Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ermənistan xarici investisiyalar üçün ən təhlükəli ölkələrdəndir

Ermənistan xarici investisiyalar üçün ən təhlükəli ölkələrdəndir

17.06.2011 [10:04]

İşğalçı ölkədə fəaliyyət göstərən şirkətləri korrupsioner məmurların maliyyə fırıldaqları ilə üzləşmək təhlükəsi gözləyir
Bu bir həqiqətdir ki, hazırda istənilən dövlətin beynəlxalq əməkdaşlığına təsir edən mühüm faktorlardan biri də həmin ölkənin daxilində mövcud olan əlverişli investisiya mühitidir. çünki, məhz əlverişli investisiya mühiti beynəlxalq tərəfdaşları ölkə iqtisadiyyatına sərmayə qoymağa sövq etməklə yanaşı, dövlətin nüfuzuna da təsir edən nəzərəçarpan amillərdəndir. Bu mənada, region dövlətləri olan Azərbaycan və Ermənistanda vəziyyətin tamamilə bir-birinin əksinə olduğunu söyləyə bilərik. Belə ki, Azərbaycan xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunmasında kifayət qədər uğurlar qazanmış bir dövlətdir. ölkəyə xarici investisiyaların cəlb olunması məqsədilə Azərbaycan hökuməti tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. Eyni zamanda, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, investorların hüquq və mənafelərinin müdafiə olunması əsas etibarilə “Xarici investisiyaların qorunması haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” qanunlar, həmçinin digər normativ sənədlərlə təmin olunur.
Təsadüfi deyil ki, beynəlxalq qurumlar respublikamızdakı investisiya mühitini müsbət dəyərləndirir. Xatırladaq ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2009” hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilib. ölkəmiz bu mövqeyini “Doing Business 2010” hesabatında da qoruya bilib, həmçinin, Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər sənəddə yüksək qiymətləndirilib. Bundan əlavə, 2009-2010-cu illər üzrə hazırlanan “Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlib. Bu günlərdə isə Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ölkədə biznes mühitinin təkmilləşdirilməsi üzrə nümayəndəsi İrina Niderberger bildirib ki, Azərbaycan investisiya mühitinin yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edib və bu sahədə islahatlar davam edir. Onun sözlərinə görə, BMK bu sahədə hazırda gündəmdə olan yeni qanun layihəsinin hazırlanması təşəbbüslərini alqışlayır: “çünki bu, müfəttişlik sistemini tənzimləyən bütün normativ və texniki tələblərin bir-birilə uyğunlaşdırılmasına və yaxşılaşdırılmasına gətirib çıxaracaq”.
Lakin eyni fikirləri Ermənistandakı sahibkarlıq mühiti barədə söyləmək mümkün deyil. çünki Ermənistanda fəaliyyət göstərən xarici şirkətlər bir çox hallarda bu ölkədə iş qurduqlarına görə peşmançılıq hissi keçirməli olur. Belə ki, Ermənistan iqtisadiyyatını bürüyən monopoliya, qanunsuzluq, korrupsiya və rüşvətxorluq nəinki xarici, heç yerli şirkətlərin də normal biznes fəaliyyəti qurmasına imkan vermir. Təsadüfi deyil ki, Ermənistan sahibkarlarının öz obyektlərini Gürcüstan ərazisinə köçürmələri halları son illərdə daha intensiv xarakter alıb.
Xarici şirkətlərə gəlincə, bir müddət öncə çin şirkətlərindən birinin başına gətirilənlər işğalçı Ermənistanda biznes fəaliyyəti ilə məşğul olmağın xarici korporasiyalar üçün nə dərəcədə təhlükəli olduğunu bir daha təsdiqləyib. Xatırladaq ki, bu yaxınlarda çinin “Fortune Oil” şirkətinin Ermənistandakı əməliyyatları ətrafında böyük qalmaqal baş verib. Daha doğrusu, ötən ilin noyabr ayında Ermənistanın “Bounty Resources Armenia Limited” şirkətinin səhmlərinin 35 faizini almaq və həmin şirkətə məxsus Razdan, Abovyan və Svaranç şəhərləri yaxınlığındakı filiz yataqlarında əməliyyatlar aparmaq üçün müqavilə imzalayan çin şirkəti tezliklə fırıldaqçılığın qurbanı olduğunu anlayıb. Məlum olub ki, erməni şirkəti, əslində yalnız Razdan yaxınlığındakı yatağı işləmək üçün lisenziyaya sahibdir. çin şirkəti isə imzalanan müqavilə ilə üç deyil, bir yataqda əməliyyat aparmaq hüququ əldə edib.
Ən qəribəsi isə odur ki, çin şirkətinə qarşı bu tələni Ermənistanın rəhbər şəxsləri qurublar. Belə ki, qalmaqalda adıçəkilən “BRAL”, “Nagin”, “Spice Steel Armenia Ltd” və “Caspian Bounty Steel Limited” şirkətləri parlamentin iqtisadi məsələlər üzrə komissiyasının rəhbəri Vardan Ayvazyan və onun ailə üzvlərinə məxsusdur. Sahib qismində digər yüksək rütbəli məmurların və deputatların da adı çəkilir. Bununla da, müqavilə ətrafında baş verən spekulyasiyaların, əslində, korrupsioner erməni məmurlarının “maliyyə sövdələşmələrinin” tərkib hissəsi olduğu meydana çıxıb. Qeyd edək ki, bu, Ermənistanda fəaliyyət göstərən xarici şirkətlərin narazılığına səbəb olan yeganə belə hadisə deyil. çin şirkəti ilə qalmaqalda adı hallanan Vardan Ayvazyanın bir neçə il bundan əvvəl ABŞ şirkətlərindən biri ilə də problem yaşadığı məlum olub.
Bütün bunlar isə Ermənistanda azad iqtisadiyyatın və azad sahibkarlığın olmadığını, bütün iri şirkətlərin yüksək vəzifəli şəxslərin əlində cəmləşdiyini bir daha göstərir. Hüquqi dövlətlərdə hökumət beynəlxalq şirkətlərlə qurulan əməkdaşlığın, imzalanan müqavilələrin etibarlılığının əsas təminatçısı kimi çıxış etdiyi halda, Ermənistanda bu tipli tərəfdaşlıqlar elə hökumət nümayəndələrinin fırıldaqçılığı üzündən ciddi problemlərlə üzləşir. Buna görə də, Ermənistanda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən xarici şirkətlər bu addımı atmazdan əvvəl mümkün arzuolunmaz nəticələri nəzərə alaraq yaxşı götür-qoy etməlidirlər.
Hülya MƏMMƏDLİ

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30