büruzə verir
Aprelin 2-də keçirməyə cəhd göstərdikləri aksiyanın uğursuzluqla nəticələnməsinin ardından radikal müxalifət partiyalarının sıralarını qısa zaman ərzində bir xeyli üzvün tərk etməsi və rayon təşkilatlarının özlərini buraxması düşərgədə psixoloji gərginlik yaradıb. Bu istefaların, rayon təşkilatlarının kütləvi şəkildə Müsavat və AXCP-nin antimilli siyasətinə etirazı sözügedən partiyaların mərkəzi aparatında böyük sarsıntılara yol açıb. Yaranan situasiyadan çıxış yolu tapmaq üçün aprelin 17-nə mitinq təyin edən radikal müxalifət istər səsləndirdiyi bəyanatlardan, istərsə də atdığı addımlardan isterika içində olduğunu açıq büruzə verir.
Qeyd edək ki, rayon təşkilatları üzvlərinin kütləvi şəkildə istefası həm AXCP, həm də Müsavat partiyası rəhbərliyində qarşıdurmalar yaradır. Əldə olunan məlumatlara görə, daha çox istefa verən rayonlardan olan müavinlər partiya sədrləri tərəfindən sıxışdırılıb. Hətta, bu səbəblə partiyalardan yeni istefaların verilməsi də gözlənilir. Digər tərəfdən, bu istefalar müavinlər arasında da açıq qarşıdurmalar yaradıb. Hətta, məsələ ilə bağlı aparılan “müzakirələrin” sonunda əlbəyaxa mübahisələrin də yarandığı bildirilir. Qeyd olunur ki, bəzi müavinlər partiya sədrlərinə “yarınmaq” üçün kütləvi istefaların səbəbini digər müavinlərin üstünə atmağa çalışır. Bu isə nəticə etibarı ilə partiyada tərəfdarların bir neçə yerə bölünərək açıq düşmənçilik mövqeyində dayanmasına yol açıb.
Bundan başqa, xarici təşkilatların partiyalara kütləvi aksiya keçirmək üçün ayırdığı yardımla bağlı yeni mübahisələr də yaranmaqdadır. Aprelin 2-də keçirilən mitinqdə az adamın çıxış etməsi digər funksionerləri də “hərəkətə” gətirib. Artıq mitinqə adam gətirmək üçün ayrılan pulların bir əldə cəmləşməməsi, bütün müavinlər arasında bölünməsi istiqamətində mübahisələr yaranıb. Hətta bəzi müavinlər partiya sədrləri Əli Kərimli və İsa Qəmbər qarşısında qəti məsələ qaldırıblar ki, əgər onların rəhbərlik etdikləri qruplaşmalara pul vəsaiti ayrılmasa, onlar 17 aprel mitinqini boykot edəcək, daha sonra isə istefa verərək partiyadan gedəcəklər. Bu isə, partiya sədrlərini pis vəziyyətdə qoyub. Onlar nə pullarından keçmək istəyir, nə də bu istefaların qarşısını almaq üçün hansısa bir mexanizm tapa bilirlər. Əmrlərini yerinə yetirdikləri beynəlxalq dairələr isə onlardan nə yolla olursa olsun küçələrə çıxıb xaos, kütləvi çaşqınlıq yaratmalarını tələb edirlər. çünki pullarını öncədən ödəyiblər...
Radikal müxalifət Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycana təzyiq vasitəsinə çevrilib
Radikal müxalifətin sıralarını tez bir zamanda bu qədər üzvün tərk etməsinin bir səbəbi də bu “siyasi qüvvələrin” perspektivsizliyi ilə bağlıdır. Qeyd etmək yerinə düşər ki, artıq 18 ildir ki, uğursuz bir şəkildə “müxalifətçilik” edən, bununla yanaşı, bütün seçkilərdə birmənalı şəkildə məğlub olan, xalqın dəstəyini qazana bilməyən, ən əsası isə xalqın dəstəyinə ümid belə etməyən bu qüvvələr son ümidlərini xaricdəki “dayılarına” bağlamışdılar. Amma bir neçə gün öncə bir sıra beynəlxalq dairələrin nümayəndələri ilə keçirdikləri “görüşün” ardından onlar əsl həqiqəti bir daha dərk etdilər. Gördülər ki, ölkəmizdə siyasi sabitliyi pozmağa çalışan, Azərbaycan hakimiyyətinə təzyiq göstərmək yollarını araşdıran həmin xarici dairələr yalnız öz məkrli niyyətlərini həyata keçirmək üçün adını müxalifət qoyan, əslində isə antimilli siyasətlə məşğul olan qüvvələrdən istifadə edirlər. Onların ölkədə heç bir nüfuza malik olmayan, seçkilərdə xalqın etimadını qazana bilməyən bu radikal siyasi qüvvələrlə əməkdaşlığının arxasında yalnız bir maraq durur - müstəqil, balanslaşdırılmış xarici siyasət yürüdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin və xalqımızın mənafeyindən bir addım da geri çəkilməyən Azərbaycan hakimiyyətini danışıqlar prosesində güzəştlərə məcbur etmək...
Azərbaycan xalqının, dövlətinin maraqlarını satmaq üçün hazır dayanan radikal müxalifətdən isə burada yalnız alət kimi istifadə olunur. Həmin beynəlxalq dairələr radikal müxalifətə göstəriş veriblər ki, onlar hakimiyyət Dağlıq Qarabağ məsələsində güzəştə gedənə qədər seçdikləri xaos, iğtişaş yolundan dönməsinlər. Əks halda xarici “dayılar” da radikalların artıq siyasi yoxluğu reallığı ilə barışaraq onlara pul verməkdən boyun qaçıra bilərlər...
Xarici güclər radikal müxalifətin arzularını gözündə qoyub onlardan yalnız təyinatı üzrə istifadə edildiyini göstərir
Qeyd etdiyimiz kimi, Azərbaycanda siyasi sabitliyi pozmağa çalışan, bununla həm də iqtisadi inkişafımıza mane olmaq istəyən, bir sözlə, Azərbaycanın regionda əldə etdiyi uğurlarla barışa bilməyən bir sıra xarici dairələrin radikal müxalifəti maddi cəhətdən dəstəkləyərək öz planlarında alət kimi istifadə etməsi əvvəl-əvvəl müxalifətin içində bəzi insanlarda bir ümid yaratmışdı. Bir sıra xarici dövlətlərdə baş verənlərdən ruhlanaraq daha şövqlə Azərbaycanda vətəndaş qarşıdurması yaratmağa çalışan bu qüvvələr artıq dərk edirlər ki, onların hakimiyyətə gəlmək arzuları elə arzu olaraq qalacaq. Müxalifətə diqtə edən xaricin maraqlı dairələrinin Azərbaycanda inqilabla bağlı heç bir planının olmaması, radikallardan yalnız Dağlıq Qarabağ danışıqlarında təzyiq vasitəsi kimi istifadə etməsi bir daha göstərir ki, həmin qüvvələr Azərbaycan hakimiyyətinin xalq tərəfindən dəstəkləndiyini, xalqın iradəsi ilə formalaşdığını dərk edir, bu səbəbdən də müxalifəti yalnız bir istiqamətə yönəldirlər. Arzuları puç olan, gücü yalnız xalqının dərdini alver predmetinə çevirməyə çatanlar isə göründüyü kimi bu işə əməlli-başlı “can yandırırlar”...
Radikal müxalifətin çıxış yolu - iğtişaş, xaos, ara qarışdırmaq...
Əlbəttə ki, müxalifət ölkədə qarışıqlıq yaratmaqla bağlı öhdəlik götürsə də, bunun asanlıqla həyata keçirə bilməyəcəyini də dərk edir. Birincisi, xarici qüvvələrdən alınan pulun qarşılığında keçirilməsi nəzərdə tutulan “icazəsiz aksiya”ya çıxarmaq üçün adam tapmaq lazımdır. Bu səbəbdən də həmin “aksiya-tamaşa”larda ənənəvi olaraq bir neçə şəxsdən istifadə olunur ki, həmin şəxslər də şəhərin mərkəzində diqqəti cəlb etmək üçün min bir şəbih çıxarırlar. Fərqli vasitələrlə-paltarlarını soyunmaqla, asayiş keşikçilərinin üstünə hücum etməklə özlərini “təsdiqləməyə çalışan” bu “aksiyaçıların” fəaliyyəti isə bir aktyorun tamaşasından başqa heç bir təsir bağışlamır. Bu, KİV-lərin həmin “aksiya”dan hazırladıqları reportajlardan da özünü göstərir.
Müxalifət bundan başqa icazəsiz aksiyanı şəhərin mərkəzində keçirməklə də öz zəifliyini və gücsüzlüyünü, dəstəksiz qaldığını konpensasiya etməyə çalışır. Müxalifət şəhərin mərkəzində, istirahət günündə “aksiya” keçirərək, küçədə gəzişən, istirahət edən insanların şəkillərini çəkərək “aksiya iştirakçıları” qismində təqdim etməyə çalışır. Səhəri günü isə bunu öz nəzarətlərində olan qəzetlərdə “möhtəşəm” aksiya adı altında cəmiyyətə sırıyırlar... Bu da radikal müxalifətin “aksiya taktikası”dır...
Pərviz SADAYOÄžLU

Paylaş:
Baxılıb: 834 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30