İrandan növbəti xain addım
06.05.2023 [10:42]
İranın siyasi hakimiyyəti Azərbaycana qarşı növbəti məkrli və xain addım atıb. Belə ki, bu ölkədə Azərbaycanın 4 diplomatı “persona-non-?rata” (arzuolunmaz şəxs) elan edilib. Ölkəmizin İrandakı səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Təbrizdəki baş konsulluğumuzun 2 əməkdaşı bu siyahıda yer alırlar. Tehrandakı səfirliyimiz fəaliyyətini müvəqqəti olaraq dayandırıb və bu səbəbdən də qurumun əməkdaşları Tehranı məlum qərar bəyan olunandan əvvəl tərk etmişdilər. İran hökumətinin yeni qərarı əsasında Təbrizdəki baş konsulluğumuzun 2 diplomatı ölkədən çıxarılıb.
Mübariz FEYİZLİ
Xoş olmayan qonşuluq siyasəti
Azərbaycan Rusiya, Gürcüstan, Türkiyə, İran və Ermənistanla quru sərhədlərinə malikdir. Mərkəzi Asiyadakı ayrı-ayrı ölkələrlə isə bizi Xəzər dənizi birləşdirir. Ölkəmizin qonşuluq siyasəti səmimilik, xoş niyyət və beynəlxalq hüquq normalarına əsaslanır. Respublikamızın hansısa bir qonşu dövlətlə konfliktə girmək, ərazi iddiaları ilə çıxış etmək kimi bir niyyəti yoxdur. Lakin bu sözləri qonşularımız olan Ermənistan və İran barəsində ifadə etmək mümkün deyil. Respublikamızın qonşuluq siyasətində Ermənistan ən zəif həlqəni təşkil edir ki, bunun da məsuliyyəti və günahı qonşu dövlətin əvvəlki və indiki hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Hazırda isə bu siyahıya həm də İran əlavə olunub. Təəssüf ki, Azərbaycan-İran münasibətlərində ölkəmizin xoş niyyətinə rəğmən, sabit bir dinamika müşahidə edilmir. Azərbaycan tarixi bağları, din eyniliyini, mənəvi dəyərlərin yaxınlığını və əlbəttə ki, İranda 40 milyon azərbaycanlının yaşadığını nəzərə alaraq həmişə qarşı tərəfə dostluq, əməkdaşlıq mesajları ötürür. İndiyədək respublikamızla İran arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı özündə ehtiva edən çoxsaylı sənədlər imzalanıb. Bu sənədlərin müddəalarının həyata keçirilməsində, həmçinin birgə işlənən layihələrin icrasında ölkəmiz tərəfindən hər hansı bir şərtin, razılaşmanın pozulması faktına rast gəlinməyib. Məsələn, respublikamız Şimal-Cənub dəhlizi üzrə öhdəliklərini vaxtından əvvəl yüksək səviyyədə yerinə yetirib. İndiyədək Azərbaycan öz ərazisindən İrana qarşı plasdarm kimi istifadə edilməsinə heç vaxt yol verməyib. Halbuki müxtəlif vaxtlarda ayrı-ayrı güc mərkəzləri tərəfindən belə cəhdlər və müraciətlər olmuşdu.
Cari il yanvarın sonlarında Tehrandakı səfirliyimizə edilən silahlı hücum İran tərəfinin Azərbaycana münasibətdə “qırmızı xətti” keçməsi anlamına gəlir. Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi. İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə qonşu ölkədə lazımi həssaslıq göstərilmədiyini təsdiqlədi. Prezident İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda İranın terror siyasətinə diqqət çəkib. Dövlətimizin başçısı Tehrandakı səfriliyimizə edilən hücum haqda danışarkən deyib ki, “Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər. Bir sözlə, həmin şəxs səfirliyə daxil olduğu zaman təhlükəsizlik əməkdaşlarımız silahsız idi. Onun əlində “Kalaşnikov” avtomatı var idi”. İranın səfirliyimizin əməkdaşlarına silah daşımağa icazə verməməsi, hücum edən şəxsin isə “Kalaşnikov” avtomatı və “Molotov kokteyli” daşıması təzadlı mənzərə yaradır. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev auditoriyaya “Bunun əvvəlcədən təşkil olunmadığı ilə bağlı şübhə qalırmı?” sualını ünvanlayıb.
Aradan az vaxt ötəndən sonra növbəti faciəvi hadisə Bakıda baş verdi. Bu dəfə Azərbaycan parlamentinin deputatı Fazil Mustafa evinin qarşısında güllələndi. Xoşbəxtlikdən, o, həyatını itirmədi, sağaldı. Ancaq Bakıdakı hadisə ilə Tehrandakı səfirliyimizə hücum ssenarilərində oxşarlıq var. Hər iki hadisə “Kalaşnikov” avtomatı ilə törədilib. Şübhələr doğruldu. Hüquq-mühafizə orqanlarının operativ axtarışları sayəsində millət vəkilinə odlu silahdan atəş açan dəstə ifşa olundu. Dəstə üzvləri göstərişləri İrandan aldıqlarını etiraf etdilər.
İranın Azərbaycana xoş niyyətlə ziddiyyət təşkil edən belə münasibət sərgiləməsinə aid misalların sayı kifayət qədər çoxdur. İranın ötən 30 ildə işğalçılıq siyasətinə görə Azərbaycanın dalan ölkəyə çevirdiyi təcavüzkar Ermənistan üçün həyat nəfəsliyi rolunu oynadığı hər kəsə bəllidir. Bu ölkə İslam həmrəyliyinə zidd olaraq məscidləri təhqirlərə məruz qoyan Ermənistana hərtərəfli dəstək verir və bu ölkə ilə siyasi, iqtisadi əməkdaşlığını genişləndirir.
İran əvəz çıxmağa çalışır
İranın 4 diplomatımıza qarşı atdığı məkrli addım çox doğru olaraq mollakratiyanın qisas tədbiri kimi dəyərləndirilir. Xatırladaq ki, cari il aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.
Aradan təxminən bir ay ötəndən sonra İran oxşar addım atıb. Azərbaycan İranın ölkəmizdə fəaliyyət göstərən diplomatlarını arzuolunmaz şəxs edəndə bunun izahını da vermişdi. Təbii ki, ölkəmiz iranlı diplomatların milli maraqlarımızla bir araya sığmayan fəaliyyətlərinə seyrçi qala bilməzdi. Məlum olduğu kimi, son vaxtlar respublikamızda İrana bağlı olan casus şəbəkəsi ifşa olunub. Həmin şəbəkənin fəaliyyətinin həm də iranlı diplomatlar tərəfindən istiqamətləndirildiyi məlum olub. Bütün bunlar isə Azərbaycanın İranın 4 diplomatı barəsində məlum qərar verməsini şərtləndirib. Sual yaranır: Bəs İran nə üçün azərbaycanlı diplomatların ölkədən çıxarılması barədə qərarı hansı səbəblərə görə verdiyini açıqlamır?
SEPAH-ın reallıqdan uzaq iddiaları
Rejim rəsmilərinin Azərbaycana münasibətdə xoş olmayan daha bir açıqlaması İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalından gəlib. SEPAH-ın Qüds Qüvvələrinin komandanı Sərdar Qaani Qum tələbələri ilə görüşündə Azərbaycan Respublikasında vəziyyətin nəzarət altında olduğunu bildirib. İran rəsmisinin bu açıqlaması barədə xəbərlər Teleqram kanallarında yayılıb. Terror təşkilatı kimi tanınan SEPAH generalının bu açıqlaması, yumşaq desək, reallıqla bir araya sığmır. Birincisi, Azərbaycanın özü regionda gedən prosesləri nəzarət altında saxlayır. Hazırda respublikamız bölgənin aparıcı, şərtlər di?tə edən aktorlarından biri qismində çıxış edir. Azərbaycanın regional və qlobal əməkdaşlığa, təhlükəsizliyə verdiyi töhfələr beynəlxalq səviyyədə etiraf olunaraq yüksək dəyərləndirilir. Bəs İran regionda və qlobal miqyasda hansı fəaliyyətləri ilə diqqət çəkir? Sualın cavabı məyusedicidir. Bu ölkə Yaxın Şərqdə terroru dəstəkləyən, müxtəlif zəminlərdə münaqişələrə rəvac verən, separatçı rejimlərlə gizli sövdələşmələrə gedərək narkotrafiklər quran, təcəvüzkar ölkələrə silah tədarük edən dövlət kimi tanınır. Bütün bu kimi qara əməllərin ssenarisini quran və icra edən isə SEPAH-dır. Belə olan halda qurum rəsmisi hansı haqla məlum iddiada bulunub?
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

