Türkiyədə keçirilən parlament seçkilərində hakim partiya qalib gəldi
14.06.2011 [10:11]
Məlum olduğu kimi, iyunun 12-də Türkiyədə növbəti parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) yenə də qələbə qazanıb. Qardaş ölkədə keçirilən bu seçkiləri diqqətlə izləyən Azərbaycanda da nəticələrin gözlənilən olduğu bildirilir.
Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, Azərbaycan türk xalqının seçiminə hörmətlə yanaşır və Türkiyədə keçirilən parlament seçkilərində qalib gələn tərəflə əməkdaşlığa hazırdır. B.Muradova deyib ki, Azərbaycanla Türkiyə qardaş dövlətlərdir və ölkəmiz Türkiyə vətəndaşlarının seçdiyi hakimiyyətlə hər zaman əməkdaşlıq edir. Onun sözlərinə görə, növbəti parlament seçkilərindən sonra da Türkiyə xalqının etimad göstərdiyi siyasi qüvvə ilə əməkdaşlıq ediləcək. “Bəzən bizi ittiham edirlər ki, AKP-yə dəstək veririk. YAP Azərbaycanda, AKP isə Türkiyədə hakim partiyadır. Bu partiya ilə bizim rəsmi əlaqələrimiz var və biz sıx münasibətlər qurmuşuq. çıxışlarımızda AKP ilə fəal əməkdaşlıq etdiyimizi söyləmişik. Amma bu münasibətləri qurmaqla, Türkiyənin daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Ona görə də, Türkiyədə seçki kampaniyasına qoşulmuş bəzi partiyaların nümayəndələrinin bizə qarşı ittihamları düzgün deyil. Nəzərə almaq lazımdır ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı, eləcə də, dostluq qruplarında müxalifət təmsilçiləri var və biz onlarla normal münasibətdəyik. Eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin parlamentariləri fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Bu zaman kimin iqtidar və ya müxalifət olduğu önəm daşımır. Ona görə də, bizim münasibətlərimiz türk xalqının yerinə Türkiyədə siyasətin hansı istiqamətdə getməsini müəyyən etməyə cəhd kimi qiymətləndirilə bilməz. Biz Türkiyə xalqının iradəsi ilə həmişə hesablaşacağıq”, - deyə vitse-spiker vurğulayıb.
“Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri gözlənilən idi. Bütün proqnozlar Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) seçkilərdə üstünlük əldə edəcəyini söyləməyə əsas verirdi. Türkiyə cəmiyyətində bu seçim ölkənin irəliyə atılan addımlarından biri kimi dəyərləndirilməlidir”. Bu fikirləri isə YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, AKP siyasi hakimiyyətdə olduğu dövrdə Türkiyə cəmiyyətində çox böyük nüfuz qazanıb. Türkiyə cəmiyyətinin açıq və demokratik cəmiyyət olduğunu deyən M.Qurbanlının sözlərinə görə, bu cəmiyyətdə siyasi plüralizm və demokratik dəyərlər inkişaf edib. Türkiyədə AKP-nin seçkilərdə qazandığı qələbənin kökündə isə bu partiya və onun lideri Rəcəb Tayyib Ərdoğanın Türkiyə cəmiyyətində geniş dəstəyə malik olması dayanır.
“AKP-nin hakimiyyətdə olduğu dövrdə Türkiyə dünya iqtisadiyyatında aparıcı ölkələrin sırasına çıxıb. Bu ölkə hazırda iqtisadi göstəricilərinə görə dünyanın nəhəng 20 dövləti sırasında 16-17-ci yerləri bölüşməkdədir. AKP-nin 2023-cü ilə hədəflənən proqramı var. Həmin proqramda göstərilir ki, 2023-cü ilə qədər Türkiyə iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr içərisində 10-cu yerə çıxmalıdır. Eyni zamanda, adambaşına düşən ümumi daxili məhsulun (üDM) payı 25 min dollar müəyyən edilib. Hazırda bu göstərici 10 min dollar civarındadır. Bu göstərici də kifayət qədər normaldır. çünki 10 il əvvəl bu rəqəm xeyli aşağı səviyyədə idi. AKP-nin hakimiyyəti dövründə ciddi infrastruktur layihələri həyata keçirilib. Bu illərdə Türkiyənin xarici siyasəti əhəmiyyətli dərəcədə uğurlar qazanıb. Bütün bunlarda iqtisadi güc amili vacib rol oynayır. Hazırda üDM-nin artım sürətinə görə Türkiyə Rusiyadan öndə getməkdədir. Yəni qardaş dövlətimiz sürətli inkişaf dövrünə qədəm qoyub. Bütün bunlar da Türkiyənin beynəlxalq aləmdə rolunu və gücünü artırıb. Seçkilərdə 2 seçicidən birinin AKP-yə səs verməsi təsadüfi deyil. Bütün bunlar qeyd etdiyim ümumi siyasətin tərkib hissəsidir. Türkiyənin müxalifət partiyaları da kifayət qədər güclüdür və parlamentdə xeyli sayda deputatla təmsil olunurlar. Söhbət ondan gedir ki, Türkiyədə həm sosial, həm də siyasi sahədə bir tarazlıq müşahidə olunmaqdadır. Bu seçkilərdən sonra Türkiyə siyasi islahatlara qədəm qoyacaq. Həmin islahatlar da Türkiyə cəmiyyətinin maraqlarını ifadə edəcək”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
M.Qurbanlının sözlərinə görə, AKP-nin hakimiyyətdə olduğu dövrdə kürd probleminin həllində də irəliləyiş əldə olunub. Bu gün AKP sıralarında kürd kökənli namizədlərin olması və parlamentdə təmsilçilik hüququ qazanması onu göstərir ki, kürdlər də AKP ilə əməkdaşlığa tərəfdardırlar. O, qeyd edib ki, seçkilərdə 74 qadının millət vəkili statusu qazanması da, müsəlman ölkəsi kimi, Türkiyə üçün vacib hadisədir. “Hesab edirik ki, bu seçkilər Türkiyə cəmiyyətinin maraqlarına uyğundur. Biz Yeni Azərbaycan Partiyası olaraq AKP ilə sıx əməkdaşlıq edirik və bu partiyanın qələbəsindən məmnunuq. AKP-nin qələbəsi Türkiyənin xarici siyasətində varislik prinsipinin qorunub saxlanılmasına gətirib çıxaracaq. Türkiyə hər zaman, o cümlədən, AKP hökuməti də Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. İnanırıq ki, bundan sonra da belə olacaq”, - deyə M.Qurbanlı vurğulayıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Nizami Cəfərov da Azərbaycanla Türkiyənin dost və qardaş dövlətlər olduğunu deyib: “Bizim münasibətlərimiz də bu prinsiplərə əsaslanır. Türkiyədə keçirilmiş seçkilərdə qalib gəlmiş partiyanı qələbə münasibətilə təbrik edirik və inanırıq ki, münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək”.
N.Cəfərov bildirib ki, Türkiyə bu seçkilərlə bir daha demokratik ölkə olduğunu dünyaya nümayiş etdirdi. Onun sözlərinə görə, güclü siyasi mübarizə şəraitində keçən seçki kampaniyası məntiqi sonluğuna çatdı. “Azərbaycan və Türkiyə parlamentləri arasında sıx əlaqələr mövcuddur. Hesab edirəm ki, bu əlaqələr bundan sonra da davam edəcək. Biz türk xalqının seçiminə hörmətlə yanaşırıq və xalqın seçdiyi parlamentlə əməkdaşlıqdan məmnunuq”, - deyə dostluq qrupunun rəhbəri vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40

