Yeni danışıqlar mərhələsi nələr vəd edir?
07.06.2023 [10:40]
Anklavlar qayıdır, delimitasiya prosesi dəqiqləşir...
Bu ilin may ayından etibarən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində davam edən danışıqlar xüsusilə intensivləşib. Ard-arda baş tutan təmaslar, Vaşinqtonda XİN rəhbərlərinin, Brüsseldə və Moskvada dövlət rəhbərlərinin görüşləri, mövqelərin yaxınlaşdırılması üçün mühüm şanslar yaradır. Kişinyovda keçirilən görüş də qeyri-rəsmi olsa belə, hər halda gələcək müzakirələr üçün müəyyən rol oynaya bilər. Görüşdən sonra verilən açıqlamalar da bununla bağlı ümidlər yaradır. Vurğulanmalıdır ki, son görüşlərin ardından Ermənistanın siyasi rəhbərliyinin bəzi bəyanatları sülh ilə bağlı da müəyyən ümidlər formalaşdırır. Bununla belə, erməni məkri birmənalı şəkildə reallıqları və ədaləti özündə əks etdirən sülhün imzalanmasını hələ də gecikdirir.
Paşinyan qaytarılacaq deyir...
Ermənistan mətbuatının da iddialarına görə, Paşinyanın və rəhbərlik etdiyi hökumət artıq sülhə doğru meyillənir. Erməni baş nazirin beştərəfli qeyri-rəsmi görüşün ardından səsləndirdiyi bəzi fikirləri əsas gətirərək, Azərbaycanla münasibətləri normallaşdırmaq istəyində olduğu bildirilir. Qeyd edilir ki, ilkin mərhələdə Qazaxın Bağanıs Ayrım, Xeyrimli, Bərxudarlı, Sofulu, Yuxarı Əskipara, Qızıl Hacılı və Aşağı Əskipara kəndləri, eləcə də Naxçıvanın Kərki kəndi Azərbaycana qaytarıla bilər - bu isə gələcək sülh üçün mühüm zəmin formalaşdıracaq. Xatırladaq ki, Nikol Paşinyan da Kişinyovdakı qeyri-rəsmi görüşün ardından bu kimi fikirlər irəli sürmüşdü. Bildirmişdi ki, Ermənistan və Azərbaycan 1975-ci il xəritəsinin delimitasiya üçün əsas götürülməsinə qarşı deyil. Eyni zamanda erməni baş nazir Ermənistanın anklavları (Qazağın 7, Naxçıvanın 1 kəndi) Azərbaycana qaytarmağa hazır olduğunu dilə gətirmişdi.
Anklavlar məsələsi həllini tapır...
Ermənistanın işğal altında saxladığı kəndlərimizin taleyi ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilir. Ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.
İndiki halda, Ermənistan baş nazirinin anklavlarla bağlı açıqlaması danışıqlar prosesinin yeni mərhələyə qədəm qoyacağını deməyə əsas verir. Belə ki, Ermənistanın Azərbaycanın anklavlarını qaytarmağa razılaşması mühüm məsələdir - artıq rəsmi İrəvan beynəlxalq hüquqa riayət etmək istəyir. Ya da məcburiyyətindədir. Bu, həm də qarşıdakı mərhələdə digər məsələlərin öz həllinin tapmasına yaxından kömək göstərəcək amillərdən sayıla bilər. Bəlli olduğu kimi, Azərbaycan Brüssel sülh gündəliyinin inkişafı istiqamətlərini özündə əks etdirən 5 təməl şərtləri səsləndirərkən də mütləq şəkildə beynəlxalq hüququ və konvensiyaları əsas götürüb. Belə ki, iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi, delimitasiya və demarkasiya prosesinin aparılması olduqca vacibdir. Ötən dövr ərzində Ermənistan bu məsələ ilə bağlı bir sıra manipulyasiyalar etməyə çalışsa da, nəticə etibarı ilə bu cəhdlər iflasa uğramışdı. Hətta delimitasiyanın aparılacağı xəritələrlə bağlı məsələlər mühüm müzakirə prosesi keçib. Ermənistan delimitasiyanın 1975-ci il xəritəsinə əsasən keçirilməsini istəyir.
Təbii ki, bütün hallarda Ermənistan Azərbaycanın ərazi bütövluyünü tanıyır və baş nazir Paşinyan Brüssel görüşündə də “Alma Ata Bəyənnaməsi”nə əsasən bunu növbəti dəfə bəyan etdi. Təbii ki, burada ABŞ-da baş tutan danışıqların rolu xüsusi qeyd edilməlidir. Məhz Vaşinqtonun moderatorluğu ilə baş tutan görüşlərdə əldə olunan razılaşmalar mühüm əhəmiyyət daşıyıb və sülhün gələcəyi üçün perspektiv formalaşdırıb.
Xəritələrlə bağlı mövqelər açıqdır...
Erməni mediası zaman-zaman xəritələr, delimitasiya ilə bağlı manipulyasiyalara yol verir, daxili auditoriyaya hesablanan qeyri-real fikirlər tirajlayır. Amma reallıq dəyişmir - sülh prosesi Azərbaycanın irəli sürdüyü ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında inkişaf edir. Məsələn, xəritələrlə bağlı erməni mətbuatının son “ajiotaj” yaratma həvəsini elə bu ölkənin XİN rəhbəri “cavablayıb”. Ararat Mirzoyan bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üçün hansı xəritədən istifadə ediləcəyi ilə bağlı yekun razılaşma yoxdur. “Amma bu işlərin ötən ilin oktyabrında Praqa görüşündə tərəflərin razılaşdığı Almatı Bəyannaməsinə uyğun olaraq aparılması öhdəlikləri var və bildiyimə görə, Kişinyoda Azərbaycan Prezidenti 1975-ci ilin xəritələrinin istifadəsinə etiraz etməyib”, - erməni nazir bildirib.
Xəritələrlə bağlı məsələlər isə Azərbaycan üçün mühümdür - Ermənistan bu məsələdə hər hansı bir “səhvə” yol verərsə, ölkəmiz tarixi xəritələrə belə müraciət edəcəyini istisna etmir. Bu tarixi xəritələrdə isə Azərbaycanın sərhədləri, ərazisi əsl həqiqəti əks etdirir - Paşinyanın öz nitqlərində tez-tez 29 min kv.km. əraziyə “istinad” etməsi də təsadüfi deyil...
Razılaşmaların rəsmiləşdirilməsi baş tuta bilərmi?
Təbii ki, razılıqların əldə olunması qarşıdakı görüşlərin daha effektiv xarakter daşıyacağını da deməyə əsas verir. Belə ki, bəzi məsələlərlə bağlı razılaşmaların əldə olunması, hətta Şarl Mişelin Kişinyovda verdiyi açıqlama olduqca mühümdür - mayın 14-də Brüsseldə keçirilmiş görüşdə müzakirə olunmuş sərhədlərin delimitasiyası və sülh müqaviləsi məsələlərinə toxunulduğunun elan edilməsi gələcək razılaşmalar üçün zəmin yaradır. Bu, qarşıdakı dövr üçün müəyyən razılaşmaların hətta rəsmiləşəcəyi perspektivini də formalaşdırır. Nəzərə alsaq ki, vasitəçilik marafonunda rəsmi Brüssel təşkilatçılığa yiyələnmək istəyir, bu onlar üçün olduqca vacib bir şans sayıla bilər.
Mirzoyan etiraf edir...
Ermənistanın XİN rəhbəri ölkə parlamentində 2022-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələr zamanı çıxışında Qarabağ haqqında da danışıb. Bəlli olduğu kimi, müəyyən bir dövrdə Qarabağdakı separatçı rejimi danışıqların “tərəfi” etmək istəyən İrəvanın cəhdləri boşa çıxmışdı. Azərbaycan özünün qəti mövqeyini sərgiləməklə məsələ ilə bağlı müzakirələri bitirmişdi. Mirzoyan çıxışında qeyd edib ki, Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil. O, Ermənistanın belə bir mandatı olmadığını qeyd edib: “Statusun müəyyən edilməsi məsələsinə gəlincə isə, biz iddia irəli sürmürük və buna çalışmırıq”.
O, həmçinin vurğulayıb ki, Ermənistan hakimiyyəti Qarabağ ermənilərindən gələcəkləri ilə bağlı danışıqlar aparmaq üçün mandat almayıb.
Beləliklə, Azərbaycanın ərazi bütövluyünü tanıdığını bəyan edən Ermənistan rəhbərliyi növbəti dəfə Qarabağı rəsmən Azərbaycaqn torpağı kimi təsdiqləyir və Qarabağdakı erməni vətəndaşlarımızın inteqrasiya prosesinə müdaxilə etmək üçün “mandatlı” olmadığını etiraf edir.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

