Hüquq pozan "hüquq müdafiəçisi"
17.06.2011 [10:03]
özlərini cəmiyyətə hüquq müdafiəçisi kimi təqdim edən bəzi QHT rəhbərləri xarici fondlardan və təşkilatlardan qrant almaq naminə milli təəssübkeşliyi unudur, Azərbaycan dövlətinə və xalqına qarşı təşkil edilən qarayaxma kampaniyasının fəal üzvlərinə çevrilirlər. İnsan haqlarından, söz azadlığından ağız dolusu danışan bu şəxslər özləri min oyundan çıxır, işçilərini incidir, onların haqlarını pozur, ayrılmış vəsaitləri mənimsəyirlər.
Birinci sillə Emin Hüseynova dərs olmayıb
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov hər gün bir xarici təşkilata məktub yazaraq, bəyanat verərək Azərbaycanı ləkələyir, guya ölkəmizdə söz azadlığının olmadığını sübut etməyə çalışır.
O, müxtəlif tədbirlərə qatılaraq öz ibtidai təfəkkürü və məntiqsiz nitqləri ilə müxtəlif absurd iddialar irəli sürür. Məsələn, bir neçə il əvvəl Beynəlxalq Jurnalistlər Federasiyasının rəhbəri Aydan Uaytın və Beynəlxalq Mətbuat İnstitutunun sədri Yoxan Fritsin iştirakı ilə təşkil olunmuş beynəlxalq konfransda o, “İdeal” qəzetinin baş redaktoru, hazırda həbsdə olan “reket-jurnalist” Nazim Quliyevi müdafiə edərək onu “repressiyanın qurbanı” kimi qələmə vermişdi.
A.Uayt da əvvəlcə Eminin mövqeyini müdafiə etmişdi. Lakin sonradan N.Quliyevin kimliyi və əməlləri haqqında məlumatlandırıldıqdan sonra RATİ rəhbərinə bərk hirslənmişdi və onu yalançılıqda günahlandırmışdı. Təəssüf ki, bu, E.Hüseynova dərs olmadı.
RATİ Emin Hüseynov üçün biznes mərkəzidir
Araşdırmalarımız onun əsl fəaliyyətini üzə çıxarır və daha biabırçı işlərə imza atdığını göstərir. Biz vaxtilə müxalifət qəzetlərində çalışmış E.Hüseynovun kimin tərəfindən ortaya çıxarıldığı və onun başına necə bəlaya çevrildiyi, hazırda isə kimin tərəfindən istiqamətləndirildiyi barədə hələlik susmağa üstünlük veririk. Əsasən internetdə müzakirəyə çıxarılmış faktlar və ictimaiyyətə məlum olmayan bəzi nüansları qabartmaqla bu şəxsin kimliyini onun özünə bir daha xatırlatmaq istəyirik.
Belə ki, 2009-cu ildən Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və 360 min avro dəyərində olan “Azad dalğalar” layihəsinin icraçılarından olan jurnalist Aynur Elgünəş 2009-cu ilin iyulunda internetdə dərc etdiyi “Hüquqları tapdayan hüquq müdafiəçisi” məqaləsində yazırdı: “Reportyorların hüquqlarını qoruyan RATİ-də bir və ya iki nəfər tapmaq olar ki, ümumiyyətlə, media ilə bağlı anlayışı olsun. üstəlik, əksəriyyətinin heç ali savadı yoxdur. Bütün bunlar bir yana, qurumun rəhbəri Emin Hüseynov üçün bura sadəcə biznes mərkəzidir. Götürək elə sonuncu, mətbuatda tez-tez səs-küy salan 360 min avroluq layihəsini. Əslində “Azad dalğalar” adlanan bu layihənin əsas rəhbəri onun özü yox, xanımı Saradır (məlumata görə, bu xanım ABŞ vətəndaşıdır və RATİ-nin fəaliyyətini təşkil edən şəxsdir - red). Layihə işə düşəndə bir çoxu kimi mənim də adım monitorlar siyahısında vardı. Mart ayında “Memo-98” beynəlxalq təşkilatından Yeqor adlı bir təlimatçı da gəlib bizə monitorinq aparmağın qaydalarını öyrətdi. Xülasə, 1 aylıq təlimdən sonra yekə bir məktub da yazıb kimlərin bu monitorinqdə iştirak etməyə layiq olduğunu qeyd etdi ki, onların arasında mən də var idim. İlk baxışdan asan görünsə də, televiziya monitorinqinin nə qədər ağır və məsuliyyətli iş olduğunu həmin 1 ay müddətində bildik. Bu ağırlığın müqabilində veriləcək 400 avro çox azdır desəm, yanılmaram. Amma hələ təlimlərin aparıldığı dövrdə Eminin “kadrları” deyirdilər ki, onlar 400 avroya qol çəksələr də, 200 avro alacaqlar. E.Hüseynov bunu həmin şəxslərin təcrübəsiz olmaları ilə əsaslandırıbmış...
İşdən imtinaya gəlincə, yalnız onu deyə bilərəm ki, E.Hüseynovun insanlarla işçi kimi deyil, qul kimi rəftar etməsi məni orada cəmi 1 gün saxlaya bildi. Təsəvvür edin, özünü cəmiyyətə hüquq müdafiəçisi kimi təqdim edən bu şəxs ətrafında olan hər kəsin hüquqlarını tapdayır. Əmək Məcəlləsində nəzərdə tutulmuş iş saatı bir yana, bütün beynəlxalq qurumların tövsiyələrində göstərilir ki, həftə ərzində cəmi 23-25 saat monitorinq aparıla bilər. Bu isə gün ərzində 4-5 saat iş saatı deməkdir. E.Hüseynovun qaydalarına əsasən isə, monitorlar gün ərzində 9 saat işləməlidir. üstəlik internetə çıxış, telefonla danışmaq kimi yasaqlar var. Hətta, siqaret çəkənlərin belə iş saatları digərlərindən bir az artıqdır. Səbəb də onların tez-tez siqaret çəkmək adıyla bayıra çıxıb vaxt itirmələridir. Digər tərəfdən, Yeqorun tövsiyə etdiyi adamları öz kadrları ilə əvəzləməsi belə şübhə doğurmaya bilmir. Kadrların ixtisasına gəlincə, aralarında kollec tələbəsindən tutmuş tibb bacısına qədər var. Bütün bunlara etirazıma isə RATİ rəhbəri qəribə cavab verdi: “Get hüquqlarını hökumət idarələrində qoru”. Mən də düşündüm ki, adi bir QHT-də öz hüquqlarını qoruya bilməyən hansısa jurnalistin kiminsə haqlarının pozulmasından yazması təhqirdir və mən öz müsahiblərimə bu hörmətsizliyi edə bilmərəm”.
Göründüyü kimi, E.Hüseynovun jurnalistlərin hüquqlarını pozduğu, qrantları mənimsədiyi, jurnalistlərə ayırdığı qəpik-quruşa da göz tikdiyi müzakirə mövzusu deyil.
RATİ-nin “əzabkeş” rəhbəri Emin Hüseynov bəri başdan 36 min avronu cibinə qoyub
Bununla yanaşı, Ceyhun Nağı adlı jurnalistin yazısı E.Hüseynovun əməllərini daha geniş şəkildə ifşa edir. Jurnalist “Eminlə niyə işləmək olmur? Və yaxud “qrant-amyotşiklərə” dost məsləhəti” adlı məqaləsində bildirir: “Bu layihədə mən də iştirak etmişəm və seçim mərhələsində olan hər iki etapı müvəffəqiyyətlə keçmişəm. Bunu kimsə dana bilməz, çünki layihə rəhbərlərinin göndərdikləri trener Yeqor Tulpinov bu məqamı yazılı şəkildə təsdiqləyib. Layihəyə görə, imtahanda ən güclü nəticə göstərən monitor baş monitor olmalı idi. ümumilikdə isə monitorların sayı 10 nəfər olmalı idi. Məhz, mənə görə Emin baş monitor ştatını ləğv etdi. Bu dəqiqə 10 nəfər əvəzinə 8 monitor çalışır. Onlardan 4-ü Tulpinovun imtahanından yaxşı keçib, 4-nü isə ümumiyyətlə ora buraxmaq olmaz. Amma bu adamların Eminlə “razılaşmaları” var, ona görə də işləyirlər. Baş monitor ayda səhv etmirəmsə, 700 avro almalı idi. Olmayan iki monitorun isə aylıq maaşı 400 avrodur. 24 ayda baş monitorun maaşı 16 800 avro, boş qalan iki monitorun maaşı isə 19 200 avro edir. üst-üstə bu, 36 min avro pul edir. Demək müxtəlif hibrid adlar altında şərh yazan dostlarımız bilməlidir ki, RATİ-nin “əzabkeş” rəhbəri Emin Hüseynov bəri başdan 36 min avronu cibinə qoyub. Sonra da deyirlər ki, Emin sizi müdafiə edir...
Hələ mən dərinə gedib monitorinq üçün kirayə tutulan ofisin aylıq pulunu, kompüterlərin qiymətini və daha nələri bura əlavə etmirəm. Güman edirəm ki, bizi qərəzli olmaqda ittiham edənlər bu rəqəmlərdən sonra, əgər qismən vicdanları varsa, susarlar.
Hüquqdan dəm vuran adam 10 saat iş tələb edir. İlin bu vaxtı internetə girmək olmaz. Layihəyə görə həftədə 22-24 saat monitorinq aparılmalıdır, o, 60 saat tələb edir. Haqqını tələb edənə isə hazır cavabı var: get hüququnu başqa yerdə tələb elə. Axı sən kimsən, ay Emin Hüseynov? Sən kimsən ki, mənim hüququmu pozursan? Bax bu suallara cavab tapa bilmədiyimə görə orada işləmədim”.
Düzdür, E.Hüseynov bu ittihamları cavablandırmağa cəhd göstərib. Amma fakta və düz sözə qarşı nə deyəsən...
Maliyyə mənbələri Emin Hüseynovla işbirliyi məsələsinə yenidən baxmaq niyyətindədirlər
Son məlumatlara görə, hazırda RATİ USAİD, Norveç səfirliyi və ABŞ-ın Milli Demokratiyaya Yardım Fondu (NED) təşkilatının daha üç layihəsini icra edir. Həmçinin, E.Hüseynov tərəfindən idarə olunan bir-iki təşkilat da var ki, onların da pul kisələri günü-gündən şişir. Bu layihələrin həcmi yüz min dollarlarla ölçülür. Təbii ki, Eminin nə qədər qabaq düşdüyünü və daha neçə şəxsin hüquqlarını pozduğunu Allah bilir. Belə olmasaydı, bu günlərdə bir qrup jurnalist Avropa Komissiyasına E.Hüseynovdan şikayət məktubu yazmazdı. Elə əsas məsələ də budur ki, artıq duyuq düşmüş maliyyə mənbələri Emin Hüseynovla işbirliyi məsələsinə yenidən baxmaq niyyətindədirlər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

