Regional əməkdaşlıqda maraqlıyıq
22.02.2023 [11:18]
İraq Kürdüstan Regionunun başçısı ölkəmizə səfər edəcək
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi tanınmaqdadır. Cənubi Qafqaz geosiyasi məkanında lider dövlət kimi çıxış edən ölkəmiz özünün çoxvektorlu xarici siyasət strategiyası ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda yerləşdiyi regionun geosiyasi və geoiqtisadi, bir sözlə, geostrateji təhlükəsizliyinə fundamental töhfələr verir. Eyni zamanda, bununla Azərbaycan həm də regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının mərkəzi oyunçusu rolunu oynayır. Heç bir beynəlxalq qurumdan və milli dövlətdən asılı olmayan Azərbaycan artıq regional aktordan qlobal mərkəzə çevrilməkdədir. Təbii ki, 2020-ci il Vətən müharibəsində əldə edilmiş qələbə bu məsələdə mühüm rola malikdir.
Regionun aparıcı güc mərkəzinə çevrilən Azərbaycan həm də qlobal layihələrin əsas tərəfdaşı və təşəbbüskarı kimi tanınır. Müstəqil iqtisadi siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində çıxış etməsi ölkəmizin beynəlxalq nüfuzunun artmasına yol açır. Bunun qanunauyğun nəticəsidir ki, beynəlxalq münasibətlər sisteminin müstəqil aktorları qismində çıxış edən milli dövlətlərin demək olar ki, hamısı Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olmasını xüsusi olaraq diqqətə çatdırmaqdadırlar. Hətta bir sıra ölkələrin muxtar subyektləri belə Azərbaycanla əlaqələrin genişlənməfsində maraqlıdırlar. Ölkəmizin cəlbediciliyi isə daima hər kəs tərəfindən xüsusi qeyd edilir.
Azərbaycan İraqda terrorizmə qarşı mübarizədə ön sıralarda yer alıb
Bu mənada, Azərbaycan ilə İraq arasında da əlaqələrin inkişafı xüsusi vurğulana bilər. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan beynəlxalq antiterror koalisiyasının vacib üzvlərindən biri kimi 2003-cü ilin avqust ayından 2008-ci ilin noyabr ayına kimi İraqda həyata keçirilən sülhməramlı əməliyyatda iştirak edib və 150-yə qədər hərbçisi İraqdakı Hadisa bəndinin qorunmasını həyata keçirib.
Azərbaycan Respublikası ilə İraq Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 5 sənəd imzalanıb. 2011-ci ilin mayında Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılıb.
Qeyd edək ki, İraqın ayrı-ayrı ərazi vahidləri də Azərbycanla əlaqələrin inkişafına hər zaman diqqət yetirib. Məsələn, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı M.Bərzani ilə görüşüb.
Ölkəmizin uğurlu inkişafı etiraf olunur…
Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub. Görüşə görə təşəkkürünü bildirən Neçirvan Bərzani Azərbaycanla İraqın Kürdüstan regionu arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırdı, dövlətimizin başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmizin uğurla inkişaf etdiyini vurğulayıb.
İraqın Kürdüstan Regionu ilə Azərbaycan arasında ortaq tarixi və mədəni əlaqələrin olduğunu qeyd edən Neçirvan Bərzani diqqətə çatdırıb ki, bu regionun Türkiyə ilə də çox sıx münasibətləri var və bu xüsusda birgə əməkdaşlıq layihələrinə baxıla bilər.
Azərbaycanla Türkiyə arasında qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən dövlətimizin başçısı bu çərçivədə üçtərəfli əməkdaşlıq mexanizmlərinin perspektivdə nəzərdən keçirilə biləcəyini deyib.
Neçirvan Bərzani İraqın Kürdüstan regionundan turistlərin Azərbaycana səfər etdiklərini və bu səfərlərdən çox məmnun qaldıqlarını qeyd edib.
Dövlətimizin başçısı öz növbəsində bildirib ki, İraqın Kürdüstan Regionu ilə iqtisadiyyat, ticarət sahələrində əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var. Ona görə də biznes dairələri arasında birbaşa əlaqələrin qurulması, həmçinin biznes şurası formasında müxtəlif təsisatların yaradılması məsələlərini nəzərdən keçirmək olar. Prezident İlham Əliyev Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib.
4 vilayətdən ibarət İraq Kürdüstanın iqtisadi vəziyyəti…
Qeyd edək ki, Kürdüstan regionu İraqda konstitusiya ilə mövcud olan muxtar bölgədir. Təxminən 40.000 km2-dən ibarət inzibati vahid Qərbdə Suriya, şərqdə İran, şimalda Türkiyə ilə həmsərhəddir. Regional hökumətin paytaxtı Ərbildir. Kürdüstan Parlamenti Ərbildə yerləşir, lakin Kürdüstan Bölgəsi konstitusiyası mübahisəli Kərkük şəhərini Kürdüstan Bölgəsinin paytaxtı kimi tanıyır. 2018-ci il siyahıyaalınmasına görə regionun əhalisinin sayı 7.250.000 nəfərdir.
1991-ci ildə bölgədə birtərəfli muxtariyyət elan edilib və Bağdad hökuməti 2005-ci ildə İraqın yeni konstitusiyası ilə Kürdüstan bölgəsinin muxtariyyətini tanıyıb. Qeyd edək ki, İraqın Kürdüstan regionunun Məclisində 29 partiyadan olan 111 deputat təmsil olunur. Bu yerlərin 11-i seçkinin nəticələrindən asılı olmayaraq azlıqlara paylanır. Kürdüstan Regional Hökuməti İraqın dörd vilayətinə nəzarət edir. Bu əyalətlərin hər biri məhəllə və nahiyələrə bölünür, ümumilikdə 26 mahal var. Regional Hökumətin nəzarəti altında olan vilayətlər Süleymaniyyə, Ərbil, Duhok, Hələbcədir. Ən böyük əhali yaşayış məntəqələri isə Zaho, Əmədiya, Simele, Köysancak, Çemçemaldır.
Regional ərazinin iqtisadi vəziyyəti isə yüksək qiymətləndirilə bilməz. İraqın Kürdüstan regionunun iqtisadiyyatı əsasən kənd təsərrüfatı, turizm və neft ixracından formalaşır. Adambaşına düşən gəlir 7700 dollardır. Bölgədə 2,83 trilyon kubmetr təbii qaz yataqları və 45 milyard barrel neft ehtiyatları mövcuddur. Əsas neft ixrac tərəfdaşları İsrail, İtaliya, Fransa və Yunanıstandır.
Yaxın Şərq – Azərbaycan - Türkiyə enerji əməkdaşlığı…
İraqın Kürdüstan regionunun Azərbaycana marağı isə bir neçə istiqamətdə izah oluna bilər. İlk növbədə, Kürdüstan regionunun ölkəmizin strateji müttəfiqi olan Türkiyə ilə əlaqələri xüsusilə diqqət çəkir – rəsmi Ankara ilə Ərbil arasında çoxşaxəli münasibətlər mövcuddur. Eyni zamanda, Türkiyə həmin regionun ən mühüm sərmayəçilərindən sayılır ki, bu da Azərbaycan üçün müəyyən mənada cəlbedicilik formalaşdıra bilər. O baxımdan ki, regional münasibətlərin inkişafı fonunda Azərbaycan Yaxın Şərq ilə də münasiətlərini yüksəltmək perspektivinə malikdir. Eyni zamanda, turizm və kənd təsərrüfatı sahələri üzrə mübadilələrin, əməkdaşlıqların genişləndirilməsi də müzakirə predmetləri aarasında yer ala bilər. Bu sahələr üzrə ölkəmizlə İraqın Kürdüstan regionu arasında yaxın əməkdaşlıqlar perspektivi mövcuddur.
Bununla yanaşı, İraqın Kürdüstan regionunun enerji sahəsində fəallığını artırmaq istəməsi ilk baxışdan bəlli olur. Yəni, Azərbaycan bu gün regionun ən fəal enerji təminatçılarından biri kimi, digər regionlar üçün də nümunə sayılır. Ölkəmizin Qərbin enerji təminatında oynadağı rol, eyni zamanda yeni sahələr üzrə əldə olunan nailiyyətlər, geniş enerji mübadiləsi infrastrukturuna malik olması dünyanın əksər regionlarını bu təcrübəni öyrənməyə sövq edir. Beləliklə, Yaxın Şərqin enerji resurslarına malik olan ölkə və regionları Avropa bazarına çıxış üçün Azərbaycana ehtiyac duyurlar.
44 günlük Vətən müharibəsiünin nəticələri dünyanın enerji xəritəsinə də mühüm təsir göstərib - Azərbaycan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin ən fəal təbliğatçısı və iştirakçısıdır. Bu gün Yaxın Şərq regionu da bu xətt vasitəsilə dünya bazarına çıxış əldə etmək niyyətindədir. Bunun üçün isə Azərbaycan və Türkiyənin imkanlarından istifadə etmək onlar üçün ən mühüm prioritetlərdən sayılır. Beləliklə, İraqın Kürdüstan regionunun rəhbərinin Bakıya gözlənilən səfəri eneji təminatı məsələsində Yaxın Şərq – Azərbaycan - Türkiyə əməkdaşlığı üçün mühüm perspektiv vəd edə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

